Kimlər əldə edə bilər?
“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan və həmin sistem vasitəsilə mənzili seçən aşağıdakı şəxslərin bu kreditdən istifadə etmək hüququ var:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
- Şəhid ailəsinin üzvü ( əri/arvadı, övladları )
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ( özü, əri/arvadı, övladları )
- Azərbaycanın Milli Qəhrəmanı ( özü, əri/arvadı, övladları )
- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs
- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
- Ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs
- İdman sahəsində xüsusi xidmətləri olan şəxs ( fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi ( I yer ), beynəlxalq miqyaslı yarışların mükafatçısı ( I, II və ya III yer )
Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər:
- Elmlər doktoru elmi dərəcəsi olan şəxs
- Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
- Ən azı 3 il hərbi xidmətdə olan ( müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa ), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ( “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla )
- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs
- Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər
- Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
Şərtlər:
- Kredit Azərbaycan manatı ilə verilir
- Kredit Azərbaycan Respublikasının vətəndaşına verilir
- Kreditin son ödəniş tarixinə borcalanın ( borcalanların ) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır
- Alınan mənzil Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıda olan müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir
*Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər
Kreditin məbləği | 100 000 AZN - dək |
İllik faiz dərəcəsi | 4% |
Minimal ilkin ödəniş | 10 % |