Apple Pay indi Rabitəbank-da!

Apple Pay-ə qoşulmaq üçün nələr lazımdır?

  • Apple Pay üçün uyğun cihazlar: “Face ID” və ya “Touch ID” dəstəkləyən iPhone (iPhone 6-dan başlayaraq), Apple Watch və ya digər dəstəklənən cihazlar.
  • VISA və ya Mastercard plastik kart
  • “İcloud” hesabınıza daxil olduğunuz “Apple ID” və İnternet bağlantısı*.

Necə qoşulmaq olar?

iPhone-da:

  • Rabita Mobile tətbiqinə daxil olursunuz.
  • Apple Wallet-a əlavə etmək istədiyiniz kartınızın aşağısında “Apple Wallet-a əlavə et”  düyməsinə klikləyirsiniz.“iPhone” və ya “Apple Watch” cihazları seçimində “iPhone” seçirsiniz.
  • Kartınızı Apple Wallet-a əlavə etməyiniz üçün son olaraq birdəfəlik OTP şifrəsini daxil edirsiniz.Artıq kartınız Apple Wallet-də istifadə üçün hazırdır.

Apple Watch-da:

  • Rabita Mobile tətbiqinə daxil olursunuz
  • Apple Wallet-a əlavə etmək istədiyiniz kartınızın aşağısında “Apple Wallet-a əlavə et” düyməsinə klikləyirsiniz.“iPhone” və ya “Apple Watch” cihazları seçimində “Apple Watch” seçirsiniz.
  • Kartınızı Apple Wallet-a əlavə etməyiniz üçün son olaraq birdəfəlik OTP şifrəsini daxil edirsiniz. Artıq kartınız Apple Wallet-də istifadə üçün hazırdır.

iPad-da:

  • Rabita Mobile tətbiqinə daxil olursunuz.
  • Burada Apple Wallet-a əlavə etmək istədiyiniz kartınızın aşağısında “Apple Wallet-a əlavə et” düyməsinə klikləyirsiniz.“iPhone”, “iPad” və ya “Apple Watch” cihazları seçimində “iPad” seçirsiniz.
  • Kartınızı Apple Wallet-a əlavə etməyiniz üçün son olaraq birdəfəlik OTP şifrəsini daxil edirsiniz.Artıq kartınız Apple Wallet-də istifadə üçün hazırdır.

Apple Pay ilə necə ödəniş etmək olar?

“Face ID” dəstəkli iPhone üçün:

Mağazalarda ödənişi həyata keçirərkən yan (kilid) düyməni iki dəfə sıxın, identifikasiyası üçün iPhone-a baxın və sonra terminala gətirin. Tətbiqlərdə ödəniş edərkən ödəmə üsulunuz olaraq Apple Pay seçin.

“Touch ID” dəstəkli iPhone üçün:

Mağazalarda ödəniş edərkən barmağınızı “Touch ID” üçün toxundurun və iPhone-u POS-terminala yaxınlaşdırın. Tətbiqdə ödəniş edərkən ödəmə üsulunuz olaraq Apple Pay seçin.

Apple Watch

Mağazalarda ödəniş edərkən yan (kilid) düyməni iki dəfə sıxın və saatınızın ekran tərəfini POS-terminala yaxınlaşdırın.

F.A.Q

Apple Pay nədir?

Apple Pay, Apple cihazları üçün yaradılmış rəqəmsal ödəniş vasitəsidir. Bu sürətli və təhlükəsiz ödəniş metodu artıq Azərbaycan bazarında da aktivdir.

Apple Pay-də ödənişlər üçün əsas kartı necə seçə bilərəm?


Apple Pay-ə ilk əlavə olunan kart avtomatik olaraq əsas kart kimi təyin edilir. Əgər bir neçə kart əlavə etmisinizsə, istənilən vaxt əsas kartı dəyişə bilərsiniz. Bu əməliyyat hər cihaz üçün ayrı-ayrılıqda aparılır.

iPhone və ya iPad-də: Settings > Wallet & Apple Pay-ə keçin, Transaction Defaults bölməsinə daxil olaraq əsas kartınızı seçin.

Apple Watch-da: iPhone cihazınızda Apple Watch tətbiqinə daxil olun, My Watch bölməsində Wallet & Apple Pay-ə keçin və Default Card bölməsindən əsas kartı təyin edin.

Mac-də: System Preferences > Wallet & Apple Pay-ə keçin və əsas kartınızı seçin.

Eyni kartı müxtəlif Apple cihazlarında Apple Wallet-ə əlavə etmək mümkündürmü?

Bəli, eyni kartı bir neçə Apple cihazında Apple Wallet-ə əlavə etmək mümkündür.

Bir cihazda bir neçə kartı Apple Wallet-ə əlavə etmək olur?

Bəli, bir cihazda bir neçə kartı Apple Wallet-ə əlavə etmək mümkündür.

Kartı Apple Wallet-ə əlavə etmək üçün hər hansı bir komissiya ödənilməlidirmi?

Kartı Apple Wallet-ə əlavə etmək üçün heç bir komissiya haqqı tələb olunmur.

Apple Pay vasitəsilə ATM-lərdən pul çıxarmaq mümkündürmü?

Bəli, Apple Pay aktivləşdirildikdən sonra cihazınızı NFC funksiyasını dəstəkləyən ATM-ə yaxınlaşdıraraq, kartın PİN kodunu daxil etdikdən sonra hesabdan pul çıxarmaq mümkündür.