Rabitəbank “Müştəri təmsilçisi” layihəsini yekunlaşdırıb.
Sizə daha yaxşı xidmət etmək üçün əməkdaşlarımız universallaşdı!
Rabitəbank “Müştəri təmsilçisi” layihəsini yekunlaşdırıb. Layihə direktor, rəhbər, menecer və ekspertlərin mentorluğu ilə 5 həftəlik əsas təlimləri əhatə edir. Təlimlərdə əməliyyat və kredit sahəsi üzrə ümumi 225 əməkdaş iştirak edib.
Təlim proqramını tamamlamış əməkdaşlar artıq universal işçi kimi yetişərək “Müştəri təmsilçisi” sertifikatları ilə təmin olunublar.