“Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti
-
Tam adı
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
-
Qısa adı
Rabitəbank ASC
-
Təşkilati-hüquq forması
ASC
1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.
Fəaliyyət göstərdiyi 27 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 26 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsini yaradaraq Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.

Baş Ofis: Azərbaycan, Bakı şəh., AZ 1010, 28 May küç. 33
Tel.: (994 12) 598 44 88
Faks: (994 12) 497 11 01
Teleks: 142453 RSKBAI
İdarəetmə strukturu
Müşahidə Şurası :
Müşahidə Şurasının Sədri - Zakir Nuriyev
Müşahidə Şurasının üzvü - Aslan Xasıyev
Komitələr
Risklərin İdarə Edilməsi Komitəsi :
Bankın fəaliyyəti dövründə qarşılaşa biləcək risklərin proqnozlaşdırılması, onların ehtimal olunan həcmi və nəticələrinin müəyyən edilməsi, risklərlə bağlı yarana biləcək xərclərin(zərərin) qarşısının alınması və onların minimallaşdırılması üzrə müvafiq tədbirlərin hazırlanması və həyata keçirilməsi.
Aktiv və Passivlərin İdarə Edilməsi Komitəsi :
Bankın fəaliyyəti dövründə qarşılaşa biləcək faiz dərəcəsi riskinin, bazar riskinin proqnozlaşdırılması, eləcədə likvidlik açığının (GAP) və açıq valyuta mövqeyi limitlərinin idarəolunması ilə bağlı yarana biləcək xərclərin(zərərin) qarşısının alınması və onların minimallaşdırılması üzrə müvafiq tədbirlərin (planın) hazırlanması və həyata keçirilməsi.
Mükafatlandırma Komitəsi :
Mükafatlandırma komitəsinin əsas məqsədi bankın mükafatlandırma siyasətinin formallaşdırması, mükafatlandırma prosesinə nəzarətin həyata keçirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada mükafatlandırma sisteminin səmərəliyinin qiymətləndirilməsi və zərurət olduqda onun təkmilləşdirilməsinə dair Müşahidə Şurasına təkliflərin verilməsidir.
İnformasiya Texnologiyaları Komitəsi :
Bankın idarəetmə sistemlərini və təşkilati münasibətləri təkmilləşdirmək üçün və informasiya texnalogiyalarında hesablama sistemlərinə və proseslərə nəzarəti təşkil etmək.
Böyük Kredit Komitəsi :
Kredit siyasətinin müəyyənləşdirilməsi, kredit portfelinin diversifikasiyasının, kredit limitlərinin, kreditləşmə üzrə qərar qəbuletmə səlahiyyətlərinin müzakirəsi, bank qarantiyası və layihələrin maliyyələşdirilməsi barədə qərarların qəbul edilməsi üzrə məsələlərin, habelə kreditlərin şərtlərinin dəyişdirilməsi və ya restrukturizasiyası üzrə qərarların qəbul edilməsi.
Rabitəbankın Missiyası
Əhaliyə və bizneslərə onlara uyğun məkan və şəraitdə sürətli və səmərəli bank xidmətlərini göstərmək.
Bank əməliyyatlarının həyata keçirilməsi üçün baş lisenziya
Bank əməliyyatlarının aparılması üçün lisenziya - 30 iyun 1993-cü il tarixində Azərbaycan Resrublikası Milli Bankı tərəfindən verilib.
Broker fəaliyyətinin həyata keçirilməsi üçün 62 saylı lisenziya - 05 fevral 2004-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 5 il müddətinə verilib.
Bank Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 iyun 1993-cü il tarixində verilmiş 136 saylı qeydiyyat Şəhadətnaməsinə malikdir.
Rabitəbankın üzv olduğu təşkilatlar
- Bakı Banklararası Valyuta Birjası
- Azərbaycan Banklar Assosiasiyası
- SWİFT - 1997-ci ildən prinsipial üzvdür
- Europay International (Master Card) - 1998-ci ildən prinsipial üzvdür
- Western Union -2002-ci ildən prinsipial üzvdür
- VİSA Beynəlxalq ödəmə sistemi - 2007-ci ildən prinsipial üzvdür
- Contact pul köçürmə sistemi - 2008-ci ildən prinsipial üzvdür
- Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu
- Əmanətlərin Sığortalanması Fondu
- ADFİMİ - İslam İnkişaf Bankına üzv dövlətlərdə Maliyyə İnstitutlarının İnkişafı Regional Assosiasiyası
Rabitəbankın Strategiyası
Qısa və uzunmüddətli dövrdə rəqabətqabiliyyətli üstünlüyə malik olmaq üçün vasitələrin seçilməsi
Bazarın hədəf seqmentlərinin və onlar üçün müvafiq məhsul çeşidlərinin müəyyən olunması
Bankın daxili imkanlarının və biznes proseslərinin inkişaf etdirilməsi
Potensial investorlar və kreditorlar üçün bankın cəlbediciliyinin təmin olunması
Bankın strateji baxışı
Ölkənin ən böyük banklarından biri olmaqla, bütün növ müştərilərə ənənəvi və müasir maliyyə xidmətlərini göstərən peşəkar komandaya malik olan dayanıqlı universal bank.
Rabitəbankın beynəlxalq tərəfdaşları
-
WorldBusiness Capital Inc
www.worldbusinesscapital.com -
İslam İnkişaf Korporasiyası (IDB)
www.isdb.org -
Beynəlxalq Maliyyə Korporasiyası (IFC)
www.ifc.org -
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD)
www.ebrd.com
Bankın strateji hədəfləri
- Kapitalın gəlirliliyini (ROE) növbəti iki il ərzində (2019) 5%, 2020-2021-ci illərdə isə 10%-dən yuxarı saxlamaq;
- Ölkənin ən böyük 10 bankları sırasında qalmaq (aktivlər, kapital, kredit portfeli üzrə);
- Növbəti 3 ilin sonunda 900 milyon AZN aktivə və 130 milyon AZN kapitala sahib olmaq;
- Rəqəmsal bankçılıq sahəsində ən yaxşı xidmətlər təqdim edən və bu sahədə ən irəlidə olan banklardan biri olmaq;
- Böyük kapitala sahib olan, dayanıqlı və etibarlı bank olan brend kimi bank bazarında fəaliyyətini davam etdirmək və cari imici qorumaq;
- Yüksək keyfiyyətli müştəri xidməti və məmnuniyyəti üzrə mövqeyimizi gücləndirmək.