Əməliyyatı seçin
Fəaliyyətimizin əsas meyarı nəticədir. Hədəflərimizə çatırıq və bunu dəyərlərimizi qoruyaraq optimal yolla etməyə çalışırıq;
Qısamüddətli deyil, uzunmüddətli uğur üçün çalışırıq. Balanslaşdırılmış inkişafa üstünlük veririk;
Biz müştərilərimizə ən yüksək keyfiyyətli xidmət göstərməyə səy göstəririk. Xidmət keyfiyyətimizi daim artırmağa çalışırıq
Komanda işi, komanda ruhu – bank strategiyasının icrası, çeviklik və adaptasiyanın artırılması, həmçinin pozitiv iş mühitinin yaradılması üçün bizi birləşdirən dəyərdir
Biz qanunvericiliyin tələblərinə riayət etməklə və kommersiya maraqlarını qorumaq şərtilə bütün maraqlı tərəflərlə münasibətdə dürüst və şəffafıq
Hər birimiz öz vəzifə borcumuzun, qarşımıza qoyulan biznes hədəflərinin yerinə yetirilməsinə, həmçinin qanunvericiliyin tələblərinə riayət edilməsinə görə məsuliyyət daşıyırıq.
Qəbul edilən müraciətlər dəyərləndirilir və növbəti mərhələ üzrə namizədlər seçilir.
Növbəti mərhələyə keçmiş namizədlər təyin edilmiş test mərhələsinə dəvət edilir.
Namizəd İnsan Resurları əməkdaşı ilə müsahibədə iştirak edir.
Namizəd aidiyyatı struktur bölməsinin əməkdaşı ilə müsahibədə iştirak edir.