Geri

Sahibkarlara Kredit - SİF

Rabitəbank, Sahibkarlığın İnkişafı Fondu (SİF) vasitəsilə sahibkarlara bizneslərini genişləndirmək və inkişaf etdirmək üçün xüsusi kredit şərtləri təklif edir. Bu kredit, kiçik və orta sahibkarların müxtəlif ehtiyaclarını qarşılamaq üçün hazırlanmışdır.

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsi, VÖEN, Layihə keçirildiyi yerin torpaq sənədi, Nizamnamə (hüquqi şəxs olsa), Dövlət reyestrindən çıxarışı (hüquqi şəxs olsa).

Fondun vəsaitlərinin istifadəsi istiqaməti ►

Güzəştli kreditlər ►

Maliyyələşmə şərtləri:

Sahibkarlıq subyektlərinə Fondun vəsaiti illik faiz dərəcəsi 5 faizədək olmaq şərti  ilə Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı və sənaye məhsullarının istehsalı və emalı istiqamətində məbləği 500 min manatadək olan dövriyyə vəsaitinin alınması (yalnız xammal alışı) məqsədilə güzəştli kreditlər aşağıdakı hədlərdə və müddətlərdə verilir:

  • Məbləğ: 5 000 - 500 000 manatadək
  • Müddət: 2 ilədək
  • Güzəşt müddəti: ümumi müdddətin  ½ nisbəti həddində
  • Layihədə sahibkarın şəxsi iştirak payı: Kredit məbləği 200-500 min manat aralığında olduqda minimum 30%

Güzəştli kreditlər mexanizmi

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə.

Xammal tədarükü üçün güzəştli kreditlərin ayrılması təmin ediləcəkdir: Mal əti istehsalı, toyuq əti istehsalı, süd istehsalı, yumurta istehsalı, düyü istehsalı, şəkər tozu istehsalı, günəbaxan yağı istehsalı, marqarin istehsalı, kərə yağı istehsalı, un istehsalı, makaron məmulatları istehsalı.

Fondun vəsaiti hesabına güzəştli kredit (həmçinin avadanlıq krediti) almaq üçün sahibkarlıq subyekti müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya ondan imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. Layihəniz müsbət qiymətləndirildiyi təqdirdə sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir.

Sahibkarlıq subyektlərinə Fondun vəsaiti illik faiz dərəcəsi 5 faizədək olmaq şərti ilə aşağıdakı hədlərdə və müddətlərdə verilə bilər:

  • 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər (3 ilədək);
  • 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər (5 ilədək);
  • 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər (10 ilədək).

Kreditlərdən istifadə üzrə güzəşt müddəti kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.

Avadanlıq krediti

Avadanlıqların girov qoyulması yolu ilə mövcud avadanlıqlarını yeniləmək və ya yeni avadanlıqlar əldə etmək istəyən sahibkarlıq subyektlərinə illik faiz dərəcəsi 9 faizədək olmaq şərtilə aşağıdakı şərtlərlə verilir:

  • 5 000 manatdan 3 000 000 manatadək (5 ilədək);
  • avadanlıqların alınması üçün nəzərdə tutulan kreditlərdə güzəşt müddəti avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla,12 (on iki) aydan çox olmamalıdır;
  • kreditlərin təminatı kimi alınan avadanlıqlar müvəkkil kredit təşkilatının xeyrinə yüklü edilməli və Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməli;
  • kreditlər yalnız yeni avadanlıqların alınması üçün verilməli;
  • sahibkarlıq subyekti avadanlığın qiymətləndirilməsi nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi (yerli istehsal məhsulu olan avadanlıqlar üçün isə 10 faizi) həcmində müvəkkil kredit təşkilatına ilkin ödəniş etməlidir.

manətli kreditlər

Dövlət zəmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

  • hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı;
  • kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı (50 faizədək hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır);
  • kreditin müddəti 3 (üç) ildən çox olmamalı;
  • kredit üzrə güzəşt müddəti 12 (on iki) aydan artıq olmamalı;
  • bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faizdən çox olmamalıdır.

Dövlət zəmanəti verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına (www.e-edf.gov.az) zəruri məlumatları daxil edir, müvəkkil kredit təşkilatını seçir və investisiya layihəsinə uyğun olaraq kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyektinin müraciətinə imtina verilərsə, səbəb kimi qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra, sahibkarın həmin və ya digər müvəkkil bank vasitəsi ilə yenidən müraciət etmək hüququ vardır.

Hədəf auditoriyası

Fərdi sahibkarlar və hüquqi şəxslər

Valyuta

AZN

Ödəniş forması

annuitet

Haqq və komissiyalar

0,6-1%

Faiz dərəcəsi

5%

 

Kreditin məbləği və kredit, güzəşt müddəti

5 000 manatdan 50 000 manatadək

36 ay (güzəşt müddəti 18 aya kimi)

50 001 manatdan 1 000 000 manatadək

60 ay (güzəşt müddəti 30 aya kimi)

1 000 001 manatdan 10 000 000 manatadək

120 ay (güzəşt müddəti 60 aya kimi)

Digər kreditlər

Mikro Kredit
  • Müddət3-36 ay
  • Faiz dərəcəsi15%
Kiçik bizneslərin mikro-kreditlərlə ehtiyaclarının sürətli və asan həlli
İnvoysların Maliyyələşdirilməsi
  • Müddət3 ay
  • Faiz dərəcəsi12%