Explanatory dictionary of banking terms

A

Açıq Bazar Əməliyyatları

Mərkəzi Bank tərəfindən qiymətli kağızların və xarici valyutanın alqı-satqısı əməliyyatlarıdır.

Açıq Devalvasiya

Ölkənin milli valyutasının sabitliyinin təmin olunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən milli valyutanın məzənnəsinin digər ölkələrin möhkəm valyutalarına və beynəlxalq hesablaşma vasitələri vahidlərinə nisbətdə rəsmən endirilməsi, həmçinin, milli valyuta vahidinin real qızıl məzmununun azaldılmasıdır.

Açıq Səhmdar Cəmiyyəti

Səhmləri səhmdarları tərəfindən digər səhmdarlarının razılığı olmadan belə müstəqil surətdə özgəninkiləşdirilə bilən səhmdar cəmiyyət.

Adambaşına Düşən Pul Gəlirləri

Hesabat dövründə əhalinin pul gəlirlərinin onun orta illik daimi sayına bölünməsi yolu ilə müəyyən edilir. Ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbəti isə ailədə adambaşına düşən orta gəlirdir.

Adsız Qiymətli Kağız

Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir.

Agent

Başqa fiziki və ya hüquqi şəxsin adından, müəyyən komissiya haqqı müqabilində, onun hesabına və riskinə alqı-satqı aparan fiziki və ya hüquqi şəxsdir. 

Aktivlər

Mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir.

Aktiv Bazar (fəal bazar)

Həyata keçirilən əməliyyatların həcminin böyüklüyü, satış və alış qiymətləri arasındakı spredin kiçikliyi və rəqabətin yüksək səviyyəsi ilə səciyyələnən qiymətli kağızlar bazarıdır.

Aktiv Əməliyyatlar

Hər hansı iqtisadi subyektin (dölətin, müəssisənin, yaxud hər hansı fiziki şəxsin) özünə məxsus olan maliyyə resurslarını mənfəət əldə etmək məqsədilə dövriyyəyə buraxması, yaxud idarə etməsidir.

Aktivlərin İdarə Edilməsi

Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması.

Akkreditiv

Malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir. Akkreditivlərin qarantiyadan əsas fərqi ondadır ki, bu halda bank müştəri və sifarişçi arasında "üçüncü şəxs" rolunu oynayaraq öz aktivləri ilə risk etmir, bir müştəridən digərinə pul köçürməsi ilə bank xidmətini həyata keçirir.

Amortizasiya

Vaxt keçdikcə meydana gələn aşınma nəticəsində aktivlərin real dəyərinin getdikcə azalması.

Anderraytinq

Emitentin adından çıxış edərək investorların cəlb edilməsi və emitentin buraxdığı qiymətli kağızların bazarda yerləşdirilməsi öhdəliyinin götürülməsidir.

Annuitet 

Annuitet — kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişləri əks etdirir. Bu ödənişlər aylar üzrə elə hesablanaraq bölüşdürülməlidir ki, ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun.

Artım Sürəti

Nisbi statistik göstərici olub müəyyən bir göstəricinin müəyyən dövr ərzində dəyişməsinin intensivliyini göstərir və həmin göstəricinin hesablama aparılan dövr (hesabat, plan, proqnoz dövrü) üçün mütləq qiymətinin müqayisə aparılan dövrdəki (baxılan dövrdən əvvəlki dövr, baza dövrü) mütləq qiymətinə nisbəti kimi hesablanır.

Aşağı Axın

Ana şirkətdən törəmə şirkətlərə maliyyə vəsaitlərinin axını (məsələn, kredit verilməsi).

Audit

İdarəçilik fəaliyyətinin müəyyən meyarlara, norma və standartlara uyğun gəlməsini qiymətləndirmə prosesi və sistemi.

Audit Standartları

Hər bir institut öz xüsusiyyətlərinə və tələblərinə uyğun təyin edir, daxili auditorların missiyasının imkanları və daxili audit funksiyasının məqsəd və prosedurları beynəlxalq daxili audit standartlarına hörmətlə aparılmalıdır.

Avans Ödənişin Geri Qaytarılması Qarantiyası

Təchizatçı tərəfindən işlərin icrası, malların çatdırılması barədə öhdəliklərini yerinə yetirilmədiyi halda avans ödənişin geri qaytarılmasına təminat verir.

Avropa Mərkəzi Bankı (European Central Bank)

Avrozonada milli çərçivələrdən daha yuxarı səviyyədə monetar siyasət aparmaq üçün yaradılmış təşkilatdır.

Avrovalyuta

Xarici valyutalarla əhəmiyyətli miqyasda əməliyyatlar aparan ölkədən kənarda hərəkət edən ayrı-ayrı ölkələrin milli valyutasıdır. Nümunə: dollar ABŞ-dan kənarda avrodollar adlanır.

B

Balans

Bir-birini tamamlayan iki hissədən ibarət, müəyyən zaman müddətində hər hansı hadisə və ya fəaliyyətlə bağlı tarazlığı və nisbəti xarakterizə edən göstəricilər sistemi.

Balans Cədvəli

İki hissəyə ayrılmış cədvəl olub, bir tərəfində passivlər (kapital), digər tərəfində aktivlərdir. Balansda passivlərin və aktivlərin cəmi bərabər olur.

Balans Hesabatı

Müəssisənin, firmanın konkret bir dövrə, tarixə aktivlərinin, passivlərinin və xüsusi kapitalının xalis dəyərinin yekun hesabatıdır.

Balans İtkiləri

Məhsulların realizasiyasından, əsas vəsaitlərdən və müəssisənin digər əmlaklarından, həmçinin realizasiyadan kənar əməliyyatlardan olan itkilərin cəmidir ki, bu da həmin əməliyyatlar üzrə ümumi xərclərdən çəkilir.

Balans Gəliri

Müəssisənin bütün təsərrüfat əməliyyatlarının və balans bəndlərinin qiymətləndirilməsi nəticəsində müəyyən edilmiş, məhsulların realizasiyasından, əsas vəsaitlərdən, müəssisənin digər əmlakından və realizasiyadan kənar gəlirlərdən bu əməliyyatlar zamanı çəkilən bütün xərcləri çıxdıqdan sonra qalan maliyyə nəticələrinə deyilir.

Balans Mənfəəti

Müəssisənin, firmanın əsas vəsaitlərinin bütün obyektlərinin balans cədvəllərində əks etdirilən və onun balansına daxil edilən dəyəridir.

Bank

Fiziki və hüquqi şəxslərin pul əmanətlərinin cəlb edilməsi, qaytarılması, onlar üçün bank hesablarının açılması, kassa xidmətlərinin göstərilməsi və s. əməliyyatlarla məşğul olan kredit təşkilatı.

Bankın Nümayəndəliyi

Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.

Bank Əməliyyatları

İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan irili-xırdalı bütün əməliyyatlar.

Bankın İnvestisiya Portfeli

Bank tərəfindən qiymətli kağızlarda yerləşdirilən bütün aktivlərin məcmusu.

Bank Krediti

Bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

Bank Olmayan Kredit Təşkilatı

Öz vəsaiti və/və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

Bankın Kredit Qabiliyyəti Reytinqi

Bankların faiz dərəcələrinin səviyyəsini, kreditin istiqamətlərini, borcun xüsusiyyətlərini, qeyd şərtlərini nəzərə almaqla qısa və uzun müddətə kredit vermək imkanlarının xüsusi göstəriciləridir.

Bankın Kredit Portfeli

Bankın bu və ya digər formada təqdim etdiyi bütün kredit vəsaitlərinin məcmusu.

Bank Transaksiyası

Vəsaitlərin bir hesabdan digərinə köçürülməsi.

Bankların Əmtəə Əməliyyatları

1) banklar tərəfindən əmtəə və əmtəə sənədləri təminatı ilə kreditlərin verilməsi;

2) banklar tərəfindən əmtəə-komisyon əməliyyatlarının keçirilməsi və əmtəələrin satışı.

Bankların Fond Əməliyyatları

Bankların qiymətli kağızlarla apardığı əməliyyatlar: qiymətli kağızların alınması və satılması, qiymətli kağızların girov qoyulması əsasında kreditləşmə, yenidən buraxılmış qiymətli kağızların yerləşdirilməsi, müştərilərin qiymətli kağızlarının saxlanması və idarə edilməsi.

Bankların Məcburi Ehtiyatları

Kommersiya banklarının və başqa kredit təsisatlarının Mərkəzi Bankda məcburi ehtiyat normalarına müvafiq özlərinin bəzi əməliyyatlarının təminatı kimi saxlamalı olduqları vəsaitləridir.

