MasterCard PayPass Sticker

Artıq Siz ödənişlərinizi bir toxunuşla həyata keçirə bilərsiniz. Bunun üçün, stickeri POS terminala yaxınlaşdırmaq kifayət edir ki, ödəniş PIN kod yığılmadan və təmassız olaraq birbaşa həyata keçsin.

PayPass Sticker Sizə istənilən əşyanı ödəniş vasitəsinə çevirmək imkanını yaradacaq. İstənilən tez-tez istifadə etdiyiniz əşyanıza stickeri yerləşdirməklə onu ödəniş vasitəsinə çevirə bilərsiniz.

Mastercard PayPass Sticker-i necə əldə etmək olar?

PayPass Sticker - Adi bank kartı kimi onlayn sifariş etmək mümkündür və iki formada təklif olunur.

Əsas kart - Bu formada Stickerinizdə fərdi hesab mövcud olacaq və vəsaitlər fərdi hesab üzrə xərclənəcək.

Əlavə kart - Bu formada Stickeriniz digər mövcud plastik kartınıza bağlanılır və Sticker ilə aparılan bütün əməliyyatlar əsas kartın hesabı üzrə keçirilir.

Sticker bank kartlarının bütün imkanlarına və xüsusiyyətlərinə malikdir (Nağd vəsaitlərin nağdlaşdırılması və e-commerce əməliyyatları istisna olmaqla)

PayPass Sticker üç valyutada təqdim olunur: AZN/USD/EUR

PayPass Sticker-in qiyməti 20 AZN/15USD/15EUR təşkil edir.


PayPass Sticker-in istifadə qaydası necədir?

Sticker əldə olunandan sonra plastik çərçivədən ayırılır, istənilən əşya üzərinə yerləşdirilir və dərhal ödəniş üçün aktivdir.

PayPass Sticker ilə təmassız ödənişi dəstəkləyən istənilən POS terminalda 50 AZN-dək ödənişləri PİN kod yığılmadan həyata keçirmək mümkündür. 50 AZN-dən çox olan məbləğlər isə PİN kod vasitəsilə ödənilə bilər.

Stickeriniz aktiv olan kimi Sizin Mobil applikasiyanızda da əks olunur və adi kart kimi idarə edilə bilər. Başqa sözlə, Siz onunla aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:

- Hesaba mədaxil və məxaric
- Barat sistemi ilə köçürmə
- SMS Notification

Həmçinin, PayPass Stickerə vəsaiti eManat terminalları üzərindən mədaxil etmək olar.


PayPass Sticker-i yerləşdirdikdə bunları bilmək faydalıdır:

- Mobil telefona yerləşdirdiyiniz zaman Stickeri telefonun aşağı hissəsinə üfüqi formada yerləşdirməyiniz daha uyğun olar.
- Həmçinin, Sticker mütləq üst tərəfi xaric yerləşdirilməlidir.
- Sticker mobil telefona yerləşdirilən zaman metal qablardan imtina etməniz məsləhət olunur.
- Mobil telefonunuz NFC xidmətini dəstəkləyirsə onun söndürülməsi tövsiyə edilir.

Dostlarınızla paylaşın