-
Rabitəbank kartı vasitəsi ilə xarici ölkə bankının kartına card to card əməliyyatı edə bilərəm?
Bəli,artıq yeni xidmətimiz müştərilərin istifadəsinə verilib, Rabitəbanka məxsus kartdan xarici ölkə kartlarına card to card əməliyyatı mümkündür.
-
SPK əməliyyatlarında Rubl mədaxilə nə üçün 3 faiz komissiya tətbiq olunur?
Bankın daxili qaydalarına əsasən sərbəst dönərli valyuta olmadığından.
-
Zolotaya Korona sistemi vasitəsi ilə Kartmane kartıma köçürdüyüm məbləği nağdlaşdırarkən məndən xidmət haqqı tutulacaqmı?
Heç bir əlavə xidmət haqqı tutulmur.
-
SPK vasitəsi ilə pul göndərdiyim zaman pulu götürəcək şəxsdən komissiya tutulacaqmı?
SPK (sürətli pul köçürmə sistemi) vasitəsi ilə pul göndərilən zaman göndərilən məbləği nağdlaşdıran şəxsdən heç bir komissiya tutulmur.
-
SPK köçürmələrini banka gəlmədən kartıma yönəldə bilərəm?
Bəli.
-
SPK (sürətli pul köçürmə sistemi) köçürmələrini ATM və E-manatdan etmək olar?
Rabitəbank ASC-də mövcud olan Barat pul köçürmə sistemi ilə E-manat ödəniş terminalları vasitəsi ilə pul köçürməsini həyata keçirmək mümkündür.