Bankların Passiv Əməliyyatları

Bankların kredit və başqa əməliyyatların keçirilməsindən ötrü xüsusi, cəlb edilmiş və emissiya edilmiş vəsaitlər şəklində öz maliyyə resurslarının formalaşdırdığı əməliyyatlardır.

Bankların Trast Əməliyyatları

Bankların müştərinin marağı və tapşırığı ilə əmlakın idarə olunması və yeni xidmətlərin göstərilməsi üzrə etibarlı əməliyyatlarıdır.

Banklararası Pul Bazarı

Banklararası qısa müddətli kredit və depozit bazarıdır.

Bank Zəmanəti

Kreditor qarşısında borclunun pul öhdəliklərinin yerinə yetirilməsi üzrə bank zəmanətidir. Bu o deməkdir ki, əgər müştəri göstərilən müddətdə borcunu ödəyə bilməsə, bank bu öhdəliyi öz üzərinə götürərək ödəməni öz hesabına icra edəcəkdir.

Banko

Bank tərəfindən alqı-satqısı həya ta keçirilən qiymətli kağızların alış və ya satış kursu.

Bankomat

Müştəriyə bank kartı vasitəsilə özünün bank hesabları ilə bağlı bir qisim əməliyyatlar aparmaq imkanı yaradan proqramlaşdırılmış qurğu.

Bazar Qiyməti

Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

Bençmarkinq

Təşkilatın fəaliyyətinin əsas göstəricilərini və təşkilati strukturunu digər təşkilatların göstəriciləri və strukturları ilə müqayisəli təhlil etmək. Bu metod təşkilati strukturun və fəaliyyət predmetlərinin üstün cəhətlərini müəyyənləşdirməyə imkan verir.

Beynəlxalq Bank Bazarı

Bankların təsbit edilmiş müddət ərzində qısamüddətli likvidlik problemlərini uyğunlaşdırmaq üçün öz aralarında borc alıb verdiyi pul bazarıdır. Faiz dərəcəsini müəyyənləşdirən birinci dərəcəli bankların faiz dərəcəsi inter-bank offered rate adlanır.

Birja

Eyni növ əmtəələrin topdansatış ticarəti ilə bağlı həyata keçirilən iqtisadi münasibətlərin məcmusu. Birja topdansatış ticarət münasibətlərinin tərəfləri arasında vasitəçi rolunu oynayır.

Birja Dileri

Vasitəçilikdən başqa sonradan satmaq məqsədilə öz adından və öz hesabına qiymətli kağız almaq hüququna malik şəxs.

Birja Dövriyyəsi

Müəyyən zaman müddətində birjada əmtəələrin, qiymətli kağızların, valyutanın və s.-nin alqı satqısının ümumi həcmi.

Birja Əməliyyatları

Əmtəə və fond birjalarında keçirilən əməliyyatlar, alqı-satqı əqdlərinin bağlanması.

Birja Əmtəəsi

Birja ticarəti obyekti olan əmtəə, məsələn, taxıl, metal.

Birja İndeksi

Fond birjasında qiymətli kağızların məzənnə göstəriciləri.

Birbaşa investisiya

Gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək məqsədilə kampaniyanın nizamnamə kapitalına və əsas vəsaitlərə qoyulan investisiyadır.

Birləşdirilmiş Maliyyə Hesabatları

Əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır.

Bonus

Müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə görə işçilərə ödənilən əlavə mükafat.

Borc Öhdəlikləri (alətləri)

Müqavilənin şərtlərinə uyğun olaraq kreditora borcu qaytarmağı vəd etməklə, emitentə kapitalı artırmağa imkan verən kağız və ya elektron istiqrazdır.

Bonifikasiya

Mövcud kredit dərəcələrini tənzimləmək məqsədi ilə iqtisadiyyatın müəyyən sahələrinin və ya müəyyən qrup kreditə ehtiyacı olan subyektlərin məqsədli, əvəzsiz vəsaitlərin verilməsi.

Broker

Qiymətli kağızlar bazarinda alıcı və satıcı arasında vasitəçilik funksiyasını həyata keçirən peşəkar maliyyə şirkəti. Broker həmçinin investorlara və emitentlərə maliyyə məsləhəti xidmətlərini də göstərir.

Büdcə

Hər maliyyə ili üçün iqtisadi subyektin xərclərini və gəlirlərini əhatə edən illik maliyyə planıdır. Bu, gələcək xərcləri və gəlirləri, onların detallaşdırılmış təsvir və tətbiqini hesablayır. Sonuncuya büdcə qeydləri də daxildir.

C

Card to Card

Kartdan karta icra olunan əməliyyatdır. Yəni, siz öz plastik kartınız vasitəsilə plastik kartı olan bir şəxsə vəsait göndərirsiniz.

Cari Hesab

Müştərinin adına açılır və pul vəsaitlərinin saxlanılması və nağdsız hesablaşmalar aparmaq üçün, pul köçürmələrinin alınması və göndərilməsi üçün istifadə edilir.

Cаri Trаnsferlər

Elə əməliyyаtlаrdır кi, bu zаmаn bir institusiоnаl vаhid (seкtоr) bаşqа bir institusiоnаl vаhidə (seкtоrа) əvəzində heç nə аlmаdаn əmtəə, хidmət və yа pul vəsаiti təqdim edir və bu, акtivlərə sаhibкаrlıq hüququnun bаşqаsınа verilməsi, yахud акtivlərin аlınmаsı və çıхdаş edilməsi ilə əlаqədаr deyildir.

Cari Əməliyyatlar üzrə Pul Axını

Müəyyən dövr ərzində şirkətin cari fəaliyyəti (istehsal və satış) ilə əlaqədar daxil olan və ödənilən pul vəsaitləri.

Cari Ödəmə Müddəti

Borcun son ödəniş tarixinə qalmış vaxt.

Cash by Code 

Kartı olmayan şəxslərə də pul göndərmək imkanı yaradan xidmət növüdür. 

Chargeback

Ödəniş üzrə müştəri vəsaitinin emitent və ekvayer banklar arası geri qaytarılma prosesidir. Beynəlxalq Ödəniş Sistemlərinin (BÖS) qaydalarına əsasən hər ödəniş vasitəsi sahibi öz əməliyyatları üzrə etiraz haqqına sahibdir.Bu şəkildə istehlakçıları ehtimal olunan risklərdən və dələduzlardan qorumağa çalışırlar. 

Ç

Çarpaz Məzənnə

İki ölkənin valyutasının üçüncü bir valyutaya (adətən, ABŞ dollarına) nəzərən hesablanmış mübadilə məzənnələrinin nisbəti əsasında hesablanan mübadilə məzənnəsi.

Çağırılan Akkreditiv

Vəsaiti alana ilkin xəbərdarlıq edilmədən emitent bank tərəfindən dəyişdirilə və ya ləğv edilə bilən akkreditivdir.

Çağrılmayan Akkreditiv 

İdxal edənin tapşırığı üzrə akkreditiv açan bank, xeyrinə akkreditiv qoyulan şəxs qarşısında akkreditivin şərtlərinə uyğun olaraq sənədlərin təqdim olunması şəraitində, ödəmələri icra edəcəyi barəsində öhdəlik götürdüyü beynəlxalq hesablaşma formasıdır.

“Çirkli Pulların Yuyulması”

Qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər dedikdə isə, narkotik maddələrin və silahların qeyri-qanuni alverindən, qaçaqmalçılıqdan, korrupsiyadan, gizli iqtisadiyyatdan, şantajdan və maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur.

D

Debet Plastik Kartı

Debet (və ya elektron) plastik kartı müvafiq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verir.

Deflyasiya

Qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi (inflyasiyanın əks prosesi) və nəticədə pulun dəyərinin artması prosesidir.

Defolt 

İqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən və ya tamamilə imtina edilməsi. Ağır maliyyə böhranları zamanı likvidlik problemi ilə üzləşən iqtisadi subyektlər, o cümlədən dövlət defolta əl ata bilər.

Delistinq

Qiymətli kağızların listinqdən çıxarılması.

Depozit

Müəyyən məqsədlə saxlanmaq üçün bank və ya başqa kredit idarələrinə verilən pul və ya qiymətli kağız.

Depozit Seyfi

Xüsusi avadanlıqla təchiz edilmiş otaqda yerləşən və müxtəlif qiymətlilərin və bu kimi sair əşyaların saxlanılması üçün müştərilərə icarəyə verilən seyfdir.

Depozit Sertifikatı 

Üzərində göstərilən məbləğin bank tərəfindən əmanətə qəbul edilməsini bildirən adsız qiymətli kağızdır.

