“Onlayn sifariş edilən kartların ünvana çatdırılması” üzrə tender elanı
Məlumat üçün bildirmək istəyirik ki, "Rabitəbank" ASC olaraq “Onlayn sifariş olunmuş kartların çatdırılması üçün kuriyer xidməti”nin alışı ilə bağlı tender elan edirik.
Tenderlə bağlı yarana biləcək suallar üçün [email protected] imeyl və ya 050 480-11-77 nömrəli telefon vasitəsi ilə əlaqə saxlaya bilərsiniz. Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmənizi, aidiyyatı tenderin adını qeyd etmənizi və 25.05.2021-ci il tarixi saat 16:00 kimi "Rabitəbank" ASC-nin İnfrastruktur və Satınalmalar Departamentinin Direktoru Rövşən Adıgözəlov adına Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmənizi xahiş edirik.
Qeyd: Qiymətlər mütləq vergi daxil göstərilməlidir (ədv ödəyicisi olub olmamağdan asılı olmayaraq)
Tender haqqında ətraflı təqdimatla Linkdən tanış ola bilərsiniz.