- I Visa Konsyerj xidməti
Visa Infinite - mükəmməl xidmət, fərdi yanaşma və dəyərli üstünlüklərdən istifadə etməklə kart məhsulları bazarında ən yüksək səviyyədədir.
- GCAS (Global Customer Assistance Service)- Qlobal müştəri ximəti istənilən ölkədə Kartın bloklaşdırılması, nagd vəsaitlərin çatdırılması və yeni kartın təqdim olunması, 7/24 müştəri cavablandırma xidməti ;
- Visa Merchant təklifi proqramı; (Visa kartları üzrə tətbiq olunan endirimlər qeyd olunan platformada əks olunur https://www.visa.com.az/az_az/visa-offers-and-perks/ );
- Hava limanında fast line -sürətli və limitsiz keçid (Baku/Minsk/Borispol hava limanları);
- Avis (maşın icarəsi) platformasında ödəniş edərkən 35% endirim;
- Dünyanın 1200-dən çox zallarına il ərzində 6 (altı) dəfə “Lounge Key”-ə pulsuz giriş imkanı;
- Gecikmiş uçuşlar,baqaj və alış-veriş kompensassiyası;
- Konsyerj xidməti; (istənilən restoran/hotel və turların rezervasiya edilməsi və məlumatların təqdim olunması);
- Visa luxury hotels collection-da hotel bronu və müvafiq endirimlər;
- Sığorta paketi (2500000$ qədər); Covid19 ilə əlaqəli sığorta faydaları;
- Covid 19 pulsuz test-il ərzində 10 dəfə
Fast line, Consierge xidməti, Sığorta xidməti və Covid 19 pulsuz test xidmətlərindən yararlanmaq üçün Teleqram kanal- Visa Consierge çatbotuna müraciət etmək lazımdır.
GCAS (Global Customer Assistance Service) qaynar xətt +380444993975
- II PİN Set ATM (PİN-in ATM vasitəsilə təyin edilməsi) xidməti
PIN kodun ATM vasitəsilə təyin olunması
Kartı ATM-ə daxil edib E-PIN bölməsinə daxil olursunuz
Kart Bank tərəfində çap olunduqdan sonra SMS vasitəsilə birdəfəlik PİN kod göndərilir.
ATM vasitəsilə E-PİN təyin olunduqda ilk öncə birdəfəlik PİN kod daxil edilməli, sonra isə müştəri öz istədiyi PİN kodu daxil etməlidir.
Öz istəyinizlə təyin etdiyiniz PIN kodu təkrar daxil edirsiniz.
PIN kodunuz təyin edilmişdir.
- III PIN delivery WEB (PIN-in internet vasitəsilə təyin olunması) xidməti
Siz PİN set funksiyası ilə kart sifariş olunan zaman, Bankın WEB səhifəsi vasitəsi ilə ŞEN kod təyin edə bilərsiniz.
ŞEN kodun təyin edilməsi üçün açılmış səhifədə, siz kart nömrənizi, kartın bitmə müddətini və CVV kodunu qeyd etdikdən sonra “OK” düyməsini sıxmaqla, məlumatları təsdiq edə bilərsiniz.
- IV PIN Change xidməti
PİN Change xidməti - mövcud PİN kodun yenisi ilə əvəzləşdirilməsi:
Yeni PIN kod 4 rəqəmdən ibarət olmalıdır;
Bankomatın menyusunda müştəri “Xidmətlər” seçir;
“Xidmətlər” menyusunda müştəri «PIN Change» seçir;
Yeni pəncərədə müştəri öz yeni PIN kodunu daxil edir;
Növbəti pəncərədə müştəri öz yeni PIN kodunu təsdiq edir;
Əgər müştəri yeni PIN kodunu yanlış təsdiq edirsə, ekranda aşağıdakı səhv çıxır: “PİN nömrəsi səhv yığılıb”;
Belə halda müştəri “TƏKRAR YIĞMAQ ÜÇÜN BU DÜYMƏNİ BASIN” seçməlidir və yeni PIN kodunu iki dəfə yığmalıdır;
- V PIN Erase/PIN clear xidməti
PİN Erase – unudulmuş PİN kodun silinməsi:
Bankın istənilən filiallarında əməliyatçılara müraciət edib, unudulmuş PİN kodu yenisi ilə əvəz edin.