Depozitlərin Sığortalanması

Banklar tərəfindən həyata keçirilən sığorta növüdür və bankların iflas elan olunması zamanı əmanətçilərin əmanətlərinin qaytarılmasına onlar tərəfindən zəmanət verilir. Adətən, iqtisadi tənəzzüllər və böhranlar dövründə geniş ölçüyə malik olur.

Deponent

Bankın depozitinə qiymətli əşya qoyan fiziki və ya hüquqi şəxs.

Denominasiya 

Köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir.

Devalvasiya

Milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin ucuzlaşdırılmasıdır.

Dezinflyasiya

Qiymətlərin artımı prosesini səngitmək üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. O cümlədən Mərkəzi Bankın pul siyasətinin sərtləşdirilməsi dezinflyasiya tədbirlərinə aiddir.

Dəbbə Pulu

Müqavilələr və digər öhdəliklərin gecikdirilməsi zamanı tətbiq olunan cərimədir.

Dividend 

Səhmlərə görə müəssisənin illik gəlirindən ayrılan pay. Eyni zamanda, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş deməkdidr.

Dövlət Qısamüddətli İstiqrazları

Maliyyə Nazirliyi və ya digər səlahiyyətli orqan tərəfindən buraxılan güzəştli və müəyyən dövriyyə müddəti olan (1 ilədək) qiymətli kağızdır. İstiqrazların parametrləri Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Dövlət Qiymətli Kağızları

Hökumətin dövlət adından dövriyyəyə buraxdığı müddətli borc öhdəlikləridir.

Dövlət Zəmanəti

Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verilmiş öhdəliyi üzrə borcunun tam məbləğdə və ya qismən ödənilməsinə dair dövlət öhdəliyi.

Dövriyyə

Gəlir əldə etmək və təkrar istehsal üçün pulun, malın dövr etməsi, tədavülü deməkdir.

Dövriyyədə olan Nağd Pul

Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış nağd pullardır. Buraya bank sistemindən kənarda olan nağd pulla yanaşı Mərkəzi Bankın və kommersiya banklarının kassalarında olan nağd pullar da daxildir.

Dünya Bankı

Dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri.

E

Effektiv Valyuta Məzənnəsi

Müəyyən ölkənin valyutasının ticarət və kapitalın hərəkəti üzrə əsas tərəfdaş ölkələrinin valyutalarının daxil olduğu valyuta səbətinə nəzərən hesablanmış orta çəkili məzənnəsidir.

Ehtiyat Fondu

Kommersiya banklarının məcburi qaydada yaradılan və bir qayda olaraq müəyyən edilmiş normativlər əsasında il ərzində, yaxud illik mühasibat hesabatı bankın təsisçilərinin (payçılarının) ümumi yığıncağı tərəfindən təsdiq edildikdən sonra mənfəətdən ayırmalar hesabına yaranan fonddur.

Ehtiyat Hesabı 

Kommersiya banklarının mərkəzi bankda ehtiyat tələbi hesabı.

Ekvayrinq 

Bank, ticarət və xidmət obyekti ilə arasındakı əməkdaşlıq nəticəsində satışların həcmini artırmaq və müştəriyə birgə xidmət növüdür. Xidmət ekvayer-banklar, prosessinq mərkəzləri və elektron ödəmə sistemləri tərəfindən göstərilir.

Elektron Ticarət

Elektron sistemdə aparılan ticarət.

Emitent

Qiymətli kağızı emissiya etmiş, buraxmış və ya vermiş şəxsdir.

Emissiya

Bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılmasıdır. Pul nişanlarının emissiyası səlahiyyəti bir qayda olaraq Mərkəzi Banka məxsusdur.

EPK

Mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətidir.

Etibarnamə (etibarlı şəxs)

Başqasını təmsil etmək hüququnu verən sənəd.

F

Faizlər 

Borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmələr.

Faiz Dərəcəsi

Borc alətlərindən istifadə etmələri üçün borcalanlara, borc verən tərəfindən borcun məbləğinə faiz nisbəti kimi hesablanmış xidmət haqqı.

Faiz Riski

Faiz dərəcələrinin dəyişməsi nəticəsində investisiyaların dəyərdən düşməsi və gəlirliyin azalması riski.

FinTech 

Texnologiyanın maliyyə sektoruna inteqrasiya olunması ilə maliyyə xidmətlərinin daha rahat, təhlükəsiz və sürətli həyata keçirilməsinə imkan verən bir innovasiyadır.

Fiskal

Latın sözüdür, hörmə zənbil deməkdir; qədim Romada pulları belə zənbillərdə saxlayırdılar, hazırda fiskal dedikdə toplanmış pulun dövlət xəzinəsinə verilməsi xüsusiyyəti başa düşülür.

Fiskal Agent 

Dövlət qiymətli kağızlarının buraxılışını və tədavülünü həyata keçirən, dövlət maliyyəsi sferasında hesablaşmalar aparan hökumət orqanının agenti.

Fiskal Gəlirlər 

Dövlət xəzinədarlığının bütün gəlirləri, yəni dövlətin məcmu gəlirləri.

Fiskal Xərclər 

Dövlət xəzinədarlığından maliyyələşən bütün xərclər, o cümlədən dövlət büdcəsinin xərclər, büdcədənkənar dövlət fondlarının xərcləri, eləcə də digər dövlət xərcləri.

Fiskal Kəsir

Fiskal xərclərin fiskal gəlirlərlə örtülməyən, ödənilməyən hissəsi.

Fiskal Rüsum 

Fiskal gəlirləri, o cümlədən dövlət büdcəsi gəlirlərini artırmaq məqsədi ilə istehlak xarakterli idxal məhsullarına tətbiq edilən dövlət rüsumu.

Fiskal Siyasət 

Dövlət gəlirlərinin səfərbər edilməsi, dövlət xərclərinin icrası, dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası, icrasına nəzarət, vergiqoymanın dövlət büdcəsi aspektləri, eləcə də dövlət xəzinədarlığı ilə bağlı digər münasibətləri istiqamətində dövlətin həyata keçirdiyi iqtisadi siyasət.

Fiziki Şəxs

Rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs.

Fiziki Şəxslərin Gəlir Vergisi

Vergi ili ərzində ölkədə rezidentlərin bütün gəlirləri ilə həmin dövr üçün müvafiq qanunvericiliklə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət gəlirə, həmçinin qeyri rezidentin qanunvericilik əsasında müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmaqla gəlirinə tətbiq edilən vergi.

Fiziki Şəxslərin Gəlir Vergisi Üzrə Vergitutma Obyekti

Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir.

G

Geri Çağırılan Borc

Girov kimi qiymətli kağızları girov qoymaqla brokerə marja hesablarını maliyyələşdirmək üçün kommersiya bankı tərəfindən verilən borc. Borc verən tələb etdiyi zaman qaytarılmalı olan borc.

Geri Çağırıla Bilən Qiymətli Kağız

Emitent tərəfindən dövriyyə müddəti bitənədək geri çağırıla bilən qiymətli kağız. Adətən, istiqrazlar və ya imtiyazlı səhmlər belə qiymətli kağızlar rolunda çıxış edirlər.

Gələcək Faiz Dərəcəsi Haqqında Razılaşma

Bu müqavilə faiz riskindən müdafiə aləti olmaqla, faiz dərəcələrinin dəyişməsinin qarşılıqlı kompensasiyası haqqında banklararası razılaşmanı əks etdirir.

Gəlir

İnvestorlara səhm və istiqraz investisiyalarından qayıdan əlavə pul məbləği.

Gəlirlik (Qiymətli Kağızların Gəlirliliyi)

Müəyyən dövr ərzində qiymətli kağızlardan əldə olunan gəlirlərin məbləğinin həmin qiymətli kağızların nominal və ya bazar dəyərinə faiz nisbəti.

Girov

Borc və ya krediti sığortalamaq məqsədilə debitor tərəfindən girov qoyulan və borcu qaytaracağına zəmanət verən qiymətli kağızlar və ya digər əmlak şəkilində qoyulmuş girov. Defolt halında girov üzrə hüquqlar kreditora keçir.

Girovdan İmtina (“Mənfi Girov”) Şərti

Kredit (və ya istiqraz) müqaviləsinin borcalanın (istiqrazın emitentinin) öz aktivlərini girov qoymaqla bu müqavilə əsasında cəlb olunan kreditlərdən (yerləşdirilən istiqrazlardan) daha üstün təminatla yeni kreditlər götürməsinə (istiqrazlar yerləşdirməsinə) imkan verməyən şərti.

Günlük Limit

Əməliyyat günü ərzində valyuta əməliyyatları üzrə dilerlərə qoyulmuş limit (ümumilikdə və hər valyuta üzrə ayrı-ayrılıqda).

