Rabitəbank olaraq sizinlə keşbek layihəsi üzrə əməkdaşlıqdan məmnunluq duyarıq!
Keşbek müqaviləmizə əsasən siz tərəfdən müəyyən edilmiş keşbek faizi vasitəsilə Kartmane kartına sahib müştərilərimizi yönəltməyi təklif edirik. Keşbek 2 %-dən başlayaraq siz tərəfdən təyin edilir. Qeyd edək ki, 2023-cü il üzrə aktiv Kartmane istifadəçisi və mobil tətbiq yüklənmə sayı 250.000-dən çoxdur.
Əməkdaşlıq çərçivəsində göstərə biləcəyimiz marketinq və reklam dəstəkləri: ⬇️
- Reklam vizuallarının hazırlanması;
- Sosial mediada sponsorlu reklamlar;
- Rəsmi veb-saytda yayım;
- SMS bildiriş (bankın müştəri bazasına daimi sizinlə bağlı sms göndərilməsi)
- Mobil tətbiq vasitəsilə reklam;
- İnternet bankçılıq üzərindən reklam;
- TV, radio və monitor reklamları;
- Bankın filial şəbəkəsində reklam;
- Razılaşdırılacaq digər kanallardan reklam;
Əlavə olaraq, sizin üçün xüsusi təkliflərimiz də var:
- Bank tərəfindən razılaşma əsasında ilk aydan başlayaraq ödənişli reklam dəstəyinin göstərilməsi.
- Bank tərəfindən razılaşma əsasında ilk aydan başlayaraq rüb ( 3 ay ) ərzində aktiv Kartmane kart istifadəçisi müştərilərinə sms və mobil tətbiqdən bildirişin göndərilməsi.
Təkliflərinizi dinləməyə və dəyərləndirməyə hər zaman hazırıq!
Tərəfdaş şirkətlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.