Bu bölmədə çox verilən suallara cavab tapa bilərsiniz.

  • Kartmane kredit kartından debit olaraq istifadə edirəmsə mənə faizlər və cashback hesablanacaqmı ?
    arrow_drop_down arrow_drop_up

    Beli hesablanacaq.

  • Kartmane Kredit kartı Kartmane Debit kartından nə ilə fərqlənir?
    arrow_drop_down arrow_drop_up

    Kartmane Kredit kartı Kartmane debit kartının bütün əsas funksiyalarını özündə biləşdirir. Əgər müştərinin Kartmane Kredit kartı üzrə borcu yoxdursa karta mədaxil edilən vəsait Kartmane debet kartının şərtlərinə uyğun istifadə edilə bilər və bu halda ölkə daxilində bankomatlardan nağdlaşdırma zamanı 0,5% komissiya tutulur. Kredit xəttindən nağdlaşdırma zamanı isə 2% komissiya tutulur.

     

    Kredit kartına mədaxil edilən vəsaitin ölkə xaricində də nağdlaşdırılması fərqlidir, yeni nağdlaşdırılma limiti tətbiq edilmir, istənilən vəsait komissiya tutularaq nağdlaşdırıla bilər. Kredit ve Debit kartlarının esas fərqi kredit kartının 100 günlük faiz güzəşt müddətinin olmasıdır.

     

    Kartmane Kredit kartında müştərinin öz vəsaiti olduğu halda debit kartında olduğu kimi Kartmane Kredit kartında da əmanət faizi hesablanır. Vəsait xərclənən zaman yalnız müştərinin şəxsi vəsaiti deyil həm də bankın kredit vasaiti istifadə edildikdə belə bonus hesablanır. Kartmane Kredit və Debit arasında fərqlərdən biri də nağdlaşdırma şərtləridir.

  • Kartmane Kredit kartına vəsait mədaxil etdikdə və ya kartdan vəsait çıxardıqda, kredit xətti yoxsa mənim öz vəsaitim istifadə olunur?
    arrow_drop_down arrow_drop_up

    Kartmane Kredit kartındakı kredit xəttindən istifadə etmiş müştərinin kartına pul vəsaiti daxil edildikdə, pul vəsaiti əvvəlcə kredit borcunun ödənilməsinə yönəldilir. Artıq qalan vəsait isə Müştərinin Kartmane hesabına yerləşdirilir və həmin vəsaitin üzərinə Müştərinin xeyrinə faiz hesablanır. Kartmane kartında Müştəri tərəfindən mədaxil edilmiş pul vəsaiti olduğu halda, Müştəri kreditdən istifadə etmək istəyərsə, Müştərinin istifadə etmək istədiyi məbləğ ilk növbədə Müştərinin öz vəsaitindən silinir, öz vəsaiti bitdikdən sonra isə kredit xəttindən silinir və həmin məbləğ Müştərinin istifadə etdiyi kredit hesab olunur.

     

  • Kartmane Kredit kartında Cashback varmı?
    arrow_drop_down arrow_drop_up

    Bəli. Kartmane Kredit kartlarında Cashback eynilə Kartmane debit kartlarında olduğu kimidir. Dünyanın bütün Yanacaq Doldurma Məntəqələrində 10%, dünyanın bütün kafe və restoranlarında isə 5%. Müştəri istər kredit kartında öz vəsaitini istifadə etdikdə istərsə də kredit vəsaitini istifadə etdikdə bonus eyni qaydada hesablanır.

  • 100 gün güzəşt müddəti nə deməkdir?
    arrow_drop_down arrow_drop_up

    Kredit vəsaiti nağdsız istifadə edilərsə, kredit məbləği istifadə edilən ayın 1-dən (1-i də daxil olmaqla) başlayaraq növbəti 100 gün ərzində kredit xəttinin istifadəsinə görə faiz hesablanmır. Kredit xəttinin istifadəsindən sonra hər növbəti ayın 1-dən 10-a qədər minimum ödəniş məbləği ödənildiyi təqdirdə əvvəlki aylarda istifadə olunan məbləğə faiz hesablanmır. Hal-hazırda minimum ödəniş məbləği ayın son iş gününə olan qalıq borc məbləğinin 5%-dir. Ödənilmiş minimum ödəniş məbləği əsas borc məbləğindən çıxılır.

     

    Misal 1: Tutaq ki, Siz sentyabr ayı ərzində kredit xəttinizdən 100 manat məbləğində nağdsız istifadə etmisiniz. Növbəti aylarda kartınızdan istifadə etmədiyiniz halda hər növbəti ayın 10-dək 5 manat minimum ödəniş etdiyiniz təqdirdə (100 manatın 5%-i) siz həmin ilin dekabr ayının 10-dək kredit xəttinin istifadəsinə görə faiz ödəmirsiz.

     

    Misal 2: Tutaq ki, Siz sentyabr ayı ərzində kredit xəttinizdən nağdsız olaraq 100 manat, oktyabr ayı ərzində 200 manat, noyabr ayında isə 300 manat istifadə etmisiz. Oktyabr ayının 10-dək 5 manat (100 manat-ın 5%-i), Noyabr ayının 10-dək 14,75 manat ((100-5+200)*5%) və Dekabr ayının 10-dək 29,01 manat ((100-5)+(14.75+200)+300))*5%) ödəniş etdiyiniz təqdirdə dekabr 10-dək kredit xəttində istifadəyə görə faiz hesablanmır.

