Bütün elanlar
31 Oktyabr, 2022

Rabitəbank və KOBİA “Biznesdə Qadınların Gücü” layihəsinə start verir

“Rabitəbank” ASC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın birgə təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşlığı ilə “Biznesdə Qadınların Gücü” adlı layihə elan edilir.

Məqsəd qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərilməsi, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır.

Layihəyə müxtəlif sahələr üzrə mikro, kiçik və orta sahibkarlıqla məşğul olan, layihə iştirakçılarının seçim meyarları və tələblərinə uyğun gələn qadın sahibkarlar qəbul edilir.

Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvorkinq” tədbirləri təşkil ediləcəkdir.

Layihənin sonunda qaliblərin mükafatlandırılması nəzərdə tutulur. Qadın sahibkarların təqdim etdiyi ən yaxşı 3 layihə seçilərək, qaliblərə bizneslərinə dəstək üçün aşağıdakı məbləğdə pul mükafatları təqdim ediləcəkdir:

1-ci yer - 5000 AZN

2-ci yer - 3000 AZN

3-cü yer - 2000 AZN

Layihədə iştirak etmək istəyən qadın sahibkarlar aşağıdakı linkə daxil olaraq, 2022-ci il 09 dekabr tarixinədək müraciət edə bilərlər: https://bit.ly/3iGusBu 

Layihə 2023-cü ilin mart ayınadək davam edəcək.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.