Bu bölmədə çox verilən suallara cavab tapa bilərsiniz.

  • Mən Rabitəbank mobil tətbiqindən istifadə etmək istəyirəm. Bunun üçün nə tələb olunur?
    arrow_drop_down arrow_drop_up

    Rabitəbank mobil tətbiqindən istifadə etmək üçün sizə internet şəbəkəsinə qoşulmuş Google Android (get version) və ya iOS (get version) platformalı cihaz, Rabitəbankın rəsmi səhifəsindən, həmçinin Apple Store ve Google Play vasitəsilə yüklənmiş Rabitəbank mobil tətbiqi, Rabitəbank plastik kartı və ya hər hansı Rabitəbank brançına yaxınlaşaraq İnternet Bankçılıq xidmətini aktivləşdirməniz lazımdır.

  • Mən Rabitəbank mobil tətbiqindən qeydiyyatdan keçmək üçün nə etməliyəm?
    arrow_drop_down arrow_drop_up

     

    • Rabitəbank müştəriləri “Kart nömrəsi”, “İnternet bankçılıq” və “ Asan imza” vasitəsilə qeydiyyatdan keçə bilər.
    • Kart nömrəsi ilə qeydiyyat- siz plastik kartınızın üzərindəki 16 rəqəmi daxil edirsiniz, kartınızda qeydiyyatda olan mobil nömrəsinə birdəfəlik şifrə göndərilir, onu daxil edirsiniz.
    • İnternet bankçılıq vasitəsilə qeydiyyat üçün müştəri kodu və şifrənizi daxil etməlisiniz. Bankda mövcüd olan mobil nömrənizə birdəfəlik şifrə göndərilir, onu daxil edirsiz
    • Asan imza vasitəsilə qeydiyyatdan keçmək üçün Asan İmza nömrənizi və Asan İD –nizi daxil edirsiz.Ekranda əks olan verifikasiya kodunun düzgünlüyünü Asan İmza nömrənizdə təsdiq edərək PİN 1 daxil edirsiz.Mən 4 rəqəmli şifrəni itirsəm necə bərpa edə bilərəm
    • Siz 4 rəqəmli şifrənizi itirsəniz, yenidən yuxarıda göstərilən vasitələrlə qeydiyyatdan keçməlisiniz

     

  • Mən plastik kart məlumatlarımı görürəm, hesablarımı yox. Nə etməliyəm?
    arrow_drop_down arrow_drop_up

     

    • Bu halda siz ərazinizə yaxın filiala yaxınlaşıb, Rəqəmsal Bankçılıq müqaviləsi bağlamalısınız və İnternet Bankçılıq səhifəsinə daxil olub, qeydiyyatdan keçməlisiniz.

     

  • Mən telefonumu itirsəm, kimsə mənim əlavədəki məlumatlarımı əldə edə biləcəkmi?
    arrow_drop_down arrow_drop_up

     

    • Siz hər hansı bir əməliyyatı edib bitirdikdən sonra tətbiqdən çıxmalısınız. Sizin informasiya təhlükəsizliyiniz üçün 30 saniyəlik qeyri-aktivlikdən sonra tətbiqdəki sessiyanız avtomatik bitmiş olacaq. Tətbiqə giriş üçün mütləq şifrə tələb olunur. Bu şifrəni sizdən başqa heç kim bilmədiyi üçün tətbiqdən kənar şəxslər istifadə edə bilməyəcək.
    • Sizin informasiya təhlükəsizliyinizi daha da artırmaq üçün tərkibində təkrarlanan və ya ardıcıl rəqəmlər olan, müştərinin doğum tarixi ilə, kart nömrəsinin son rəqəmləri ilə və Ş/V nömrəsi ilə üst-üstə düşən şifrələrin qoyulması arzuolunan hal deyil.

     

  • Mən 4 rəqəmli giriş kodunu itirsəm, necə yeniləyə bilərəm?
    arrow_drop_down arrow_drop_up

     

    • Siz 4 rəqəmli giriş kodunu itirsəniz, yenidən yuxarıda göstərilən qaydalar ilə qeydiyyatdan keçə bilərsiniz.
  • Rabitəbank Mobil tətbiqi yenilənməyi tələb edir. Bu nə deməkdir?
    arrow_drop_down arrow_drop_up

     

    • Bu o deməkdir ki, Bank tətbiqinin yeni versiyasını hazırlamışdır. Vaxtında programı yeniləmək bank tərəfindən məsləhət olunsa da mütləq prosedur sayılmır. Biz mobil tətbiq ilə olan təcrübənizin yaxçılaşdırılmasına gətirib çıxaracaq yeni imkanlardan, funksiyalardan və onlarla bağlı olan təkliflərdən istifadə edə bilməyiniz üçün müntəzəm olaraq mobil tətbiqi yeniləməyi məsləhət görürük.

