Apple Pay ilə necə ödəniş etmək olar?
“Face ID” dəstəkli iPhone üçün:
Mağazalarda ödənişi həyata keçirərkən yan (kilid) düyməni iki dəfə sıxın, identifikasiyası üçün iPhone-a baxın və sonra terminala gətirin. Tətbiqlərdə ödəniş edərkən ödəmə üsulunuz olaraq Apple Pay seçin.
“Touch ID” dəstəkli iPhone üçün:
Mağazalarda ödəniş edərkən barmağınızı “Touch ID” üçün toxundurun və iPhone-u POS-terminala yaxınlaşdırın. Tətbiqdə ödəniş edərkən ödəmə üsulunuz olaraq Apple Pay seçin.
Apple Watch
Mağazalarda ödəniş edərkən yan (kilid) düyməni iki dəfə sıxın və saatınızın ekran tərəfini POS-terminala yaxınlaşdırın.