Kart təhlükəsizliyi
- Kartın üzərində PİN-kodunuzu qeyd etməyin
- Kartın CVV/CVC kodunu kənar şəxslərlə bölüşməyin
- Kartınızda “3D Secure” xidmətinin aktiv olmasından əmin olun
- Kart məlumatlarını brauzerin yaddaşında saxlamayın.
Əməliyyatı seçin
Balıq ovu deməkdir. Bu metod vasitəsi ilə istifadəçiləri aldadaraq onların fərdi məlumatlarını ələ keçirirlər. Haker sizi müxtəlif yollarla eyni görünən, lakin saxta olan hansısa sayta və ya digər resursa yönəltməklə apardığınız bütün əməliyyatları izləyir. Burada sizin bank kredit kartınızın parametrləri, ID nömrəniz, e-mail ünvanınız və s. məlumatlar ola bilər.
Bu təhlükədən qorunmaq üçün sizə yönləndirilən hər hansı saytın və həmin saytda sizdən tələb olunan bank kredit kartı, bank hesabı və bu kimi məxfi məlumatları yazmağınız tələb olunan sorğulardan şübhələnmək və etibarlı mənbələrdən istifadə etmək tövsiyə olunur.
Rabita Mobile tətbiqi ən son texnologiyalar vasitəsilə qorunur. Mobil tətbiqdə təhlükəsizliyinizi düşünərək yaratdığımız sistem sizin ən etibarlı şəkildə qorunmanızı təmin edir. Mobil tətbiq təhlükəsizliyinin qorunması zamanı SMS bildirişlərdən, PİN-kodlardan və təhlükəsizlik sertifikatlarından istifadə edirik.
Daha ətraflıİnternet Bankinq xidmətinin təhlükəsizliyinin qorunması üçün sistemə qoşulma 2 üsulla aparılır : SMS vasitəsilə birdəfəlik şifrələrdən (One Time Password) istifadə edərək qoşulma və ATM-dən əldə edilən birdəfəlik kodlar vasitəsilə qoşulma. Parol təyin edərkən böyük və kiçik hərflərdən, rəqəmlərdən və digər simvollardan istifadə edin.
Daha ətraflıTexnologiyaların sürətli inkişafı dövründə veb-sayt və tətbiqlərdə saxtakarlıq qlobal hal alır. Bu kimi hallardan qorunmaq üçün müxtəlif vasitələr təqdim edilir. Veb-sayt saxtakarlığına qarşı ən məşhur üsul saytın təhlükəsizlik sertifikatlaşdırılmasından keçib-keçmədiyinin yoxlanılmasıdır. Təhlükəsilik sertifikatlarına sahib veb-sayt brauzerin axtarış panelində kilid işarəsi ilə işarələnir.
Ətraflı“3D Secure” – internet vasitəsilə aparılan əməliyyatlarda dələduzluq hallarından mühafizə və ödənişlərin təhlükəsizləşdirilməsi imkanını verən qabaqcıl bir texnologiyadır.
ƏtraflıBu üsulla kartınızın kənar şəxslər tərəfindən idarə edilməsinin qarşısını alacaqsınız. Bunun üçün PİN-kodlardan, bankımızın təhlükəsizlik xidmətlərindən istifadə edə bilərsiniz.
Kompüterinizə bilinməyən məlumatların yazılmasının qarşısını alın, rəsmi sertifikatlaşdırılmamış və ya “crack” edilmiş proqram təminatlarından istifadə etməyin.
Elektron poçtunuzu saxtakarlardan qorumaq üçün ən yaxşı vasitə poçtunuza daxil olarkən həmin poçt xidmətinin hesaba daxil olmaq üçün ikitərəfli təsdiq funksiyasını aktivləşdirin.