Açıq Bazar Əməliyyatları
Mərkəzi Bank tərəfindən qiymətli kağızların və xarici valyutanın alqı-satqısı əməliyyatlarıdır.
Açıq Devalvasiya
Ölkənin milli valyutasının sabitliyinin təmin olunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən milli valyutanın məzənnəsinin digər ölkələrin möhkəm valyutalarına və beynəlxalq hesablaşma vasitələri vahidlərinə nisbətdə rəsmən endirilməsi, həmçinin, milli valyuta vahidinin real qızıl məzmununun azaldılmasıdır.
Açıq Səhmdar Cəmiyyəti
Səhmləri səhmdarları tərəfindən digər səhmdarlarının razılığı olmadan belə müstəqil surətdə özgəninkiləşdirilə bilən səhmdar cəmiyyət.
Adambaşına Düşən Pul Gəlirləri
Hesabat dövründə əhalinin pul gəlirlərinin onun orta illik daimi sayına bölünməsi yolu ilə müəyyən edilir. Ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbəti isə ailədə adambaşına düşən orta gəlirdir.
Adsız Qiymətli Kağız
Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir.
Agent
Başqa fiziki və ya hüquqi şəxsin adından, müəyyən komissiya haqqı müqabilində, onun hesabına və riskinə alqı-satqı aparan fiziki və ya hüquqi şəxsdir.
Aktivlər
Mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir.
Aktiv Bazar (fəal bazar)
Həyata keçirilən əməliyyatların həcminin böyüklüyü, satış və alış qiymətləri arasındakı spredin kiçikliyi və rəqabətin yüksək səviyyəsi ilə səciyyələnən qiymətli kağızlar bazarıdır.
Aktiv Əməliyyatlar
Hər hansı iqtisadi subyektin (dölətin, müəssisənin, yaxud hər hansı fiziki şəxsin) özünə məxsus olan maliyyə resurslarını mənfəət əldə etmək məqsədilə dövriyyəyə buraxması, yaxud idarə etməsidir.
Aktivlərin İdarə Edilməsi
Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması.
Akkreditiv
Malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir. Akkreditivlərin qarantiyadan əsas fərqi ondadır ki, bu halda bank müştəri və sifarişçi arasında "üçüncü şəxs" rolunu oynayaraq öz aktivləri ilə risk etmir, bir müştəridən digərinə pul köçürməsi ilə bank xidmətini həyata keçirir.
Amortizasiya
Vaxt keçdikcə meydana gələn aşınma nəticəsində aktivlərin real dəyərinin getdikcə azalması.
Anderraytinq
Emitentin adından çıxış edərək investorların cəlb edilməsi və emitentin buraxdığı qiymətli kağızların bazarda yerləşdirilməsi öhdəliyinin götürülməsidir.
Annuitet
Annuitet — kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişləri əks etdirir. Bu ödənişlər aylar üzrə elə hesablanaraq bölüşdürülməlidir ki, ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun.
Artım Sürəti
Nisbi statistik göstərici olub müəyyən bir göstəricinin müəyyən dövr ərzində dəyişməsinin intensivliyini göstərir və həmin göstəricinin hesablama aparılan dövr (hesabat, plan, proqnoz dövrü) üçün mütləq qiymətinin müqayisə aparılan dövrdəki (baxılan dövrdən əvvəlki dövr, baza dövrü) mütləq qiymətinə nisbəti kimi hesablanır.
Aşağı Axın
Ana şirkətdən törəmə şirkətlərə maliyyə vəsaitlərinin axını (məsələn, kredit verilməsi).
Audit
İdarəçilik fəaliyyətinin müəyyən meyarlara, norma və standartlara uyğun gəlməsini qiymətləndirmə prosesi və sistemi.
Audit Standartları
Hər bir institut öz xüsusiyyətlərinə və tələblərinə uyğun təyin edir, daxili auditorların missiyasının imkanları və daxili audit funksiyasının məqsəd və prosedurları beynəlxalq daxili audit standartlarına hörmətlə aparılmalıdır.
Avans Ödənişin Geri Qaytarılması Qarantiyası
Təchizatçı tərəfindən işlərin icrası, malların çatdırılması barədə öhdəliklərini yerinə yetirilmədiyi halda avans ödənişin geri qaytarılmasına təminat verir.
Avropa Mərkəzi Bankı (European Central Bank)
Avrozonada milli çərçivələrdən daha yuxarı səviyyədə monetar siyasət aparmaq üçün yaradılmış təşkilatdır.
Avrovalyuta
Xarici valyutalarla əhəmiyyətli miqyasda əməliyyatlar aparan ölkədən kənarda hərəkət edən ayrı-ayrı ölkələrin milli valyutasıdır. Nümunə: dollar ABŞ-dan kənarda avrodollar adlanır.