     

  • Dosta köçürmə xidməti necə işləyir?
    arrow_drop_down arrow_drop_up

     

    • Dosta köçürmə Rabitəbank Mobil tətbiqindən istifadə etməklə telefonunuzun kontaktında olan istənilən şəxsə onların telefon nömrələrini seçməklə vəsait göndərməyə imkan verən unikal sistemdir.
  • Dostdan istə xidməti necə işləyir?
    arrow_drop_down arrow_drop_up

     

    • Dostdan istə Rabitəbank Mobil tətbiqindən istifadə etməklə telefonunuzun kontaktında olan istənilən şəxsdən onların telefon nömrələrini seçməklə məhdudiyyətsiz vəsait istəməyə imkan yaradır. Siz istədiyiniz məbləği yazıb kontaktınıza tələb göndərirsiniz, həmin şəxs linkdən istifadə edərək sizin kartınıza pul göndərə bilər.

     

  • Avtomatik ödənişlər nədir?
    arrow_drop_down arrow_drop_up

     

    • Ödəniş və köçürmələrinizi əvvəlcədən planlaşdırmağınıza imkan verir. Avtomatik ödənişlər funksiyası ilə kommunal və digər xidmət ödənişlərinizi həm borc üzrə, həm də qrafik üzrə tənzimləyə bilərsiniz.
  • Split bill xidməti nədir və necə işləyir?
    arrow_drop_down arrow_drop_up

     

      • Split bill xidməti vasitəsilə siz çıxarışınızdan 10AZN-dən yuxarı istənilən əməliyyatı 1-10 nəfər arasında bölə bilərsiniz. Məbləğ seçdiyiniz insanlar arasında bərabər şəkildə bölünəcək. Məsələn siz 15AZN-i 3 insan arasında böldüyünüz zaman 1-ci şəxs siz, qalan 2nəfərə isə 5 AZN məbləğində pul bölünəcək. Sonradan siz öz dostlarınızı kontaktdan seçəcəksiniz və həmin şəxsdə Rabitəbank Mobile tətbiqi varsa, tətbiqə, yoxdursa, SMS vasitəsilə ödəniş linki göndəriləcək.

       

  • Cash by Code xidməti nədir və necə işləyir?
    arrow_drop_down arrow_drop_up

     

    • Bu xidmət vasitəsilə göndərdiyiniz şəxsin bank kartının olmasına belə ehtiyac yoxdur. Siz sadəcə göndərəcəyiniz şəxsi kontaktdan seçirsiniz və ya mobil nömrəsini yazırsınız, məbləği (minimum 10AZN) seçirsiniz, sizə gələn 6 rəqəmli kodu həmin şəxslə paylaşırsınız.
    • Həmin şəxs istənilən Rabitəbank ATM-nə yaxınlaşıb, ona gələn kodla, sizin verdiyiniz kodu birgə daxil etməklə məbləği əldə edə bilər.
  • Pin kod ayarlarının tənzimlənməsi nədir?
    arrow_drop_down arrow_drop_up

     

    PİN quraşdırılması: siz yeni kart əldə etmisinizsə və ya öz mövcud PİN kodunuzu dəyişmək istəyirsinizsə, o zaman daxil olursunuz bu bölməyə, sizin mövcud PİN kodunuz ləğv olunur və açılan veb səhifədə öz kartınızın məlumatlarını daxil edirsiniz. Sonra sizin mobil nömrənizə SMS vasitəsilə kod gəlir, kodu içindəki ulduz işarələrini təyin etmək istədiyiniz nömrələrə dəyişməklə tam şəkildə daxil edirsiniz və bu andan etibarən kartınıza məxsus PİN kod öz istədyiniz kod ola bilər.

    PİN –in blokdan çıxarılması: əgər PİN kodunuzu 3 dəfə yalnış yığmisinizsa, kodunuz bloklanır. Blokdan açmaq üçün sadəcə bu bölməyə daxil olmanız kifayət edir.

     

     

  • Müştəri Mobil tətbiq vasitəsilə Pinin sıfırlayıb yeni Pin kod təyin edərsə nə etməlidir?
    arrow_drop_down arrow_drop_up

    Müştəri Mobil tətbiq vasitəsilə Pin sıfırlarıb yeni Pin kod təyin etdikdən sonra nagdsız ödənişlər (pos retail əməliyyatları) aparmaq üçün ATM-də kartın balansını yoxlamalıdır. Əks halda nağdsız ödənişlər etmək mümkün olmayacaq.

