Geri

AniPay

Hər anın qiymətini bilənlər üçün Anipay ödənişləri!

Artıq Rabitəbanklılar İnternet Bankçılıq üzərindən asanlıqla həm vəsait göndərə, həm də vəsait qəbul etmə funksionallığından yararlana biləcəklər. Üstünlükdən faydalanmaq üçün İnternet Bankçılıq hesabınıza daxil olun və yeni Anipay bölməsinə keçid edin. Prosedur çox asan və sürətlidir, üstəlik, heç bir sənədə ehtiyac yoxdur!

Ani Ödənişlər Sistemi (AÖS) əsas funksiyası ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24/7 rejimində saniyələr ərzində başa çatdırıla bilməsidir. Sistemdə aparılan əməliyyatlar üzrə autentifikasiya, avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir. 

AÖS-də əməliyyatlar milli (Azərbaycan Manatı - AZN) valyutada aparılır. Müştəri hesabının milli valyutadan kənar hər hansı valyutada olması halında ödəniş üzrə banklar tərəfindən günün məzənnəsinə uyğun olaraq konvertasiya icra olunur. Sistemdə hər bir ödəniş tranzaksiyasına büdcə ödənişləri istisna olmaqla 40 000 manat məhdudiyyət müəyyənləşdirilmişdir.