H

Hesablaşma

Əmtəə və ya qiymətli kağızın satıcısı və alıcısı arasında hesablaşma.

Hesablaşma-Kassa Əməliyyatları

Hesablaşma-kassa əməliyyatları müxtəlif növ nağd və nağdsız əməliyyatları əhatə edir.

Hesab Kitabı (Mühasibat Kitabı)

Verilmiş qiymətli kağızlar üzrə ticarət mütəxəssisi tərəfindən nəzarət edilən alış və satış sifarişlərinin qeydiyyatı.

Hüquqi Şəxs

Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.

X

Xarici Valyuta

Müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları. Məsələn, avro, dollar, rubl, lirə və s. Azərbaycan üçün xarici valyutadır.

Xalis Cari Dəyər

Pul mədaxilinin cari dəyəri ilə pul məxaricinin cari dəyəri arasındakı fərq.

Xalis Gəlir

Fiziki şəxsin ümumi gəlirinin vergi çıxıldıqdan sonra yerdə qalan hissəsi.

Xalis Mənfəət

Mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.

Xərcini Ödəmə (qaytarma)

Kreditin və digər borcların qaytarılması, borcun ödənilməsi.

Xərcini Ödəmə (qaytarma) Müddəti

Kreditin və digər borcların qaytarılması müddəti, borcun ödənilməsi müddəti.

Xəzinə Kağızları

Bütün növ dövlət borc qiymətli kağızlarını əks etdirən ümumi ifadə.

Xırda Əməliyyat

Qısa müddət ərzində aparılan və çox da böyük gəlirlə nəticələnməyən möhtəkir (spekulyativ) birja əməliyyatı.

Xüsusi Ehtiyatlar Fondu

Aktivlər üzrə zərərin ödənilməsi üçün “adi ehtiyatlar”a və “məqsədli ehtiyatiar”a bölünür. Xüsusi ehtiyatlar konkret bir və ya bir qrup aktivlə əlaqədar mümkün zərərin ödənilməsi üçün istifadə olunur.

İ

İBAN

Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO136161 beynəlxalq standartına uyğun olaraq yaradılan və maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir.

İcmal Maliyyə Hesabatları

Yalnız iqtisadi subyektin fəaliyyətinin nəticələrinə və maliyyə vəziyyətinə dair əsas göstəricilərlə maraqlı istifadəçi qruplarını məlumatlandırmaq məqsədini daşıyan və yoxlanılmış illik maliyyə hesabatlarının ümumiləşdirilmiş forması kimi tərtib olunan maliyyə hesabatı.

İcra Edilən Kredit

Faiz və əsas məbləğin qaytarılması üzrə ödənişləri, əvvəlcədən nəzərdə tutulmuş qrafikə uyğun olaraq, vaxtında (və ya cüzi gecikmələrlə) ödənilən kredit.

İdarə Heyətinin Sədri (Baş İcraçı Direktor)

Şirkətdə əsas korporativ qərarların verilməsi, yüksək səviyyəli strategiyalarının müəyyən olunması və icrası, ümumi əməliyyatların idarə olunmasına cavabdeh olan şəxs. İdarə heyətinin sədri şirkətdə ən yüksək vəzifə hesab olunur.

İflas

Böhran hadisəsini, xüsusilə müəssisənin, firmanın müflis olmasını, yoxsullaşmasını ifadə edən termindir.

İkili Məzənnə

Dövlət tərəfindən valyuta əməliyyatlarının tənzimlənməsi məqsədilə milli valyuta üzrə iki müxtəlif məzənnənin müəyyən edilməsi.

İqtisadi Göstəricilər (indiqatorlar)

Ölkədə iqtisadi vəziyyəti əks etdirən, maliyyə və iqtisadi meyilləri təhlil etmək, qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan statistik göstəricilər.

İqtisadi Risk

İqtisadi subyektlərin gözləntiləri ilə müqayisədə gəlirlərinin xeyli az və ya xərclərinin daha çox ola bilməsi riski.

İllik Hesabat

Şirkətin hər təqvim ili və ya maliyyə ilinin sonunda müəyyən olunmuş formada hazırladığı və həmin dövrdəki fəaliyyətinin nəticələrini və cari vəziyyətini əks etdirən hesabatdır.

İllik Göstərici (səviyyə, dərəcə)

Hər hansı bir göstəricinin qiymətinin bir il ərzində çatdığı səviyyəni ifadə edir.

İnflyasiya

Müəyyən müddət ərzində əmtəə və xidmətlərin keyfiyyəti yüksəlmədən qiymətlərinin artması nəticəsində pulun dəyərdən düşməsi, dəyərsizləşməsidir.

İnfrastruktur

Hər hansı istehsal və xidmət prosesi üçün yardımçı xarakter daşıyan istehsal və qeyri-istehsal sahələrinin kompleksidir.

İnvestisiya Bankı

Uzunmüddətli borc kapitalını səfərbərliyə alan və onu qiymətli kağızlara qoyuluş formasında borc alanlara (dövlətə və şirkətlərə) verən, onların emissiyasını və yerləşməsini, eləcə də, birjada və birjadan kənarda qiymətli kağızların alqı-satqısını təşkil edən bankdır.

İnvoys

Satıcı alıcıya mallar göndərdikdə (işlər gördükdə, xidmətlər göstərdikdə) onların ödənilməsi üçün hesab-faktura göndərir. Alıcı ilə bağlanılan müqavilənin şərtlərinə görə hesab-faktura həm avansın alınması üçün, həm də mallar (işlər, xidmətlər) göndərildikdən sonra da göndərilə bilər.

İnvoysların Maliyyələşdirilməsi

Rəsmi müqavilələr üzrə mal və xidmətlər satan fiziki və hüquqi şəxslər elan edilmiş invoys və hesab-faktura əsasında Alıcı tərəfindən ödənişlərə möhlət istənildiyi halda sahibkarlıq fəaliyyətinizdə axsamaların və likvidlik problemlərinin olmaması məqsədi ilə “İnvoysların Maliyyələşdirilməsi” kreditindən yararlana bilərlər.

İnternet Bankçılıq

Bankın korporativ müştərilərinə təhlükəsiz internet qoşulma üsulu ilə öz bank hesabı üzrə maliyyə əməliyyatlarının izlənməsini və aparılmasını təmin edən proqram təminatıdır.

İpoteka

Borca zəmanət kimi müəyyən aktivlərin, o cümlədən qiymətli kağızların girov qoyulmasıdır.

İpoteka Krediti

Əmlakın girov qoyulması əsasında verilən kreditdir. Kredit verənlərin mənafeyini təmin etmək məqsədilə girov qoyulmuş əmlakın, alınmış borc ödənilənə qədər, satılmasına qadağan qoyulur və bu haqda ipoteka kitabında qeydiyyat aparılır.

Istiqraz

Müəyyən edilmiş müddət və faiz dərəcəsi ilə maliyyə vəsaitlərinin əldə edilməsinə və əsas məbləğin müddətin sonunda, faizlərin isə rüblük, yarımillik və ya illik ödənilməsinə imkan verən qiymətli kağızdır.

İstehlak Krediti

İstehlak krediti, günlük ehtiyacları qarşılamaq üçün fiziki şəxslərə müxtəlif məqsədlərlə bank tərəfindən təklif edilən kredit məhsuludur.

İstehlak Kreditləri Bankı

İstehlak kreditləri təqdim edən ixtisaslaşmış kommersiya bankı və ya digər ixtisaslaşmış kredit təşkilatıdır.

K

Kapital

Sərmayə, sərvət, əmlak, istehsal vasitələri və s. hamısı birlikdə kapital hesab olunur; bütün öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalan payı da kapital adlandırılır.

Kassa

İdarələrdə, müəssisələrdə pul qəbul etmək, saxlamaq, vermək, bilet satmaq və s. üçün xüsusi şöbə.

Kassa əməliyyatları

Nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusu.

Kassir (Xəzinadar)

Kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxs.

Keşbek

Bankın nağdsız ödənişlərdə geri qaytarılan bonus üzrə təyin etdiyi ölçü vahididir.

Klirinq

Öhdəliklərin qarşılıqlı əvəz edilməsi, ləğv edilməsi əsasında aparılan nağdsız hesablaşma sistemidir.

Klirinq Bankı

Fəaliyyəti öhdəliklərin qarşılıqlı əvəz edilməsi üzrə aparılan hesablaşma sistemi əsasında formalaşan kommersiya bankıdır. Klirinq bankı alıcı ilə satıcı arasında klirinq münasibətləri üzrə hesablaşma xidməti həyata keçirir.

