“Helping Hands” təcrübə proqramı layihəsinin ilkin təlimləri baş tutdu!
Ölkənin aparıcı banklarından biri olan Rabitəbank, bütün tələbələrə və bank sahəsi ilə yaxından tanış olmaq istəyən namizədlərə təcrübə toplamaq üçün yeni imkanlar yaradır. Seçilən namizlədlərə bankımızın illərə dayanan təcrübəli əməkdaşları tərəfindən təlimlər keçirilir və 3 ay müddətində bankımızda təcrübə qazanmaq şansı əldə edirlər.
Məqsədimiz layihə iştirakçılarını real təcrübələrdən keçərək potensial bank əməkdaşına çevirmək, gələcəkdə iş tapmaqlarını daha da asanlaşdırmaqdır. Qeyd edək ki, təcrübə proqramı Bakı və Gəncə şəhərləri üçün nəzərdə tutulub.