F.A.Q - Sürətli pul köçürmələri

SPK vasitəsi ilə pul göndərilən zaman məbləği nağdlaşdıran şəxsdən komissiya tutulur?

SPK vasitəsi ilə pul göndərilən zaman göndərilən məbləği nağdlaşdıran şəxsdən heç bir komissiya tutulmur.

SPK köçürmələrini banka gəlmədən icra etmək mümkündür?

Bəli, mümkündür. Rabita Mobile tədbiqi vasitəsi ilə Zolotaya Korona və Barat pul köçürmə sistemi ilə mümkündür

SPK köçürmələrini E-manat üzərindən icra etmək mümkündür?

Rabitəbank ASC-də mövcud olan Barat pul köçürmə sistemi ilə E-manat ödəniş terminalları vasitəsi ilə pul köçürməsini həyata keçirmək mümkündür.

 

Zolotaya Korona sistemi vasitəsi ilə Kartmane (debet) kartına köçürülən məbləği nağdlaşdırarkən, xidmət haqqı tutulur?

Xeyir, heç bir əlavə xidmət haqqı tutulmur.