Komissiya

Komissiya - vasitəçiliyə, agent əməliyyatlarına və s. xidmətlərə görə razılaşma məbləği ilə birgə alınan ödənişdir.

Kredit Kartı

Müvafiq kart hesabında faktiki olan məbləğdən əlavə bank tərəfindən açılmış kredit xətti daxilində vəsaitlərin xərclənməsinə imkan verir. Kredit xəttinin miqdarı bankla müştəri arasında danışıq yolu ilə müəyyən edilir.

Kredit (borc) Marjası

Banka cəlb olunmuş vəsaitlərin dəyəri və verilmiş kreditlərdən daxil olan gəlirlər arasındakı fərqdir.

Kredit Riski

Borclunun borc müqabilində ödəniş edə bilməməsi və ya likvidasiya riski. Kredit riski borc alan şəxsin ümumi ödəmə qabiliyyəti əsasında hesablanır. Kredit riski artdıqca investorların borc müqabilində tələb etdikləri gəlir faizi də artır.

Kredit Kalkulyatoru

Kredit kalkulyatoru müştəriyə kreditin illik faiz dərəcəsin və yaxud kredit növünü seçərək, kreditin məbləğindən, ödəniş müddətindən asılı olaraq ödəniş planı ilə öncədən tanış olma imkanı yaradır.

Q

Quasi Cash

Qanuni ödəniş vasitəsi kimi istifadə oluna bilinməyən, yalnız maliyyə öhdəliklərinin icrası üçün istifadə oluna bilən yüksək likvidli maliyyə aktivləri. Kvazi pulun təyin edilməsi üzrə müxtəlif metodologiyalar mövcuddur. Əksər beynəlxalq maliyyə institutlarının metodologiyalarına görə bankın müddətli və yığım hesabları, eləcə də daha likvid xarakterə malik maliyyə alətləri kvazi pul hesab olunur. Kvazi pul ölkədə tədavüldə olan pul kütləsinin əsas hissəsini təşkil edir.

Qarantiya Məktubları

Qarantiya risklərin sığortalanmasının bir növüdür. Belə sığortalanmanın mahiyyəti ondan ibarətdir ki, müqavilə iştirakçısının xahişi ilə tərəflər arasında bağlanan müqavilə üzrə riskləri bank öz üzərinə götürür. Zəmanət yazılı formada təqdim edilir. Kreditor qarşısında prinsipial tərəfindən öz öhdəliklərinin yerinə yetirilməməsi halında zamin sonuncunun bütün zərərlərini və yaxud zəmanətdə qeyd olunmuş həcmdə zərəri öz üzərinə götürür.

Qeyri-işlək Kredit

Faizinin hesablanması dayandırılmış, yaxud əsas məbləğinin və ya faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş müddətlərdən 90 gün və ya daha çox gecikdirilmiş, faizi kapitallaşdırılmış və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti uzadılmış kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox gecikdirilmiş overdraflar.

Qəbz

Pulun, sənədin, habelə digər qiymətlilərin qəbul edilməsini, təhvil alınmasını təsdiq edən sənəd.

Qısamüddətli Borclanma

Borc alanın 12 ay ərzində geri ödəməli olduğu borc (kredit).

Qismən Ödəmə

Ödənilməmiş kredit balansına görə edilmiş qismən ödəniş.

Qismən Təminatlı Kredit

Bazar dəyəri kreditin ödənilməmiş məbləğindən aşağı olan girovla və ya digər təminatla təmin edilmiş kreditdir.

Qiymətli Kağızlar Bazarı (fond bazarı)

Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.

Qorunan Əmanət

Rəsmi qanunvericiliyə əsasən, sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan, əmanətçiyə kompensasiya olunan əmanətdir.

Qorunan Əmanətçi

Aşağıdakılar istisna olunmaqla, bankda əmanəti olan fiziki şəxsdir: bankın müşahidə şurasının, audit komitəsinin, idarə heyətinin üzvləri və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları); bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları); kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.

L

Likvidlik Riski

Bir bankın depozit sahibi və ya kreditorların tələblərini vaxtında və lazımi dərəcədə qarşılaya biləcək maliyyə vəsaitinə (adətən nağd) sahib olmaması riski.

Likvidlik

Aktivərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Aktivlərin pula çevrilmə imkanı əks etdirən iqtisadi termin likvidlik kimi müəyyən olunur.

Lisenziya

Elmi-texniki işləmənin sahibi tərəfindən texnologiyadan, ixtiradan, faydalı modeldən, sənaye nümunələrindən, proqram məhsulundan və işləmə prosesində əldə olunan digər intellektual mülkiyyət obyektlərindən başqa şəxsin istifadə etməsi üçün verilmiş icazədir.

M

Maliyyə Bazarı

Maliyyə münasibətləri sferasında alqı-satqı münasibətlərinin məcmusu. Borc bazarı, kapital bazarı, valyuta bazarı, pul bazarı, sığorta bazarı, qiymətli kağızlar bazarı və s. maliyyə bazarının tərkib hissələridir.

MCC Kod

MCC (Merchant Category Code) – ticarət nöqtəsinin növünü göstərən kodudur. Dörd rəqəmli nömrə şəklində yazılır və xidmət müəssisələrini fəaliyyət növlərinə görə təsnif etmək üçün bank kartları sənayesində istifadə olunur.

Mədaxil

Malların və xidmətlərin satışından müəssisənin, firmanın, sahibkarın aldığı pul vəsaitləri, satışdan olan mədaxil.

Mədaxil Əmsalı

Pul daxilolması ilə dəyişən xərclər arasındakı fərqin pul daxil olmasına nisbəti.

Məqsədli Kredit

Qiymətli kağızla təmin olunmuş və qiymətli kağız almaq məqsədini daşıyan kredit.

Mənfəət

Müəssisənin mənfəəti ümumi satışdan ümumi xərclər çıxıldıqdan sonra qalan məbləğdir. Mənfəət adətən daha konkret, yəni fəaliyyətdən mənfəət və xalis mənfəət kimi müəyyən edilir.

Mərkəzi Bank

Ölkənin bank kredit sistemində hakim mövqeyə malik, digər bankların fəaliyyətini tənzimləyən, onlara kreditlər təqdim edən, onların vəsaitlərini müvəqqəti cəlb edən mərkəzi bankdır.

Məzənnə

Məhsulların, həmçinin qiymətli kağızların alış və ya satış qiymətidir.

Mikro Kredit

Mikro kredit qısa müddətə verilən kiçik məbləğlər hesab edilir. Mikro kreditlərin verilməsi ilə adətən xüsusi mikromaliyyə təşkilatarı (MMT) məşğul olurlar. Lakin son illərdə bu xidmətləri banklar da təqdim etməyə başlayıblar.

Müddətli Müqavilə

Müəyyən müddət üçün bağlanan və bu müddət sona çatdıqda uzadılması və ya yenidən bağlanılmasına dair heç bir öhdəliyin götürülmədiyi müqavilədir.

N

Nağd Hesablaşma

Bəzi fyuçerslər və opsionlar üzrə mövqelərin baza aktivinin çatdırılması yolu ilə deyil, nağd pul vasitəsilə bağlanılması.

Nağd Ödəniş

Bir iqtisadi subyektdən digərinə nağd şəkildə təqdim edilən ödəniş əməliyyatı. Bu halda məbləğ müəssisənin, təşkilatın hesabına deyil, nağd pul nişanları şəklində kassasına daxil olur.

Nağd Pul Axını (pul vəsaitləri axını)

İqtisadi subyektə, o cümlədən müəssisə və təşkilata və ya iqtisadi subyektdən başqa bir iqtisadi subyektə nəğd pul ödənişləridir.

O

Opsion

Qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə (satmağa) hüququ təsdiq edən sənəddir.

Overdraft

Müştəri tərəfindən bankda olan özünəməxsus kredit qalığından artıq həcmdə vəsait göstərməklə kredit həddini aşması vəziyyəti.

Overdraft Limiti

Müştərinin bank hesabında qısamüddətli overdraftlar üçün müəyyənləşdirilən limit. Overdraft limiti müştərinin hesab məbləğinin həcmi əsasında müəyyən olunur.

Overnayt

1) Növbəti bank günü ödənilməli olan banklararası qısamüddətli kredit müqaviləsi;

2) Kontrakt günündən sonrakı birinci iş günü həyata keçirilmiş birinci iş günü həyata keçirilmiş xarici valyuta mübadiləsi üzrə əməliyyat;

3) Bir iş günü ərzində aparılmış maliyyə əməliyyatları. Hesabatlarda overnayt, adətən, ON kimi ifadə olunur.

Ödəniş Qabiliyyəti Olmayan

Öhdəliyini yerinə yetirə bilməyən borclu.