Mobil bank proqramında PİN Erase xidmətini seçməklə, mövcud olan PİN kodu sıfırlayıb, PİN set menyusunda yenisini təyin edin.
PİN Clear xidməti – unudulmuş PİN kodun silinməsi:
Bankın İstənilən filiallarında əməliyatçılara müraciət edib, səhv daxil olunmuş PİN kod cəhdlərini sıfırlayın.
Mobil bank proqramında PİN Clear xidmətini seçməklə, səhv daxil olunmuş PİN kod cəhdlərini sıfırlayın.
- VI Mastercard PayPass Sticker
MasterCard PayPass Sticker
Artıq Siz ödənişlərinizi bir toxunuşla həyata keçirə bilərsiniz. Bunun üçün, stickeri POS-terminala yaxınlaşdırmaq kifayət edir ki, ödəniş PIN kod yığılmadan və təmassız olaraq birbaşa həyata keçsin.
PayPass Sticker Sizə istənilən əşyanı ödəniş vasitəsinə çevirmək imkanını yaradacaq.
İstənilən tez-tez istifadə etdiyiniz əşyanıza stickeri yerləşdirməklə onu ödəniş vasitəsinə çevirə bilərsiniz.
Mastercard PayPass Sticker-i necə əldə etmək olar?
PayPass Stickeri adi bank kartı kimi onlayn sifariş etmək mümkündür.
Sticker bank kartlarının bütün imkanlarına və xüsusiyyətlərinə malikdir (Nağd vəsaitlərin nağdlaşdırılması və e-commerce əməliyyatları istisna olmaqla)
PayPass Sticker üç valyutada təqdim olunur: AZN/USD/EUR
PayPass Sticker-in qiyməti 20 AZN təşkil edir.
PayPass Stickerin istifadə qaydası necədir?
Sticker əldə olunandan sonra plastik çərçivədən ayırılır, istənilən əşya üzərinə yerləşdirilir və dərhal ödəniş üçün aktivdir.
PayPass Sticker ilə təmassız ödənişi dəstəkləyən istənilən POS terminalda 100 AZN-dək ödənişləri PİN kod yığılmadan həyata keçirmək mümkündür. 100 AZN-dən çox olan məbləğlər isə PİN kod vasitəsilə ödənilə bilər.
Stickeriniz aktiv olan kimi Sizin Mobil applikasiyanızda da əks olunur və adi kart kimi idarə edilə bilər. Başqa sözlə, Siz onunla aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:
- Hesaba mədaxil və məxaric.
- Barat sistemi ilə köçürmə.
- SMS Notification.
Həmçinin, PayPass Stickerə vəsaiti eManat terminalları üzərindən mədaxil etmək olar.
PayPass Sticker-i yerləşdirdikdə bunları bilmək faydalıdır:
Mobil telefona yerləşdirdiyiniz zaman Stickeri telefonun aşağı hissəsinə horizontal (üfüqi)formada yerləşdirməyiniz daha uyğun olar.
Həmçinin, Sticker mütləq üst tərəfi xaric yerləşdirilməlidir.
Sticker mobil telefona yerləşdirilən zaman metal qablardan imtina etməniz məsləhət olunur.
Mobil telefonunuz NFC xidmətini dəstəkləyirsə onun söndürülməsi tövsiyə edilir.
