"Rabitəbank" ASC-nin Sahil filialının yeni konseptə uyğun mebel işləri ilə bağlı tender elanı
Məlumat üçün bildirmək istəyirik ki, "Rabitəbank" ASC-olaraq Nərimanov M/S yaxınlığında yerləşən Sahil filialının yeni concepte uyğun mebel işləri ilə bağlı tender elan edirik. Tenderin texniki şərtləri, lahiyələr PDF, AutoCAD, Smeta haqqında məlumat qoşmadakı fayldan və aşağıdakı linkdən əldə edə bilərsiniz. Əlavə suallarınız yaranarsa əlaqədar şəxsin elektron ünvanı (Vasif Məmmədov < [email protected]> 051 271-48-48) və ya telefonla müraciət edə bilərsiniz. Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmənizi, aidiyyatı tenderin adını qeyd etmənizi və 17.12.2021-ci il tarixi saat 17:00 kimi "Rabitəbank" ASC-nin İnfrastruktur və Satınalmalar Departamentinin Direktoru Rövşən Adıgözəlova adına Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmənizi xahiş edirəm.
Qeyd:
• Filial hal-hazırda işləkdir(təmirlidir) ona görə təmir işləri filialın fəaliyyəti dayanmadan yeni conceptə uyğun iki hissəyə bölünərək işlər görüləcək, buna uyğun şəkildə plan və icra müddətini təkliflərinizidə qeyd edin zəhmət olmasa.
• Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq)
• Dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olan.
Referanslarınızı və tövsiyyə məktublarınıda göndərmənizi xahiş edirik.