Geri

POS terminallar və E-ticarət

Biznesinizin inkişafı üçün ağıllı həllər Rabitəbankda! Nağdsız ödənişlərin qəbulu üçün təmassız POS-terminal xidmətimizdən faydalanın!

Biznesinizin inkişafı üçün ağıllı həllər Rabitəbankda! Nağdsız ödənişlərin qəbulu üçün təmassız POS-terminal xidmətimizdən faydalanın!

Rabitəbankın təklif etdiyi “Verifone X990” yeni nəsil POS-terminalı ən son Android əməliyyat sisteminə sahib, ekrana toxunmaqlı, incə, yüngül portativ “smart” cihazırdır. Bu cihaz dövrümüzün ən sürətli mobil bağlantısı olan 4G ilə təchiz olunub. X990 kassa aparatının funksiyaları ilə yanaşı, POS-terminal, anbar uçotu sistemi, printer funksiyalarını və bir sıra digər özəllikləri özündə birləşdirir.

Sahibkar və korporativ müştəriləri əlavə hansı üstünlüklər gözləyir?

  • Ödəniş əməliyyatlarının sürətli və növbədə çox vaxt sərf etmədən həyata keçirilməsi
  • Kassa əməkdaşının iş yükünün azalması və asanlaşması
  • Təmassız ödəniş üsulunun daha sağlam seçim olması
  • Kiçik məbləğli pul qalıqlarının qaytarılması kimi çətinliklərin aradan qaldırılması
  • Nağd pulun saxlanılması və daşınması ilə bağlı risklərin aradan qaldırılması
  • Kart istifadəçilərinin nağdsız ödənişləri nəticəsində satış həcminin artması

POS-terminal sifarişini banka gəlmədən az sayda sənəd ilə İnternet Bankçılıqdan edin.

Tələb olunan sənədlər:

  • Ərizə
  • Dövlət Reyestrindən çıxarışın və ya VÖEN-nin surəti
  • Təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış

POS-terminallar və elektron ticarət vasitəsilə aparılan əməliyyatlar

Sifariş üçün buraya keçid edin.