Sticker haqqında daha ətraflı məlumat üçün linkə keçid edin : Daha ətraflı
- VII Lounge Key xidməti
«LoungeKey» - xidmət dünyanın 600-dən artıq beynəlxalq hava limanında birinci dərəcəli və VİP-zallara giriş imkanını verir. Kart sahibi biznes-xidmətlərdən (telefon, faks, danışıqların aparılması üçün otaq və s.), həmçinin bəzi hallarda internetdən istifadə, müxtəlif telekanallara baxma və digər xidmətlərdən istifadə etmək hüququna malikdir. VİP-zala çıxış əldə etmək üçün «LoungeKey» xidmətinə üzv olan kartı təqdim etmək kifayətdir. Kart sahibi onu yola salan şəxsləri və biznes üzrə tərəfdaşlarını da özü ilə zala dəvət edə bilər.
VISA Infinite Kartmane/ VISA Infinite Kartmane Kredit/ VISA Infinite Kartmane Əmanət kart sahiblərinə zallardan istifadə üçün il ərzində 6 pulsuz giriş haqqı, MC Black Kartmane / MC Black Kartmane Kredit/ MC Black Kartmane Əmanət kart sahiblərinə zallardan istifadə üçün il ərzində 2 pulsuz giriş haqqı verilir, daha sonra ölkəyə uyğun olaraq sonrakı hər giriş üçün Premium Visa 32 USD, MC Black 30 USD / 28 EUR xidmət haqqı bank tərəfindən tutulacaq.
Bizness zalların siyahısı ilə tanış olmaq üçün linkə daxil olun:
www.loungekey.com/Rabitabank - MC Black Edition
https://www.loungekey.com/en/visacisseeloungeprogramvi/our-lounges - Visa Infinite
- VIII Global Assistance xidməti
Lost or Stolen Card Report: ölkə xaricində təcili bloklanma;
Müştəri Xaricdə olanda, kart itirilən/oğurlanan zaman, müştəri tərəfindən bank ilə əlaqə saxlamaq imkanı olmayan zaman, ödəniş sistemlərinin saytında yerləşdirilmiş nömrələr ilə əlaqə saxlayaraq, kartı blok etmə imkanı.
Xidmət haqqı:
VİSA -35 USD
Mastercard-35 EUR
Emergency Card Replacement: ölkə xaricində təcili əvəzlənmə;
Müştəri Xaricdə olanda, kart itirilən/oğurlanan zaman, ödəniş sistemlərinin saytında yerləşdirilmiş nömrələr ilə əlaqə saxlayaraq, kartı bərpa etmə imkanı.
Müştəri sorğu yerləşdirdikdən sonra, Ödəniş sistemi tərəfindən sorğu banka yönəldilir. Bank icazəsi olandan sonra, 2 iş günü ərzində sorğu icra olunur.
Xidmət haqqı:
VİSA - 200 USD
Mastercard - 148 EUR
Emergency Cash Advance: ölkə xaricində təcili nağdlaşdırılma
Müştəri Xaricdə olanda, kart itirilən/oğurlanan zaman, ödəniş sistemlərinin saytında yerləşdirilmiş nömrələr ilə əlaqə saxlayaraq, sürətli pul köçürmələri vasitəsilə pulu almaq imkanı.
Müştəri sorğu yerləşdirdikdən sonra, Ödəniş sistemi tərəfindən sorğu banka yönəldilir. Bank icazəsi olandan sonra, 2 iş günü ərzində sorğu icra olunur
Xidmət haqqı:
VİSA-175 USD.
Mastercard-95 EUR.
Zəng üzrə xidmət haqqı operatorun tarifindən asılıdır.
- IX 3D Secure xidməti
Alış-veriş zamanı Siz online mağazanın web-səhifəsində kartınızın məlumatlarını daxil edirsiniz.
Bank vasitəsilə bu məlumatlar əsasında sorğu formalaşır və beynəlxalq ödəniş sistemlərinə (VİSA/Mastercard) göndərilir.
Beynəlxalq ödəniş sistemi kartınızın 3D Secure texnologiyasına qoşulub-qoşulmamasını yoxlayır.
