“Yaşıl dünya naminə” iməcilik
7 Sentyabr 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təmiz ölkəm” aksiyası çərçivəsində “Rabitəbank” ASC-nin Bakı, Quba, Qusar, Xaçmaz filiallarının əməkdaşlarının iştirakı ilə iməcilik keçirilmişdir.
Qubanın Qəçrəş kəndində baş tutan iməclik zamanı meşə massivi və çay kənarı daxil olmaqla ümumilikdə 3 hektar ərazidən 1.5 ton tullantı təmizlənib və çeşidlənərək aidiyyatı üzrə daşınıb.
Layihənin gerçəkləşdirilməsində əsas məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etmək olub.
Rabitəbank olaraq yaşıl dünya naminə təbiətin qorunması və ətraf mühitin mühafizəsi üçün yeni layihələr həyata keçirməyə davam edəcəyik.