Əməliyyatı seçin
Əməkdaşlarının rahatlığı üçün hər cür şəraiti yaratmağa çalışan şirkət rəhbərlərinə daha yeni bir təklif - Rabitəbankdan əməkhaqqı + Kartmane kartları! Artıq unikal Kartmane kartımızın bütün üstünlükləri həm də əməkhaqqı kartınızda olacaq.
"Yaşıl" keşbek paketi üzrə maksimal məbləğ - 200 AZN ✓ (Ölkədaxili və ölkəxarici əməliyyatlar)
Qeyd ➜ Apple Pay və Google Pay vasitəsi ilə aparılan ödənişlərə görə keşbek, əməliyyatın təsdiqi (silinməsi) gəldikdən sonra əks olunacaq. Standart olaraq təsdiq prosesin icrasına 3 gün tələb olunur, amma nadir hallarda 35 günədək tələb oluna bilər.
Hesablanma qaydası:
Kateqoriyalar |
Kart vasitəsi ilə ödəniş |
Apple Pay və Google Pay vasitəsi ilə ödəniş |
Aylıq kateqoriya üzrə maks.AZN |
YDM |
0,5% |
5% |
30 |
Market |
1% |
3% |
30 |
Restoran |
1% |
3% |
30 |
Kitab mağazaları |
5% |
5% |
30 |
İctimai nəqliyyat, qatar |
5% |
5% |
30 |
Bərbər/Gözəllik salonları/SPA |
5% |
5% |
30 |
Kinoteatrlar |
10% |
10% |
30 |
Geyim |
1% |
3% |
30 |
Elektronika mağazaları |
2% |
3% |
30 |
Sığorta |
1.5% |
1.5% |
- |
Taksi |
2% |
5% |
30 |
Çatdırılma |
2% |
5% |
30 |
Zoo mağazaları |
2% |
5% |
30 |
Aptek |
1% |
1% |
30 |
Digər |
1% |
1,5% |
- |
"Miles" keşbek paketi üzrə maksimal məbləğ – 25 000 mil✓ (Ölkədaxili və ölkəxarici əməliyyatlar)
Qeyd ➜ Apple Pay və Google Pay vasitəsi ilə aparılan ödənişlərə görə keşbek, əməliyyatın təsdiqi (silinməsi) gəldikdən sonra əks olunacaq. Standart olaraq təsdiq prosesin icrasına 3 gün tələb olunur, amma nadir hallarda 35 günədək tələb oluna bilər.
Hesablanma qaydası:
Kateqoriya |
Kart vasitəsi ilə ödəniş |
Apple Pay və Google Pay vasitəsi ilə ödəniş |
Aylıq kateqoriya üzrə maks.mil |
YDM |
1AZN= 0,25 mil |
1 AZN= 2.5 mil |
1500 mil |
Market |
1 AZN= 0.5 mil |
1 AZN= 1.50 mil |
1500 mil |
Restoran |
1AZN= 0.5 mil |
1 AZN= 1.50 mil |
1500 mil |
Kitab mağazaları |
1 AZN= 2.50 mil |
1 AZN= 2.50 mil |
1500 mil |
İctimai nəqliyyat, qatar |
1 AZN= 2.50 mil |
1 AZN= 2.50 mil |
1500 mil |
Bərbər/gözəllik salonları/SPA |
1 AZN= 2.50 mil |
1 AZN= 2.50 mil |
1500 mil |
Kinoteatrlar |
1 AZN= 5 mil |
1 AZN= 5 mil |
1500 mil |
Geyim |
1AZN= 0.5 mil |
1 AZN= 1.50 mil |
1500 mil |
Elektronika mağazaları |
1AZN= 1 mil |
1AZN= 1.50 mil |
1500 mil |
Sığorta |
1 AZN= 0.75 mil |
1 AZN= 0.75 mil |
- |
Taksi |
1AZN= 1 mil |
1 AZN= 2.50 mil |
1500 mil |
Çatdırılma |
1AZN= 1 mil |
1 AZN= 2.50 mil |
1500 mil |
Zoo mağazaları |
1AZN= 1 mil |
1 AZN= 2.50 mil |
1500 mil |
Aptek |
1 AZN= 0.5 mil |
1AZN= 0.5 mil |
1500 mil |
Digər |
1 AZN= 0.5 mil |
1AZN= 0.75 mil |
- |
“Miles” paketi üzrə müvafiq xərcləmələr (aviabilet, otel və rent a car ödənişi) aparıldıqdan 30 gün müddətinə xərclənilən vəsaiti Millərə dəyişmək mümkündür. “Miles” paketi üzrə qazanılmış millər yığılmağa başladığı tarixindən 24 ay müddətində qüvvədədir.
