Fişinq nədir və ondan necə qorunmaq olar?
Kibercinayətin xüsusi növü olan fişinq (Phishing)
Balıq ovu deməkdir. Bu metod vasitəsi ilə istifadəçiləri aldadaraq onların fərdi məlumatlarını ələ keçirirlər. Haker sizi müxtəlif yollarla eyni görünən, lakin saxta olan hansısa sayta və ya digər resursa yönəltməklə apardığınız bütün əməliyyatları izləyir. Burada sizin bank kredit kartınızın parametrləri, ID nömrəniz, e-mail ünvanınız və s. məlumatlar ola bilər.
Təhlükədən necə qorunmalı?
Bu təhlükədən qorunmaq üçün sizə yönləndirilən hər hansı saytın və həmin saytda sizdən tələb olunan bank kredit kartı, bank hesabı və bu kimi məxfi məlumatları yazmağınız tələb olunan sorğulardan şübhələnmək və etibarlı mənbələrdən istifadə etmək tövsiyə olunur.