Ö

Ödəmə

Alınan əmtəələrə, istifadə olunan resurslara, verilmiş kreditə və s. görə haqqın ödənilməsi.

Ödəmə Bildirişi

Maliyyə orqanlarının, hesablanmış ödəmələrin edilməsi zəruriliyi, ödəmənin məbləği və müddəti haqqında ödəyicilərə məlumat verdiyi sənəd.

Ödəmə Əmsalı

Müəssisənin öhdəliklərinin (passivlərinin) şəxsi vəsaitləri ilə ödənilməsi əmsalı.

Ödəmə Qabiliyyətli

Müəssisənin öz qısa və uzun müddətli öhdəliklərini yerinə yetirmək qabiliyyətidir.

Ödəmə Qabiliyyətli Tələb

Əmtəə və xidmətlərə olan, onların alıcılarının pul vəsaitləri ilə təmin edilmiş tələb.

Ödəmə Qabiliyyətsizliyi

Firmanın və ya dövlətin valyuta maliyyə vəziyyətilə, sərbəst vəsaitlərin olmaması ilə büdcə və tədiyyə balansının çatışmazlığı ilə şərtlənən özünün maliyyə öhdəliklərini vaxtında və tam ödəyə bilmək qabiliyyətini itirməsidir.

Ödəniş Cədvəli

Müəssisənin kassasından əmək haqqının, yardımların, mükafatların, təqaüdlərin ödənməsi üçün əsas sayılan mühasibat sənədidir.

Ödəniş Müddəti Çatmış Veksel

Ödəniş müddəti çatdığına görə ödənişə təqdim olunmalı olan veksel.

Ödəmə Müddəti

1) Borcun son ödəniş tarixi;

2) Borc qiymətli kağızları üzrə öhdəliyin müddəti, əsas borc məbləğinin, toplanmış və son faiz gəlirinin ödənildiyi tarix.

Ödəniş Şərtləri

Kontrakt üzrə ödəmə həcmini, formasını, müddətini və yerini müəyyən edən şərtlər.

Öhdəlik

Hüquqi fakt olub, ona əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir. Öhdəliklə bağlı bütün məsələlər hüquqi cəhətdən AR-nın Mülki Məcəlləsi ilə tənzimlənir.

Öhdəliklər

Müəssisənin müxtəlif sövdələşmələr həyata keçirərkən yaranan və mallara və ya göstərilmiş xidmətlərə görə sonrakı ödənişlər üçün hüquqi əsasdır.

Öhdəliklərin İcrasının Təminatı

Öhdəliklər yerinə yetirilmədikdə cərimələrin və dəbbənin ödənilməsi, girovun, behin verilməsi, avansın ödənilməsi, zəmanətlərin təqdim edilməsi daxil olmaqla öhdəliklərin yerinə yetirilməsinə xidmət edən əmlak və pul səciyyəli tədbirlər.

Öhdəliklərin Ümumi Miqdarı

Müəssisənin aktivlərinin ümumi dəyərinə ekvivalent olan, onun investorlar və kreditorlar qarşısındakı bütün öhdəliklərinin dəyəridir.

Öhdəliyin İcrası

Qanunun, digər hüquqi aktların tələblərinə və öhdəliyin şərtinə uyğun olaraq onların mütləq yerinə yetirilməsidir.

Öhdəliyin İcra Müddəti

Əgər öhdəlikdə onun icra müddəti dəqiq göstərilmişdirsə, onda həmin vaxta qədər mütləq icra olunmalıdır.

Öhdəliyin Qiymətləndirilməsi

Adətən borcların və ya bazar şəraitində malların və xidmətlərin dəyərlərini ödəmək üçün öhdəliklərin pul miqdarı ilə qiymətləndirilməsidir.

P

PİN Erase

Unudulmuş PİN kodun bərpası xidmətidir.

PIN-Kod

Plastik kartlar vasitəsilə bankomatlardan nağd vəsaitlərin çıxarılması zamanı hesaba giriş üçün parol kimi istifadə edilən rəqəmlər yığınıdır.

PİN Set

Karta yeni PİN kodun təyin olunması xidmətidir. 

POS-Terminal

Ticarət və xidmət müəssisələrinin ərazilərində quraşdırılan və məhsul və xidmətlərin haqqının ödənilməsini kartlar vasitəsilə aparmağa imkan verən cihazdır.

POS Cash

POS-terminallarda vəsaitin nağdlaşdırılması.

Pul Bazarı

Qısamüddətli borc alətləri bazarıdır.

Pul Vəsaitləri Hesabı (nağd hesab, kassa hesabı)

Müştərilər tərəfindən yalnız tam ödənilmək şərti ilə aparılan qiymətli kağızların alışı üçün hesab.

Pul Siyasəti

Qiymətlərin sabitliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. Mərkəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Azərbaycanda pul siyasəti Mərkəzi Bank tərəfindən həyata keçirilir və onun son məqsədi öz səlahiyyətləri çərçivəsində qiymətlərin sabitliyini təmin etməkdən ibarətdir.

Pul Siyasəti Alətləri

Mərkəzi Bankın qarşısına qoyduğu hədəflərə nail olmaq üçün istifadə etdiyi iqtisadi dəyişənlərdir. Pul siyasəti alətləri birbaşa və dolayı alətlərə bölünür. Birbaşa alətlərə misal olaraq faiz dərəcələri üzərində nəzarət, kreditləşmə dəhlizi, birbaşa və ya məqsədli kreditlərin verilməsini göstərmək olar.

Pul Siyasətinin Transmissiyası

Mərkəzi Bank tərəfindən qəbul edilən pul siyasəti qərarlarının iqtisadiyyata ötürülməsini prosesidir. Müasir dövrdə pul siyasətinin faiz dərəcələri, kreditlərin verilməsi, valyuta məzənnəsi, inflyasiya gözləntiləri kimi transmissiya kanalları mövcuddur.

Pulun Dövriyyə Sürəti

Müəyyən iqtisadiyyatda hər bir pul vahidinin müəyyən bir vaxtda neçə dəfə əl dəyişdirdiyini göstərən ölçü.

R

Rabita Bot

Bank əməliyyatlarını həyata keçirmək üçün istifadə olunan ölkənin ilk maliyyə Çatbot'u (telegram messenceri üzərindən)

Rabita Mobile

Rabitəbank tərəfindən təqdim olunan mobil bankçılıq tətbiqidir. 

Real Faiz Dərəcələri

Nominal faiz dərəcəsinin inflyasiya nəzərə alınmaqla təhsis edilməsi nəticəsində əldə olunan faiz dərəcəsidir.

REM İndeksi

( Real effektiv məzənnə ) - manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

REPO

Mərkəzi Bank (və ya bir kommersiya bankı) tərəfindən qiymətli kağızların digər banka sonradan geri almaq şərti ilə satışıdır.

Rekvizitlər

Sənədin həqiqiliyini tanımaq üçün lazım olan vacib məlumatlardır.

Revalvasiya

Milli valyutanın məzənnəsinin xarici valyutaya nəzərən bahalaşması prosesidir.

Reyestr

Qiymətli kağızların dövlət reyestri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən, qiymətli kağız sahiblərinin reyestri isə Milli Depozit Mərkəzi tərəfindən aparılır.

Rüsum

Həm hüquqi, həm də fiziki şəxslərdən hüquqi əhəmiyyəti olan işlərin görülməsi üçün alınan vergi.

S

Sabit Gəlir

Faizi kupon formasında ödənilən borc alətləri (istiqrazlar, kre ditlər və s.) üçün istifadə olunan ümumi termindir.

Sabit Valyuta Məzənnəsi

Hökumətin və ya Mərkəzi Bankın milli valyutanı digər ölkələrin valyutasına, valyutalar səbətinə və ya qızıl kimi digər dəyər ölçüsünə bağladığı valyuta rejimi.

Sahibkarlıq Fəaliyyəti

Şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir.

Saxlanc

Qiymətli kağızların cavabdehlik əsasında saxlanması və qorunması üzrə xidmət.

Seyf Depoziti

Bankirlərin öz müştərilərinə zirehli seyf təqdim etməklə və əvəzində müəyyən muzd almaqla həyata keçirilən bank əməliyyatıdır.

Sərmayə

Fiziki aktivlərin əldə edilməsi üçün sərf olunan kapital.

Səhm

Sahibinə hər hansı bir müəssisənin aktivlərində müəyyən bir paya sahiblik və payına uyğun olaraq müəssisənin gəlirinin bir hissəsini dividend şəklində əldə etmək hüququ verən qiymətli kağız.