Milləri hər hansı ödəniş vasitəsinə (aviabilet, otel və rent a car ödənişi) dəyişmək üçün hesablama forması: 1AZN=50 MİL.
“Miles” paketinə keçid alındığı tarixdən ilk üç ay ərzində üç aydan yalnız biri üzrə 3000 AZN dövriyyə edilərsə müştəriyə 1500 mil hədiyyə edilir. “Miles” paketinin istifadəsi zamanı hədiyyə olaraq qazanılmış 1500 mil, qazanıldığı tarixdən etibarən 12 ay tamam olmadan “Miles” paketindən digər keşbek paketlərinə keçid edilən zaman müştərinin mil hesabındakı qalığından tam və ya qismən silinir. Müştərinin mil qalığında kifayət qədər mil olmadıqda, müştəridən əlavə haqq ve komissiya tutulmur.
Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) Mobile Bankinq vasitəsi ilə “Miles” paketlindən "Yaşıl Keşbek" paketinə keçid aldıqda, qazanılan millər “Miles” paketi üzrə “aviabilet”, “otel” və “rent a car” ödənişi edilərək dəyişilməlidir. Qazanılan millər “Miles” paketi üzrə “aviabilet”, “otel” və ya “rent a car” ödənişləri üzrə dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan Yaşıl Keşbek paketinə transfer edilir.
“Miles” paketindən ”Yaşıl Keşbek” paketinə keçid alınan zaman qazanılmış millərin transferi zamanı, aylar üzrə ayrılıqda 5000 mil üzərində qazanılmış bonuslar (yalnız bankın təqdim etdiyi) ləğv edilir.
“Miles” paketi istifadəsi zamanı ay ərzində istifadə edilməmiş millər yaxud istifadə edildikdən sonra qalıq olaraq qalan millar növbəti aylara keçirilir.
“Miles” paketi istifadəsi zamanı bankın partnyor şəbəkələri ilə əldə edilmiş razılığa əsasən təyin edilmiş keşbek faiz dərəcələri əsasında toplanılan ballar 50 misli həcmində hesablanılır.
Dövriyyə üzrə istisnalar - ATM cash, Pos Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabitəbankın Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.
Rabita Mobile ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.
Keşbek hesablanması üçün Plastik kartları arasında dəyişmək imkanı:
Ay ərzində edilən dəyişikliklər növbəti aydan qüvvəyə minir:
Keşbek bonuslarından istifadə müddəti:
Bonuslar müştəri tərəfindən müvafiq bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Əgər cari ay üzrə aparılan əməliyatlara görə silinmə növbəti ayın ilk 3 iş günü ərzində həyata keçiriləcəksə, bu halda bonuslar cari ay üzrə hesablanacaqdır. Cari ay üzrə silinmə növbəti ayın ilk 3 iş günündən sonra daxil olduqda bonuslar növbəti ay üzrə hesablanacaq. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə bonus hesablanmır və hesablanmış bonuslar ləğv edilir. İlin son gününə (31 dekabr günün sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır.
Kartmane xidmət haqqı tarifləri:
✔ Kart üzrə hər növbəti ilin xidmət haqqı kartın qalıq məbləğindən bank tərəfindən birtərəfli qaydada tutulur. Hesablanmış bonuslar kart üzrə xidmət haqqının ödənilməsinə Bank tərəfindən birtərəfli qaydada yönəldilə bilər. Hər növbəti ildə xidmət haqqı 3 ay ərzində ödənilmədiyi təqdirdə kart bloklaşdırılır (Yalnız xidmət haqqı ödəyərək kart blokdan azad edilir). 6 ay ərzində xidmət haqqı ödənilməyən kartlar bağlanaraq ləğv edilir.
✔ Əmanət faizlərinin köçürülməsi məqsədilə açılan Kartmane kartı üçün, faizlər köçürülən dövründə komissiya tutulmur. Kart hesabı üzrə bu şərtlərdə əksini tapmayan məqamlar cari tarixə mövcud olan "Ödəniş kartları ilə əməliyyatların aparılması üzrə tarif cədvəli"nə əsasən tənzimlənəcək.
✔ Müştəri bankın müvafiq filialına/şöbəsinə yaxınlaşmaqla, Bank təklif etdiyi halda isə təklif olunan rəqəmsal bankçılıq xidmətindən istifadə etməklə Banka müraciət edərək Kartmane hesabı üzrə faizlərin hesablanmasını dayandıra və eyni üsulla faizlərin hesablanmasını yenidən bərpa edə bilər.