Kart üzrə xidmət haqqı tarifləri
  • Kartın hazırlanması üzrə illik xidmət haqqı - 49 AZN/ 29 USD/EUR
  • İllik xidmət haqqı hər il üçün əvvəlcədən tutulmaqla yanaşı, keşbek və depozit faizi hesablanması üçün kart təhvilindən sonra mütləq İnternet bankçılıqda hesablanma aktivləşdirilməlidir.

  • 01.02.2023-cü il tarixindən etibarən Depozit faizləri üzrə ÖMV tədbiq edilir.
Əlavə qeydlər
  • Kart üzrə xidmət haqqı kartın qalıq məbləğindən bank tərəfindən birtərəfli qaydada hər növbəti il üçün əvvəlcədən tutulur.
  • Hesablanmış bonuslar kart üzrə xidmət haqqının ödənilməsinə Bank tərəfindən birtərəfli qaydada yönəldilə bilər.
  • Hər növbəti ildə xidmət haqqı 3 ay ərzində ödənilmədiyi təqdirdə kart bloklaşdırılır.
  • 6 ay ərzində xidmət haqqı ödənilməyən kartlar bağlanaraq ləğv edilir. 
  • “Kartmane Biznes” debit kartlarının qiyməti, ATM və POS terminallar vasitəsilə nağlaşdırma, konvertasiya və digər əməliyyatlar üzrə tariflər ““Rabitəbank” ASC-nin fiziki və hüquqi şəxslərə göstərilən xidmətlər üzrə tarif cədvəli”-nə əsasən müəyyən olunur.
  • “Kartmane Biznes” debit kartı vasitəsilə Azart/Mərc oyunlarına təşkil edən İnternet saytlarında və POS terminallarında ödəniş edilməsinə icazə verilmir.
  • “Kartmane Biznes” müqaviləsinin vaxtı bitdikdə, kart qalığında olan vəsaitə faiz hesablanması dayandırılır və müştərinin müraciəti ilə kart yeni müddətə yeni şərtlərlə uzadılır.
Kartın şərtləri
  • ‘‘Kartmane Biznes’’ debit kartı maksimum 5 illik müddətə verilir.
  • ‘‘Kartmane Biznes’’ məhsulu üzrə karta bağlı bank hesabı Azərbaycan manatı valyutasında açılır.
  • “Kartmane Biznes” debit kartda olan vəsait qalığına müştərinin xeyrinə illik 4 % gəlir hesablanır.
  • Hesabda olan vəsaitin faiz hesablanacaq minimal qalıq məbləği 100 AZN, maksimal qalıq məbləği isə 10 000 AZN qəbul edilir.
  • Gündəlik hesablanan faizlərin hər ayın son təqvim(və ya bank günü) günü kapitallaşdırılır, yəni hesab qalığına əlavə edilir.
  • Hesablanmış faizlər sistem tərəfindən avtomatik olaraq ödəmə mənbəyindən vergi tutulduqdan və dövlət büdcəsinə ödənildikdən sonra müştərinin hesab qalığına əlavə edilir. 
  • Müştəri kartdakı vəsaitin qalığına illik gəlir faizlərinin hesablanmasını istədikdə İnternet Bankçılıq kabinetində müvafiq bölümdə “Aktiv et” düyməsini, faizlərin hesablanmasını istəmədikdə isə “Deaktiv et” düyməsinə klikləyərək xidmətdən imtina edə bilər.
Keşbək bonuslarının hesablanması və kapitallaşması

“Kartmane Biznes” debit kartlarında aparılan əməliyyatlar üzrə ⇒keşbek bonuslarının hesablanması aşağıda qeyd edilən şəkildə aparılır:

  • Müştəri keşbek bonuslarının hesablanmasını aktivləşdirmək istədikdə İnternet Bankçılıq kabinetində müvafiq bölümdə “Aktiv et” düyməsini, keşbek bonuslarının hesablanmasını istəmədikdə isə “Deaktiv et” düyməsinə klikləyərək xidmətdən imtina edə bilər.
  • Maksimal hesablanacaq keşbek məbləği aylıq 200 AZN təşkil edir. Dövriyyə üzrə tələblər - ATM cash, Pos Cash, Card to Card, kredit və bank ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət büdcə və kommunal ödənişləri, Quasi cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır.
  • Müştəri hesablanmış keşbek bonuslarını hər növbəti ayın əvvəli sahibkar cari hesabına bağlı Kartmane Biznes debit kartına köçürür.
İmtiyazlar

Səfərlərinizi daha rahat edək :

  • Hava limanlarında VİP Lounge Key Biznes-zallarına pulsuz giriş
  • Beynəlxalq hava limanında sürətli keçid
  • Səyahət zamanı tam beynəlxalq sığorta
  • Otellərin endirimli rezervasiyasi
  • Endirimli avtomobil icarəsi
  • Qlobal Biznes Dəstək Xidməti