Sərbəst Pul Axını

Şirkətin fəaliyyətindən yaranan nağd pul axını ilə onun əsas kapitala çəkdiyi xərclərin fərqi.

Sərbəst Pul Axını Gəlirliliyi

Şirkətin dividentləri ödəmək üçün bütün sərbəst vəsaitindən istifadə etdiyi halda səhmin divident gəlirinin nə qədər yüksək ola biləcəyinin ölçüsüdür.

Sorğu Qiyməti

Daxili və beynəlxalq ticarətdə topdansatış əmtəə qiymətinin ilkin, təxmini qiyməti.

Sosial Müavinətlər

Gəlirlərin və rifah vəziyyətinin aşağı düşməsinə səbəb olan müəyyən şəraitin yaranması ilə əlaqədar olaraq ev təsərrüfatlarına ödənən müavinətlərdir.

Ssuda

Xüsusi maliyyə qurumları tərəfindən ayrıca şəxsə və ya müəssisəyə verilən borc.

Ssuda Faizi

(Borc Faizi) – istifadə olunan kreditə və yaxud təqdim olunan krediti almağa görə verilən mükafata ödənilən faiz dərəcəsidir.

Subsidiar Məsuliyyət

Şəxsin əlavə öhdəliklərini özündə əks etdirən, qanunla və ya müqavilə ilə müəyyənləşdirilən və borclu ilə bərabər kreditor qarşısında öhdəliklərə cavabdehlik daşıyan mülki məsuliyyət növüdür.

Subsidiya

Dövlət büdcəsindən muxtar büdcələrə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti.

Subsidiyalı Faiz Dərəcəsi

Dövlət tərəfindən büdcədən, yaxud digər dövlət maliyyəsi fondlarından yerli təsərrüfat subyektlərinə bazar dərəcələri ilə təqdim olunan kreditlərin faiz ödənişlərinin xüsusi güzəştlər qədər azaldılmış hissəsi.

Subvensiya

Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən digər büdcəyə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti.

Subyekt

Hər hansı münasibətlər zamanı məqsədli fəaliyyət göstərən tərəf, şəxs.

Sığorta Agenti

Təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla, sığortaçı ilə bağlanmış agentlik müqaviləsinə əsasən sığortaçının ona verdiyi səlahiyyət daxilində sığorta müqavilələrinin bağlanmasını və sığorta haqqlarının ciddi uçot sənədi sayılan qəbzlərlə sığorta haqqlarını qəbul edərək sığortaçıya qanunvericiliklə müəyyən olunmuş müddətdə təhvil verən şəxslərdir.

Sığorta Riski

Sığorta hadisəsinin başvermə ehtimalıdır. Sığortalanmış obyektlərin daha çox hissəsinin və ya böyük məbləğlə sığortalanmış bir neçə obyektin sığortası bir sığorta hadisəsi ilə (məsələn, daşqınlar zamanı) verilə bilər ki, bu da risk çoxluğudur və bunun nəticəsində kumulyasiya adlanan böyük məbləğdə zərər baş verir.

Sığorta Brokerləri

Sığortaçı və sığorta edilənin tapşırığı əsasında öz adından, sahibkar kimi sığortalanma vasitəçiliyini həyata keçirən, müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş fiziki və ya hüquqi şəxslərdir.

Sığorta Haqları

Rəsmi qanunvericiliyə əsasən, müəyyən qaydada iştirakçı bankın Əmanətlərin Sığortalanması Fonduna ödədiyi üzvlük, təqvim və əlavə haqlardır.

Sığortalanmış Əmanət

Rəsmi qanunvericiliyə əsasən, qorunan əmanətçinin qorunan əmanətinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənilən hissəsidir.

Sifarişlərin Maliyyələşdirilməsi  

Rəsmi müqavilə əsasında mal və ya xidmətin təchizatı barədə alıcı tərəfindən təqdim edilən alış sifarişi əsasında sifarişlərin icra edilməsi məqsədi ilə təchizatçının maliyyələşməsidir.

Sindikatlaşdırılmış Kredit

Birdən çox maliyyə təşkilatının toplaşaraq eyni bir iqtisadi subyektə eyni şərtlərlə verdiyi kreditdir.

SVOP

Məzənnə riskindən sığortalanmaq məqsədilə müəyyən müddətdən sonra yenidən əksinə mübadilə edilməsi şərtilə milli valyutanın xarici valyutaya mübadilə edilməsi.

Sərt Pul Siyasəti

İnflyasiyanın azaldılmasına və iqtisadiyyatda hərarətlənmənin azaldılmasına yönəldilmiş pul siyasəti tədbiridir. Bu zaman Mərkəzi Bank özünün faiz dərəcələrini artırır ki, bu da iqtisadiyyatda həm əmanətlər, həm də kreditlər üzrə faiz dərəcələrinə artırıcı təsir göstərir.

SWIFT

Beynəlxalq pul köçürmələrində istifadə olunan hər bankın özünə məxsus bir kod sistemidir. 

Ş

Şəxsi Əmlak Vergisi

Öz təsirini vətəndaşın xüsusi mülkiyyətinin müxtəlif növlərinə yayan fiziki şəxsin əmlak vergisidir.

Şəxsi Gəlir

İşçinin əmək haqqından, dividentlər, faizlər, renta, mükafatlar, transfertlər daxil olmaqla əlavə ödəmələrdən yaranan pul gəlirləridir. Vergilər çıxana kimi hesablanır.

Şəxsi Hesab

Mühasibat və ya bank tərəfindən ayrı-ayrı şəxslərlə hesablaşmalar aparmaq üçün açılan hesabdır.

Şəxsi İstehlak Xərcləri

Ev təsərrüfatlarının istehlak malları və xidmətlərinə çəkdiyi xərclərdir.

Şəxsi Kapitalın Dövriyyəsi Barədə Hesabat

Müəyyən vaxt ərzində sahibkar tərəfindən müəssisəyə qoyulmuş vəsaitin dəyişməsini əks etdirən maliyyə hesabatının bir növüdür.

Şərti Maliyyə Vahidi

Qanunla müəyyən edilmiş məbləğ.

Şərti ƏQD

Saziş növüdür. Onun şərtiləri iştirakçıların birinin başqasına mükafat adlanan müəyyən pul məbləğini ödəməklə (mükafatlı saziş) öz öhdəliklərinin icrasından imtina etmək hüququnu nəzərdə tutur.

Şərti Əmanət

Bir şəxsin başqa şəxsin adına qoyduğu pul əmanəti, yəni yalnız müəyyən, əvvəlcədən qeyd edilmiş şərtlərlə, yaxud əmanətçi tərəfindən hesab açılanda göstərilmiş şəraitlərdə, vəziyyət yarananda əmanət işlədilə bilər.

Şərti Öhdəlik

Şirkətin keçmişdəki fəaliyyəti ilə əlaqədar olan, lakin gələcəkdə müəyyən hadisələrin baş verməsi və ya baş verməməsindən (məsələn, məhkəmə qərarlarının nəticələrindən) asılı olaraq, yaranması ehtimal olunan öhdəliyi.

Şərti Rüsumsuz İdxal

Ölkəyə malların və digər əşyaların idxalla bağlı olaraq alınan gömrük rüsumuna, yığım və vergilərə cəlb edilmədən gətirilməsidir, idxalıdır.

T

Tarif

Rəsmən müəyyən edilmiş tədiyə, maaş, rüsum, vergi və s. cədvəli.

Tarif Əmsalı

Tarif cədvəlinin müvafiq dərəcəsinə uyğun müəyyən edilmiş bir saatlıq, yaxud bir günlük əmək haqqının ən aşağı dərəcə ilə əmək haqqına olan nisbəti.

Tarif Güzəştləri

Rəsmi qanunvericiliyə əsasən, tarif güzəştləri dedikdə, AR-ın ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada AR-ın gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür.

Tender

Hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir.

Tender Qarantiyası

Podratçının işlərin/xidmətlərin sifarişçisi qarşısında tender şərtlərinə əməl etməsinə təminat verir.

Təcili Əməliyyatlar Üzrə Mübadilə Məzənnəsi

Gələcəkdə bağlanacaq müqavilələr üçün istifadə olunan valyuta mübadiləsi məzənnəsidir.

Təmassız Ödəniş

Plastik kartlar vasitəsilə nağdsız əməliyyatlar zamanı kartı POS-a daxil etmədən yalnız yaxınlaşdırmaqla sürətli əməliyyatlar aparmağa imkan verən bir texnogiyadır. 

Təminatlı Kredit

Əmtəə kreditinin növüdür. Burada borcalanın satın aldığı əmtəə onun dəyəri tam ödənilməyincə satıcı kreditorun mülkiyyəti olaraq qalır.