Kartınız 3D Secure texnologiyalarınа qoşulmuşdur və web səhifə 3D Secure texnologiyasını dəstəkləyir:
Alış-veriş səhifəsində xüsusi pəncərə açılır.
Həmin pəncərədə Siz öz 3D Secure şifrənizi və ya SMS birdəfəlik şifrənizi və ya bankomatdan çap olunan birdəfəlik şifrənizi daxil edirsiniz.
Şifrə düzgün olduğu halda, əməliyyat davam etdirilir: hesabdakı qalıq yoxlanılır və əməliyyatın məbləği tutulur.
Şifrə düzgün olmadığı halda, əməliyyat keçmir.
Kartınız 3D Secure texnologiyasına qoşulmuşdur, lakin web səhifə 3D Secure texnologiyasını dəstəkləmir:
Əməliyyatınız adi qaydada, 3D Secure şifrə daxil edilmədən keçəcək.
3D Secure xidmətinə qoşulma
Kartlar avtomatik olaraq 3D Secure xidmətinə qoşulur.
Xidmətə qoşulma və istifadə pulsuzdur.
- X SMS Nəzarət xidməti
Şərtlər:
SMS-Xəbərdarlıq xidməti Sizə kartınız üzrə keçirilən bütün әmәliyyatlar barәdә real vaxt rejimindә SMS şəklində bildirişlər almaq imkanını verir.
Kartınıza vәsait köçürüldükdə və ya kartınız ilə əməliyyat aparıldıqda, mobil telefon nömrənizə bu barədə mәlumat göndәrilәcәk.
Siz və ya digər şəxs tərəfindən uğursuz əməliyyat aparıldığı halda belə, əməliyyat haqqında bildiriş telefonunuza gələcək.
Belәliklә, bu xidmətə qoşulmaqla, Siz 24/7 rejimində kartınızı nəzarət altında saxlayacaqsınız.
Üstünlüklər:
Əməliyyatdan dərhal sonra məlumatın əldə edilməsi.
Xidmətin istənilən mobil operator nömrəsinə qoşulma imkanı (Azercell, Bakcell, Nar Mobile, Azerfon-Vodafone və dünyanın bir sıra operatorları).
Hər SMS-ə görə mobil nömrənizin balansından pul tutulmur, xidmət haqqı hər ay kart hesabınızdan tutulacaq.
Bir telefon nömrəsinə istədiyiniz sayda kart qoşula bilər. Bu zaman xidmətdən istifadə haqqı hər bir kart üzrə ayrıca hesablanacaq.
Xidmətə qoşulmaq üçün:
Bankomat Xidmətlər menyusunda - SMS Məlumat düyməsini seçib ekrandakı göstərişlərə uyğun əməliyyatı aparın.
Bankın istənilən filialında əməliyatçılara və ya Bankın Məlumat mərkəzinə (133 ) müraciət edib kod sözünüzü bildirib xidmətə qoşulun.
Mobil bank vasitəsilə sms xidmətinə qoşula bilərsiniz.
Xidmətdən imtina etmək üçün
Bankın istənilən filialında əməliyyatçılara və ya Bankın Məlumat mərkəzinə (133) müraciət edin.
- XI Card to Card xidməti
Xidmətin üstünlükləri:
Rabitəbankın kartları vasitəsilə Siz həftənin istənilən günü, 24 saat ərzində Kartdan karta (“Card to Card”) xidmətindən istifadə etməklə özünüzün digər bir kartınıza və ya başqa bir adamın kartına pul köçürə bilərsiniz
Kartdan karta (“Card to card”) xidməti pul köçürməyin ən sadə və sürətli üsuludur.
Card to Card xidməti vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.
Köçürülən məbləğə məhdudiyyət qoyulmur
Pulu köçürərkən banka gəlməyə ehtiyac yoxdur
“Card to card” xidmətdən necə istifadə etmək olar?
1-ci üsul : Rabita Mobile tətbiqi vasitəsilə.
