F.A.Q

Kartmane ilə ATM-lərdə pul nağdlaşdırılması zamanı nə qədər xidmət haqqı tutulur?

Ölkə daxili istənilən ATM və ölkə daxili digər bank kartlarına Card to Card əməliyyatları ayda cəmi 1 000 AZN/USD/EUR  pulsuz. Yuxarı məbləğlər üzrə  0.9%, min.1 AZN/USD/EUR,  hesablanır: https://rbt.az/tarif

Kartmane üzrə keşbek nə qədərdir?

Kartmane dünyanın bütün yanacaq doldurma məntəqələrində 5%-dək, bütün kafe və restoranlarda 3%-dək, partnyor şəbəkəsi üzrə 40%-ə qədər keşbek qazandırır.

Daha ətraflı: https://rbt.az/KmKsbk

Keşbekləri hansı ödənişlərdə qazanmaq olar?

Yaşıl Keşbek - (mak. aylıq keşbek məbləği 200 AZN)

Azercell Keşbek (mak. aylıq keşbek məbləği 5000 bal)

MİLES Keşbek  (mak. aylıq keşbek məbləği yoxdur): 

Xarici valyuta - USD, EUR kartları (mak. aylıq keşbek məbləği yoxdur)

Daha ətraflı: https://rbt.az/yeniKesbk

Keşbək məbləği nə zaman karta mədaxil olunur?

Keşbek bonusları ayın son iş günü hesablanaraq növbəti aydan, lakin istənilən halda növbəti ayın 3-cü iş günündən gec olmamaq şərtilə,bonus hesabına bal şəklində küçürüləcək, balı pula çevirə bilərsiniz ("Yaşıl"  paketi üzrə). "Azercell" paketı üzrə hesablanan balı Azercell danişiq/İnternet paketə dəyişmək. "MİLES" paketi üzrə hesablanan mili aviabilet, otel və rent a car ödənişlərə dəyişmək.

Mobil tətbiq vasitəsi ilə Rabitəbank kartları arasında card to card xidmət haqqısı nə qədərdir?

Rabitəbank kartları arasında - ayda 10 000 AZN/USD/EUR-dək pulsuz. Yuxarı məbləğə görə 0.2%, min.0.6 AZN/USD/EUR. Kredit xətti olan kartlarla edilən card to card əməliyyatları zamanı xidmət haqqı 1% min. 1 AZN/USD/EUR təşkil edir.

Rabitəbankın kartı vasitəsi ilə xarici ölkə bankının kartına card to card əməliyyatı edə bilərəm?

Bəli. Yalnız Rabita Mobile-da qeyd edilən xarici ölkələrə card to card əməliyyatı mümkündür.

Qeyd: Ancaq Visa və MasterCard beynalxalq ödəniş sistemlərinə aid olan kartlara göndərmək mümkündür.

Vəsaitlərin nağdlaşdırma limitləri varmı ?

Növbəti link-ə keçid edərək limitlər ilə tanış ola bilərsiz: https://rbt.az/tarif

Keşbeklərdən əldə edilən bonusları pula çevirmək mümkündür?

Bəli. Mobil tətbiqdə bonuslar bölməsində yer alan balları vəsaitə çevirmək mümkündür.

 

Depozit gəliri kartmane hesabına nə vaxt köçürülür?

Faizlər günün sonuna olan qalığa hesablanır və hər ayın ilk iş günündə kartınıza mədaxil edilir. Kartmane kartlarında min 100 AZN/USD, max 10000 AZN/USD, Premium tipli kartmanelərdə isə min 100 AZN/USD, max 50000 AZN/USD məbləğində qalığa faiz hesablanır.

AZN valyutasında olan Kartmane kartını xarici ölkədə istifadə etmək mümkündür?

Bəli, mümkündür.

Kartmane kartının müddəti bitdikdən sonra hesabda qalan məbləği necə əldə etmək olar?

Kartmane kartının müddəti bitdikdən sonra hesabda qalan məbləği banka yaxınlaşıb, nağdlaşdırmaq mümkündür.

Rabitəbankın əməliyyatlarını MilliÖn, E-manat və digər onlayn kanallar vasitəsilə həyata keçirmək mümkündür?

Bəli, mümkündür.

E-manat, MilliÖn və digər onlayn kanallar vasitəsi ilə fiziki şəxslərin öz debet kartlarına və cari hesablarına icra etdikləri mədaxil üzrə limit tətbiq olunur?

Bəli, limit tətbiq olunur. Bir əməliyyat limiti - 5.000 AZN ekv., Max əməliyyat limiti - 14.999 AZN ekv.

Qeyri-iş saatlarında və qeyri-iş günlərində valyuta hesablarına (cari hesab, debet kart) terminal və onlayn kanallar vasitəsi ilə icra olunan mədaxil əməliyyatlarına limit tətbiq olunur?

Bəli, tətbiq olunur.

Qeyri-iş saatlarında USD və EUR valyutada olan hesablara (cari və debet kart) tətbiq olunan limit:

  • USD valyutasında - 500 USD ekv
  • EUR valyutasında - 250 EUR ekv

Qeyri-iş günlərində xarici valyutada olan debet kartlara və cari hesablara tətbiq olunan mədaxil limitləri:

  • USD valyutalı kartlar və cari hesablar üçün (cəm) – 500 USD ekv.
  • EUR valyutalı kartlar və cari hesablar üçün (cəm) – 250 EUR ekv.

Ardıcıl qeyri-iş günlərində xarici valyutada olan debet kartlar və cari hesablar üzrə mədaxil məbləğlərinin cəmi:

  • USD valyutalı kartlarda və cari hesablarda - 1000 USD ekv
  • EUR valyutalı kartlarda və cari hesablarda - 500  EUR ekv

Müştəri tərəfindən valyutada olan hesablara (cari və debet kart) iş saatlarında, qeyri-iş saatlarında, qeyri-iş günlərində terminallar və onlayn kanallar vasitəsi ilə aparılmış ümumi mədaxil:

  • USD valyutası üzrə maksimum - 3000 USD ekv
  • EUR valyutasında maksimum - 1500 EUR ekv

Qeyd: Yuxarıda qeyd edilən mədaxil limitləri bankın əməkdaşlıq etdiyi bütün partnyor terminal və onlayn kanal şəbəkəsinə şamil olunur.

Ödəniş terminalları vasitəsi ilə AZN valyutalı debet kartlarına və cari hesaba mədaxil üzrə xidmət haqqı tətbiq olunur?

Bəli, tətbiq olunur.Ödəniş terminalları (Online və Offline: Emanat,Million,Mpay,M10 və digər)  vasitəsilə ilə Fiziki şəxslərin Kartmane karta və cari hesaba nağd şəkildə mədaxil (yalnız AZN valyutalı). Təyin edilmiş limit müştərinin FİN koduna əsasən tənzimlənir.
•    Aylıq 3 000 AZN – dək mədaxil edildikdə Pulsuz
•    Aylıq 3 000 AZN – dən çox edilən hər mədaxilə görə 0.3%

Kredit kartın ödənilməsi üçün hansı kanallardan istifadə etmək olar?

Kredit ödənişlərinizi vaxtlı-vaxtında aparmaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz: E-manat , InternetBank, Mobil app, Onlayn Kredit Ödəmə səhifəsinə ⏎ keçid edərək ödənişi icra edə bilərsiniz. İstifadə edilən zaman Kredit ödəniş təyinatı seçilməlidir. 

Qeyd: Kredit  borcun ödənilməsi üçün  Card to Card üsulu tövsiyə edilmir.