Mobil POS nədir?
POS-terminal (Point of Sale – satış nöqtəsi) – bank kartları ilə olan ödənişləri qəbul edən cihazdır. Mobil POS isə daşına bilən terminaldır.
Xidmətə necə qoşulmaq olar?
Xidmətdən istifadə etmək üçün NFC dəstəkləyən Android əməliyyat sistemli mobil cihaz olmalıdır.
Xİdmətə qoşulmaq üçün komissiya haqqı tələb olunurmu?
Xeyr, xidmətə qoşulmaq üçün heç bir komissiya haqqı tələb olunmur.
Qəbzi çap etmək mümkündür?
Bəli, qəbz alıcının elektron poçt ünvanına və ya SMS vasitəsilə göndərilə bilər. Qəbz QR kod kimi də paylaşıla bilər.
Əməliyyatın icrası zamanı kartın PİN kodu tələb olunur?
100 AZN və üzəri əməliyyatlarda kartın PİN kodu tələb olunur (istisna olaraq Token əməliyyatlar zamanı tələb olunmaya bilər).
Mobil POS ilə əməliyyat üzrə limit tətbiq olunur?
Bəli. Gündəlik limit- 10000 AZN.