Bütün elanlar
24 oktyabr, 2026

2027-ci il üzrə Promo məhsullarının alışı

Tenderin elan tarixi: 15.10.2026
Tenderin son tarixi: 26.10.2026, saat 12:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
•  
 İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
•    İşin icra müddəti qeyd edilməsi mütləqdir
•    Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
•    Məhsulların keyfiyyətinə maddi təminatın verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
•    
Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
•    Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Şirkətin son 1 ildəki maliyyə hesabatı – rəsmi
•    Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında arayış-rəsmi

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına göndərilməlidir.