Əməliyyatı seçin
Rabitəbankda risklərin idarə edilməsi məqsədi ilə risklərin idarə edilməsi strategiyası və risk siyasəti, risk iştahası bəyannaməsi, maliyyə riskləri üzrə fövqəladə hal planı və eyni zamanda risk xəritəsi hazırlanmışdır. Göstərilən sənədlər əsasında bankdaxiliqaydalar və proseduralar işlənib hazırlanmış, stress ssenarilərə əsaslanan analitik sistem qurulmuş və Biznes davamlılığı üçün fövqəladə hallar planı hazırlanmışdır.
Bankın bütün strukturları öz işini sistemli şəkildə mövcud olan bankdaxili risk qaydalarına, prosedurlarına uyğun olaraq həyata keçirir.
Rabitabank risklərin idarə edilməsi istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirir. Belə ki, xarici bankların qabaqcıl təcrübəsinə, nəzarətedici orqanın normativ aktlarına, Bazel komitəsinin tövsiyyələrinə əsasən risklər müəyyənləşdirilir və aşağıdakı kateqoriyalar üzrə təsnifləşdirilir:
Bankın fəaliyyət və inkişaf strategiyasını müəyyən edən qərarların qəbul olunması zamanı baş verən çatışmazlıqlar, o cümlədən bankın fəaliyyətinə təhlükə yarada bilən mümkün risklərin tam nəzərə alınmaması nəticəsində zərərin baş verməsi riskidir.