Təminatsız Borc İstiqrazları

Təminatsız (girova əsaslanmayan) borc qiymətli kağızları. Emitentin ümumi krediti hesabına qarşı buraxılmış, müəssisənin heç bir xüsusi əmlakı ilə təmin edilməmiş borc öhdəliyi.

Təminatsız İstiqrazlar

Müəssisənin müəyyən aktivlərinin zəmanəti olmadan adi kredit şəklində buraxılan istiqrazlardır.

Təminatsız Kredit

Girov təminatı olmadan verilən kredit.

Təminatsız Opsion

Bu halda alıcı özünün müqavilə üzrə hüquqlarından sərhədsiz şəkildə istifadə etmək imkanına malik olur ki, bu da satıcı tərəf üçün riskin səviyyəsini qaldırır.

Törəmə Bank

Nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.

U

Uçot Dərəcəsi

Mərkəzi bankın kommersiya banklarından onlara təqdim etdiyi kreditə görə (aldığı) götürdüyü faiz dərəcəsidir.

Uzunmüddətli Kreditlər

Əsas fondların genişləndirilmiş təkrar istehsalına xərclənmək üçün müəssisə və təşkilatlara, habelə mənzil tikmək, təsərrüfat yaratmaq və başqa bu kimi məqsədlər üçün banklar tərəfindən əhaliyə verilir.

Uzunmüddətli Borcların Analizi

Sadə səhmlər və ehtiyat fondların formasında olan uzunmüddətli müəssisə kapitalının ölçüləri ilə, müəssisəyə qoyulmuş faizlər və dividentlər almaq hüququ olan sərmayəçilərin, sadə veksellər üzrə dividentlər alana qədər olan sərmayə həcmi ilə müqayisəsini aparmaq üçün edilən maliyyə analizi növüdür.

Uzunmüddətli Əməliyyat Öhdəlikləri

Növbəti il ərzində ödənilməsi nəzərdə tutulmayan uzunmüddətli kommersiya kreditləri borcudur.

Uzunmüddətli Gəlir və Zərər

12 aydan çox müddətdə eyni şəxsə məxsus olan aktivlərin satışından gəlir və ya zərərlər.

Uzunmüddətli Xəzinə İstiqrazları

Öhdəlik müddəti 10 il və ya daha uzun müddətli olan dövlət borc qiymətli kağızları.

Uzunmüddətli Kreditlər

Əsas fondların genişləndirilmiş təkrar istehsalına xərclənmək üçün müəssisə və təşkilatlara, habelə mənzil tikmək, təsərrüfat yaratmaq və başqa bu kimi məqsədlər üçün banklar tərəfindən əhaliyə verilir.

Uzunmüddətli Kreditor Borcları

Müəssisənin növbəti ildə və ya adi təsərrüfat tsiklində ödəməyi planlaşdırdığı borclarıdır.

Uzunmüddətli Öhdəliklər

Ödəmə müddəti bir ildən tez olmayan digər şəxslərə olan borclardır.

Uzunmüddətli Öhdəliklərin Cari Hissəsi

Cari il ərzində ödənilməli olan, cari aktivlərdən ödənilən (dövriyyə vəsaitlərindən) və qısamüddətli borc kimi səciyyələndirilən uzunmüddətli öhdəliyin hissəsidir.

Uzunmüddətli Kapital

Şəxsi kapital və uzunmüddətli öhdəliklərlə göstərilən uzunmüddətli maliyyə vasitələridir.

Uzunmüddətli Kapitaldan Gəlirlər

Müəssisəyə sərmayə şəklində qoyulmuş uzunmüddətli kapitalın hər manatına vergilər ödənilənə qədər düşən gəlirlərin həcmidir.

Ü

Ümumi (məcmu) Faiz

Gəlirdən vergili xərclər çıxılmadan hesablanmış faiz dərəcəsi və ya faiz məbləği.

Ümumi Borc

Müəssisənin ümumi borcu. Kredit, əməkhaqqı və digər ödənişlər, kreditor borcları və digər borc öhdəlikləri üzrə borcların ümumi məbləğidir.

Üzən Valyuta Məzənnəsi

Bu rejimin tətbiq edildiyi zaman valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır. Lakin, üzən valyuta məzənnəsi rejimi Mərkəzi Bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını tam istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edə bilər.

V

Valyuta (pul, pul tədavülü, tədavül vasitəsi)

Ölkənin pul vahidi (milli valyuta). Məsələn, manat (Azərbaycanda), dollar (ABŞ-da) və s.

Valyuta Kursu

Bir ölkənin pul vahidi qiymətinin digər ölkənin pul vahidi ilə ifadəsi. Valyuta kursu bir qayda olaraq valyutanın alıcılıq qabiliyyətindən asılı olaraq müəyyən edilir. Valyuta kursunun müəyyən edilməsi valyutanın kotirovkası adlanır.

Valyuta Ehtiyatı

Dövlətin dönərli valyutada, əsas etibarilə xarici valyutada qoruduğu pul fondu.

Valyuta Əməliyyatları

Xarici valyuta ilə borc alan, hesablaşmalar aparan və alqı-satqı keçirən hüquqi və fiziki şəxslərin, maliyyəkredit təşkilatlarının və bankların təsərrüfat fəaliyyəti növlərindən biridir.

Valyuta siyasəti

Dövlət tərəfindən valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, inzibati tədbirlərin kompleksi: valyuta siyasətinin həyata keçirilmə formaları; a) diskont siyasəti – mərkəzi bankın uçot dərəcəsinin dəyişdirilməsi yolu ilə valyuta məzənnəsinin tənzimlənməsi; b) valyuta müdaxiləsi – valyuta bazarlarında tələb və təklifin tarazlaşdırılması məqsədilə mərkəzi bankın valyutaların alqı-satqısı əməliyyatlarında müntəzəm iştirakı; c) devalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin məsədyönlü uçotlaşdırılması) və revalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin qaldırılması). ç) valyuta məhdudiyyətləri – valyuta əməliyyatlarının inzibati tədbirlər və qanunverici aktlarla qadağan olunması və ya limitləşdirilməsi nəzərdə tutulur.

Valyuta Səbəti

Müəyyən miqdarda götürülən xarici valyutaların toplusudur. Valyuta səbəti məzənnə siyasətinin həyata keçirilməsində istifadə olunur. Bu zaman Mərkəzi Bank milli valyutanın hər hansı bir xarici valyutaya qarşı deyil, səbətə daxil olan bir neçə valyutaya qarşı orta çəkili məzənnəsini tənzimləməyə çalışır.

Valyuta Müdaxiləsi

Milli valyutanın məzənnəsini tənzimləmək məqsədilə Mərkəzi Bank tərəfindən valyuta bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün xarici valyuta ehtiyatlarından istifadə edir.

Veksel

Borclunun pul öhdəliyi.

Verifikasiya

Ümumiyyətlə, həqiqiliyin, düzgünlüyün, o cümlədən proqramların müəyyən edilməsi, yoxlanması. Müəyyən etmədə statistik və konstruktiv metodlardan istifadə edilir.

Y

Yaşayış minimumu

Minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Yenidən maliyyələşdirmə əməliyyatları

Mərkəzi Bank tərəfindən kommersiya banklarının likvidlik ehtiyaclarının ödənilməsi məqsədilə müəyyən edilmiş qaydalara uyğun şəkildə kreditlərin verilməsidir.

Yumşaq pul siyasəti

Əsasən resessiyanın qarşısının alınması və iqtisadi aktivliyin artırılması məqsədilə həyata keçirilən pul siyasəti nəzərdə tutulur. Bu zaman məsələn Mərkəzi Bank özünün faiz dərəcələrini aşağı salır ki, bu da həm əmanətlər, həm də kreditlər üzrə faiz dərəcələrinə azaldıcı təsir edir.

Z

Zaminlik Müqaviləsi

Bu müqaviləyə əsasən, zamin kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür.

Zəmanətli Anderraytinq

Anderrayterin ilkin yerləşdirmə dən sonra yerdə qalan qiymətli kağızların alacağına zəmanət verdiyi anderraytinq prosesi.

Zəmanətli Səhm

Emitentdən fərqli üçüncü şəxs tərəfindən dividentlərinin ödənilməsinə zəmanət verilən səhmlər (xüsusən də imtiyazlı səhmlər); faiz gəlirlərinin və əsas məbləğinin ödənilməsinə zəmanət verilən istiqrazlar.

İstinadlar: “Maliyyə bazarları terminlərinin izahlı lüğəti” Bakı, «Nurlar» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010 ;

https://www.taxes.gov.az/az/page/iqtisadi-terminler-lugeti , 20.09.2022.