2-ci üsul : İnternet Bankçılıq sistemindən istifadə edərək.
3-cü üsul : Rabitəbankın ATM-lərindən istifadə etməklə.
Bank kartını bankomata daxil edərək əsas menyuda “Kart Transfer” bəndini seçirsiniz
Vəsaiti göndərmək istədiyiniz şəxsin kartının 16 rəqəmini daxil edirsiniz
Daxil etdiyiniz 16 rəqəmli nömrənin düzgünlüyünü təsdiq etmək üçün onu yenidən daxil edirsiniz
Məbləği daxil edib, təsdiq düyməsini sıxdıqda əməliyyat həyata keçirilmiş olur.
4-cü üsul : RabitaBot Teleqram və Facebook Messenger çatbotu vasitəsilə.
“Dostdan istə” xidmətdən necə istifadə etmək olar?
Dostunuza pul sorğusu göndərmək üçün Mobil applikasiya vasitəsilə “Əməliyyatlar” menyusuna daxil olursunuz.
“Əməliyyatlar” menyusunda “Daha çox göstər” düyməsini sıxdıqdan sonra, “Dostdan İstə” bölməsinə keçid edirsiniz.
Hesabınızı seçirsiniz,”Kimdən” düyməsini sıxdıqda telefon kitabçanızdakı dostunuzun nömrəsini seçib,məbləği və valyutanı daxil edirisiniz.
Növbəti “Təsdiq” menyusunda məlumatları təsdiqləyirsiniz.
Beləlilkə dostunuzun nömrəsinə SMS vasitəsilə web səhifənin linki göndərilir.
Dostunuz linkə daxil olub,kart məlumatlarını daxil etdikdən sonra məbləğ kartınıza göndərilir.
Mobil və İnternet Bankçılıq xidmətləri vasitləsilə “Card to Card” əməliyyatı aparmaq mümkündür.
- XII Cash by Code xidməti
Cash-by-Code xidməti vasitəsilə köçürmə göndərmək üçün aşağıdakı kanallardan istifadə edə bilərsiniz:
ATM
MobilBank
RabitaBot (Facebook və Telegram)
Nəğd vəsaitlərin göndərilməsi qaydası:
Xidmətlər siyahısından Cash-by-Code xidmətini seçin.
Köçürməni alan şəxsin mobil telefon nömrəsini 2 dəfə daxil edin, valyutanı seçin (ölkə daxilində - manatla, Azərbaycandan kənara isə ABŞ dolları ilə köçürmə etmək mümkündür) və köçürmə məbləğini daxil edin.
Əməliyyat nəticəsində:
“ATM”vasitəsilə aparılmış əməliyyat üzrə: 2 hissədən ibarət olan kod formalaşır. Birinci hissə qəbzdə çap edilir, ikinci hissə köçürməni alan şəxsin mobil telefonuna SMS kimi gedir.
“MobilBank/FB Bot/Telegram Bot” vasitəsilə aparılmış əməliyyat üzrə: 2 hissədən ibarət olan kod formalaşır. Birinci hissə qəbzdə çap edilir, ikinci hissə köçürməni alan şəxsin mobil telefonuna SMS kimi gəlir.
Kod 24 saat ərzində aktivdir. 24 saat keçdikdən sonra ləğv olunur və istifadə olunmamış vəsait müştərinin hesabına qeri qayıdır.
Nəğd vəsaitlərin alınması qaydası:Bankomata yaxınlaşaraq, «Cash by Code» bəndini seçirsiniz
Yeni açılmış pəncərədə «Pulu Almaq» bəndini seçirsiniz
Sonra kodun hər iki hissəsini daxil edirsiniz
Valyuta növünü seçib, məbləğ daxil edildikdən sonra, bankomat vəsaitləri verir.
QEYD: Siz “Cash by Code” xidməti ilə pulunuzu yalnız Rabitəbanka məxsus bankomatlardan əldə edə bilərsiniz.