  • Kartmane Kredit kartından nağd istifadəyə görə nə qədər faiz ödənilir?
    arrow_drop_down arrow_drop_up

    Nağd istifadə edilən məbləğə istifadə edilən gündən illik 25%-lə (EUR və USD valyutalı kredit kartlarında 10%-lə) faiz hesablanır. Hər ayın 1-dən 10-a qədər əvvəlki ayın sonuna olan kredit borcuna görə minimum ödəniş edilməzsə, nağd istifadə edilən məbləğə illik 36%-lə (EUR və USD kartlarında 20%-lə) faiz hesablanır. Hal-hazırda minimum ödəniş məbləği ayın son iş gününə olan qalıq borc məbləğinin 5%-dir. Ödənilmiş minimum ödəniş məbləği əsas borc məbləğindən çıxılır.

  • Kartmane Kredit kartında 100 gündən sonra nə qədər faiz hesablanır?
    arrow_drop_down arrow_drop_up

    Kredit məbləği istifadə edilən hər ayın 1-dən 100 gündən sonra nağdsız istifadə edilən məbləğə illik 25%-lə (EUR və USD valyutalı kartlarda 10%) faiz hesablanır. 100 gündən sonra minimum ödəmə edilməzsə, kredit xəttinə görə faiz 36%-a artırılır (EUR və USD valyutalı kartlarda 20%).

  • Kartmane Kredit kartı ilə digər bankın kartına Card to Card edərkən komissiya tutulurmu?
    arrow_drop_down arrow_drop_up

    Kredit kartından istifadə zamanı kredit xəttindən istifadə olunarsa Card to Card əməliyyatı nağd əməliyyat hesab olunduğu üçün bu əməliyyata görə 2% nağdlaşdırma komissiyası tutulur. Kredit kartında müştəri öz vəsaitini ATM və bankın rəqəmsal kanalları ilə öz Rabitəbank kartlarına köçürdükdə 0%, öz vəsaitini digər kanallar vasitəsiylə istənilən istiqamətdə (digər Kartlara) köçürdükdə isə 0.5% komissiya tutulur.

  • Kartmane Kredit kartı üzrə nə qədər borc olduğunu və faizi necə öyrənmək olar?
    arrow_drop_down arrow_drop_up

    Rabitabank Mobile, İnternet bank və ya RabitaBot-da qeydiyyatdan keçərək balansı və borcu izləmək mümkündür. Bundan əlavə Kod sözünü bildirməklə 133 çağrı mərkəzinə və ya Rabitəbankın hər-hansı bir filialına müraciət etməklə borc və faiz haqqında məlumat almaq olar.  

  • Kartmane Kredit kartına ödəniş zamanı, ödənişin həyata keçməsini və borcun ödənildiyini necə bilmək olar?
    arrow_drop_down arrow_drop_up

    Rabitabank Mobile, Internet bank və ya RabitaBot-dan qeydiyyatdan keçərək, habelə kod sözünü bildirməklə 133 çağrı mərkəzinə zəng etədərək və ya Rabitəbank filiallarından hər-hansı birinə müraciət edərək hesab üzrə SMS məlumatlandırma aktiv edilir. SMS məlumatlandırma aktiv edildikdən sonra  mədaxil və mexaricə dair məlumat almaq mümkündür.

  • Kartmane Kredit kartı üzrə müəyyən edilən kredit limitinin məbəğini dəyişdirilə bilərmi?
    arrow_drop_down arrow_drop_up

    Bəli, kredit limiti dəyişdirilə bilər. Rabitəbank filiallarında kredit mütəxəssisinə müraciət edərək və ya onlayn qaydada müraciət edərək, kredit xəttindən istifadə və ödənişlərin vaxtı-vaxtında edilməsindən asılı olaraq, yeni limit təyin edilə bilər. Bu zaman müştəri ilə yeni müqavilə bağlanılır.

  • Kartmane Kredit Kartından nağd istifadə zamanı 100 gün güzəşt müddəti varmı?
    arrow_drop_down arrow_drop_up

    Xeyr. Nağd istifadə zamanı vəsait istifadə edildiyi tarixdən etibarən illik 25%-lə faiz hesablanır.

  • Minimum ödənişi tam və ya vaxtında ödəmədikdə nə baş verir?
    arrow_drop_down arrow_drop_up

    Minimum ödəniş tam (hal-hazırda kredit qalığının 5%-i həcmində) və ya vaxtında (hər ayın ilk 10 təqvim günü ərzində) ödənilmədiyi təqdirdə nağd istifadə olunan məbləğin faizi illik 36%-ə, nağdsız istifadə olunan məbləğin faizi isə güzəşt müddəti ərzində (əməliyyat icra olunan aydan növbəti 3-cü ayın 10-a kimi) illik 25%-ə, güzəşt müddəti bitdikdən sonra isə illik 36%-ə artırılacaq. İki dəfə ardıcıl minimum ödəniş olunmazsa, kredit xətti bloklaşdırılacaq. 

Dostlarınızla paylaşın