  • PIN quraşdırılması – “özünə pin təyin et” xidmətini necə istifadə edim?
    arrow_drop_down arrow_drop_up

    PİN quraşdırılması: siz yeni kart əldə etmisinizsə və ya öz mövcud PİN kodunuzu dəyişmək istəyirsinizsə, o zaman daxil olursunuz bu bölməyə, sizin mövcud PİN kodunuz ləğv olunur və açılan veb səhifədə öz kartınızın məlumatlarını daxil edirsiniz. Sonra sizin mobil nömrənizə SMS vasitəsilə kod gəlir, kodu içindəki ulduz işarələrini təyin etmək istədiyiniz nömrələrə dəyişməklə tam şəkildə daxil edirsiniz və bu andan etibarən kartınıza məxsus PİN kod öz istədyiniz kod ola bilər.

  • Pin kodu Mobil tətbiqdə harda yadda saxlamaq olar?
    arrow_drop_down arrow_drop_up

    Təhlükəsizlik bölməsindən PİN ayarlarına daxil olub, ordan PİN Saxlayıcı bölməsində kartınıza məxsus PİN kodu yaddaşda saxlaya bilərsiniz.

  • Cashback sistemi necə işləyir?
    arrow_drop_down arrow_drop_up

     

    Cashback sistemi Kartmane kartına məxsus olan loyallıq sistemidir. Siz bonusları tətbiqdə göstərilən tərəfdaş şəbəkəsindən və buna əlavə olaraq ölkədə ilk dəfə Yanacaq Doldurma mərkəzlərindən (YDM) və Restoranlardan alacaqsınız.

    Tərəfdaş şəbəkəsindən gələn cashback ödəniş edildikdən 3 gün ərzində hesabınıza əlavə ediləcək

    YDM və Restoranlar:

    Əgər sizin cari ay üzrə istifadə dövriyyəsi 250AZN-dən 500AZN-ə kimidirsə YDM-dən gələn cashback faizi 5%,

    500AZN-800AZN-dirsə cashback faizi 10%,

    800AZN-dən çoxdursa, YDM faizləri 10% və Restoranlardan gələn cashback 5% təşkil edəcək. Bonuslar hesaba növbəti ayın ilk 5 günü ərzində yüklənir.

    Siz hesablanmış bonuslarınızı istədiyiniz zaman Kartmane kartınıza pul şəklində köçürə bilərsiniz

    Bonusların hesablanma qaydası 1 AZN= 1 bonus kimi hesablanır və onluqlara doğru yuvarlaqlaşdırılır.

     

  • Əvvəlki ayın xərclərinə necə baxa bilərəm?
    arrow_drop_down arrow_drop_up

    Kartların əsas səhifəsindən Son əməliyyatlar bölməsində Daha çox sözünə klikləyib siz çıxarışlara daxil olursunuz. Daha sonra yuxarıdan siz saga və ya sola klikləməklə istədiyiniz ayı seçə bilərsiniz. Və ya yuxarıdan sağ tərəfdən siz günlük, həftəlik, aylıq və özünüzün seçdiyiniz tarixlər arasında çıxarışınızı görə bilərsiniz. Əgər çıxarışı siz yükləmək istəsəniz sağ tərəfdən yuxarıda PDF fayl kimi yükləmək mümkündür.

  • Mobil tətbiqdə Kartımın adını necə dəyişə bilərəm?
    arrow_drop_down arrow_drop_up

    Siz kartın üzərində “i” işarəsinə klikləməlisiniz və Kart məlumatları bölməsindən kartın adını istədiyiniz ada dəyişə bilərsiniz.

  • (göz) düyməsi nə üçündü?
    arrow_drop_down arrow_drop_up

    Siz göz düyməsinə klikləməklə kartların üstündəki balansınızı (tətbiqin içindəki) kənar şəxslərin görməməsi üçün bağlaya bilərsiniz.

  • Statistika bölməsində yalnız bir kartın xərclərinə baxmaq olurmu? Bunu necə etmək olar?
    arrow_drop_down arrow_drop_up

    Tətbiqin Statistika bölməsində yuxarı sağ tərəfdə filtr ikonuna klikləməklə istədiyiniz bir və ya bir neçə kart və ya hesabı seçə bilərsiniz.

Dostlarınızla paylaşın