Stock videoroliklərin hazırlanması, qısa videolar və məhsullar üzrə reklam xarakterli videoların çəkilişi ilə bağlı tender elanı
Məlumat üçün bildirmək istəyirik ki, "Rabitəbank" ASC olaraq yeni “Stock videoroliklərin hazırlanması, Qısa videolar (Sosial media platformaları üçün) və Məhsullar üzrə reklam xarakterli videoların çəkilişi” ilə bağlı tender elan edirik. Tenderin şərtləri haqqında qısa məlumat aşağıda qeyd olunub. Əlavə suallarınız yaranarsa əlaqədar şəxsin elektron ünvanı ([email protected]> 050-278-04-68) emailə ilə və ya telefonla müraciət edə bilərsiniz. Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmənizi, aidiyyatı tenderin adını qeyd etmənizi və 30.05.2022-ci il tarixi saat 13:00 kimi "Rabitəbank" ASC-nin İnfrastruktur və Satınalmalar Departamentinin Direktoru Rövşən Adıgözəlova adına Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmənizi xahiş edirəm.
Stock videolar
İşin mərhələləri
- Ssenari yazılması, video ardıcıllığın müəyyən edilməsi (minimum 2 alternativdə)
- Stok alınmamışdan öncə videolarının seçilərək marketinq komandası ilə təsdiqlənməsi.
- Stoklar alındıqdan sonra videoya qrafik həllərin tətbiqi
- Səs aktyoru və Səsyazma Prosesi (Videoların hazırlanması ilə paralel təsdiqlənmiş VO yazılması, səs aktyorunun təsdiqi də Bank nümayəndəsi ilə edilməlidir)
- Hazır videonun təhvil verilməsi.
- Ölçü — 1920x1080 piksel (Full HD). Lakin müştərinin istəyinə görə istənilən ölçüdə təhvil verilə bilər. Məs: 4K Format — MP4. Lakin müştərinin istəyinə görə istənilən formatda təhvil verilə bilər. Məs: MOV Sound - wav Hazırlanma müddəti (maksimal tələb): 30 san: 7 gün 1 dəqiqə: 10 gün
Qısa videolar (sosial media platformaları üçün)
İşin mərhələləri
- Ssenari və video mətniniin hazırlanması
- Videonun çəkiləcəyi məkana öncədən baxılması və ehtiyacların çıxarılması
- Viideo çəkiliş zamanı işıq və səs texnikasının istifadəsi
- Səs aktyoru və Səsyazma Prosesi (Videoların hazırlanması ilə paralel təsdiqlənmiş VO yazılması, səs aktyorunun təsdiqi də Bank nümayəndəsi ilə edilməlidir)
- Video üzərində qrafik həllərin tətbiqi
- Videonun tam hazır versiyasının təhvili
- Ehtiyac olduğu halda videoda çəkiləcək aktyor, aktrisa, aparıcı və s.-nin təklif edilməsi
- Ölçü — 1920x1080 piksel (Full HD). Lakin müştərinin istəyinə görə istənilən ölçüdə təhvil verilə bilər. Məs: 4K Format — MP4. Lakin müştərinin istəyinə görə istənilən formatda təhvil verilə bilər. Məs: MOV Sound - wav Hazırlanma müddəti (maksimal tələb): 30 san: 5 gün 1 dəqiqə: 10 gün
Məhsullar üzrə reklam xarakterli video
İşin mərhələləri
- Ssenari və video mətninin hazırlanması
- Videonun çəkiləcəyi məkanlara öncədən baxılması və ehtiyacların çıxarılması
- Video çəkiliş zamanı işıq və səs texnikasının istifadəsi
- Səs aktyoru və Səsyazma Prosesi (Videoların hazırlanması ilə paralel təsdiqlənmiş VO yazılması, səs aktyorunun təsdiqi də Bank nümayəndəsi ilə edilməlidir)
- Video üzərində qrafik həllərin tətbiqi
- Videonun tam hazır versiyasının təhvili
- Ehtiyac olduğu halda videoda çəkiləcək aktyor, aktrisa, aparıcı və s.-nin təklif edilməsi
Ölçü — 1920x1080 piksel (Full HD). Lakin müştərinin istəyinə görə istənilən ölçüdə təhvil verilə bilər. Məs: 4K
Format — MP4. Lakin müştərinin istəyinə görə istənilən formatda təhvil verilə bilər. Məs: MOV
Sound - wav
Hazırlanma müddəti (maksimal tələb):
30 san: 14 gün
1 dəqiqə: 20 gün
İki fərqli qiymət təklifi
Normal texniki şərtlərlə studiya məkanında 1 günlük çəkiliş qiyməti
Normal texniki şərtlərlə çöl məkanlarda 1 günlük çəkilişin qiyməti