Animasiyaların hazırlanması ilə bağlı
Məlumat üçün bildirmək istəyirik ki, "Rabitəbank" ASC- olaraq Animasiyaların hazırlanması ilə bağlı tender elan edirik. Tenderin tələbləri və şərtləri ilə əlavə suallarınız yaranarsa əlaqədar şəxsin elektron ünvanı Dadaş Həsənli [email protected] və ya telefonla 050 278-04-68 müraciət edə bilərsiniz. Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmənizi, aidiyyatı tenderin adını qeyd etmənizi və 13.08.2021-ci il tarixi saat 15:00 kimi "Rabitəbank" ASC-nin İnfrastruktur və Satınalmalar Departamentinin Direktoru Rövşən Adıgözəlova adına Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmənizi xahiş edirəm.
İşin mərhələləri
- Ssenari Yazılması (brifin mövzusu və xronometraja əsasən minimum 2 alternativdə)
- Orijinal İllüstrasiyaların Çəkilməsi (təsdiq edilmiş ssenariyə əsasən ilk öncə storyboard verilməlidir. Storyboardda hər səhnə və səhnənin aşağısında ssenariyə uyğun VO təsvir edilməlidir, Ölçü — 1920x1080 piksel, Format — PDF)
- Səs aktyoru və Səsyazma Prosesi (İllustrasiyalarla paralel ssenaridəki təsdiqlənmiş VO yazılması, səs aktyorunun təsdiqi də Bank nümayəndəsi ilə edilməlidir)
- Animasiyanın Hazırlanması (orijinal illüstrasiyaların hərəkətli formata keçidi)
Bu mərhələ özü də 3 ayrı istiqamətdə irəliləməlidir:
- Personaj animasiyası
- İnfoqrafik animasiya
- Səs effektləri
Ölçü — 1920x1080 piksel (Full HD). Lakin müştərinin istəyinə görə istənilən ölçüdə təhvil verilə bilər. Məs: 4K
Format — MP4. Lakin müştərinin istəyinə görə istənilən formatda təhvil verilə bilər. Məs: MOV
Sound - wav
Hazırlanma müddəti (maksimal tələb):
30 san: 7-15 gün
1 dəqiqə: 10-20 gün