Приобретая Kartmane, Вы сможете отправить подарки в детские дома
Bayram paylaşdıqca gözəl olur. Novruz bayramını hər kəsdən çox uşaqlar gözləyir. Uşaqlara Novruz payının hazırlanmasında sizin də payınız ola bilər.
Bayram günlərində ən çox balacaların üzü gülsün deyə Rabitəbank xeyriyyə aksiyası keçirəcək. Aprelin 1-dək Kartmane Debet kartı alan müştərilərin ödədiyi xidmət haqqının bir qismi uşaq evlərinə “Novruz payı” göndərilməsi üçün ayrılacaq.
Kartmaneni onlayn sifarişlə etməklə bu təşəbbüsə dəstək ola bilərsiniz. Rabita Mobile tətbiqi, RabitaBot maliyyə çatbotu və rəsmi veb-saytı vasitəsilə ( sifariş linki ) banka gəlmədən, əlavə vaxt xərcləmədən Kartmaneni onlayn sifariş edə bilərsiniz. “Novruz” kampaniyaları barədə ətraflı məlumat əldə etmək istəsəniz, Bankın 133 Çağrı Mərkəzi xidmətinizdədir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.