Micro Smart Datacenterın alışı ilə bağlı tender
Salam hörmətli tender iştirakçıları,
Məlumat üçün bildirmək istəyirik ki, "Rabitəbank" ASC-i Micro Smart Datacenterın alışı ilə bağlı tender elan edirik. Tenderin texniki şərtləri haqqında ətraflı məlumat mailin aşağısından əldə edə bilərsiniz. Əlavə suallarınız yaranarsa əlaqədar şəxsin elektron ünvanı (Orxan Qasımlı < [email protected]> 050 572-95-05) və ya telefonla müraciət edə bilərsiniz. Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmənizi, aidiyyatı tenderin adını qeyd etmənizi və 19.10.2021-ci il tarixi saat 12:00 kimi "Rabitəbank" ASC-nin İnfrastruktur və Satınalmalar Departamentinin Direktoru Rövşən Adıgözəlova adına Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmənizi xahiş edirəm.
- 42U 19” 800x1000x2000mm Micro (Smart) Data center
- İP54, EN 60529, İK10 (EN50102) standartlarına uyğun olmalı
- Minimal soyutma gücü 8 kW olmalı. İsti və soyuq hava axını yönləndirmə kanalları vasitəsilə tənzimlənməli.SNMP protokolla məsafəli monitorinq imkanı ilə olmalı.
- Rackmount tipli 2/3U, 1/1ph, 220V, 50/60 Hz minimum 6 KVA gücündə UPS sistemi. SNMP protokolla məsafəli monitorinq imkanı ilə olmalı.
- Web monitorinq sistemi olmalı – istilik, nəmişlik, su qaçacağı, tüstü, qapı kilidi datçikləri ilə təmin olunmalı. Həyacan (alarm) olarkən SNMP, SMS, e-mail məlumat göndərmək imkanı ilə olmalı.
- Micro (Smart) Data Center avtonom qazlı yanğınsöndürmə sistemi ilə təchiz olunmalıdır. Qaz tipi FM200 və ya Novec olmalı.
- Micro (Smart) Data Center yüksək temperaturda təcili avtomatik qapı açılma sistemi ilə təchiz olunmalıdır.
- Micro (Smart) Data Centerin qapı qolları elektronik şifrəli access control cihazı ilə təchiz olunmalıdır.
- Micro (Smart) Data Center rackmount tipli elektrik pano ilə təchiz olunmalıdır. UPS, PDU-lar, presizion soyutma sistemi və digər sistemlərin ayrıca elektrik sığortası (avtomatları) olmalıdır.
- Micro (Smart) Data Center 2 ədəd 1 fazalı, 32A gücündə PDU ilə təchiz olunmalıdır. PDU-lar üzərində minimum 16-24 ədəd C13 və 2-4 ədəd C19 çıxışları olmalıdır.
- Micro (Smart) Data Center 1 ədəd ATS (Automatic Transfer Switch) ilə təchiz olunmalıdır. Üzərində minimum 6xC13 və 2xC19 çıxışları olmalıdır.
- Micro (Smart) Data Center minimum 32 U boş sahəyə sahib olmalıdır.
- Avadanlıq 20 iş günündən gec olmayaraq sifarişçiyə çatdırılmalıdır.
Qeyd: Micro Data Centerin Ağsu şəhərinə çatdırılması və quraşdırılmasını qiymət təklifində nəzərə almanızı xahiş edirəm.