Strateji baxış

Ölkənin innovativ banklarından biri olaraq bütün növ maliyyə xidmətlərini göstərən, peşəkar komandaya malik, etibarlı, dayanıqlı, rəqəmsal və universal bank!

Dəyərlərimiz
  • Məsuliyyət
  • Şəffaflıq
  • Komanda işi
  • Müştəriyönümlülük
  • Nəticəyönümlülük
  • Dayanıqlı inkişaf
Missiya

Əhaliyə və bizneslərə etibarlı, keyfiyyətli, yeni texnologiyaya əsaslanan, rahat və əlverişli maliyyə xidmətləri və həlləri təqdim edirik.

Strateji məqsədlərimiz
  • Rəqəmsal transformasiya
  • Müştəri mərkəzli (fokuslu) yanaşma və müştəri təcrübəsində mükəmməllik
  • Mikro, kiçik, orta biznes müştərilərinə dəstək
  • Avtomatlaşma, optimallaşma və səmərəlilik
  • Yenilikçi məhsulların və satışların inkişafı 
  • İnsan kapitalına yatırım və kadr potensialının inkişafı
  • ESG və dayanıqlı inkişaf
  • Bazar mövqeyinin gücləndirilməsi, risklərin idarə edilməsi və şəffaflığın təmin edilməsi
  • Yeni Bazarlar və investisiya
  • Bankın brendinin və imicinin gücləndirilməsi
İnkişaf prioritetlərimiz
  • Əhalinin maliyyə inkluzivliyinin artırılmasına töhfə vermək;
  • Əlverişli və məsuliyyətli bank xidmətləri təklifini artırmaq;
  • Fəaliyyətin səmərəliliyini artırmaq və xərclərin optimallaşdırılmasını davam etdirmək;
  • Korporativ idarəetməni inkişaf etdirmək və şəffaflığı qorumaq;
  • Risklərin idarəedilməsini gücləndirmək və inkişaf etdirmək;
  • Mənfəətliliyi və rentabelliyi artırmaq.
Əsas fəaliyyət növlərimiz
  • Tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;
  • Kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi;
  • Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması;
  • Hesablaşma-kassa xidmətlərinin göstərilməsi;
  • Ödəniş vasitələrinin buraxılması;
  • Maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi;
  • Sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək;
  • Öz hesabına və ya müştərilərin hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
  • Öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və akkreditivlərin açılması;
  • Qiymətlilərin, o cümlədən banknotların və sikkələrin inkasasiya edilməsi və göndərilməsi.