Əməliyyatı seçin
Kotirovka sorğusunun adı: “Rabitəbank” ASC tərəfindən “Baş ofis və filiallar üçün ofis mebelləri” satın alınması
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını 2 sentyabr 2024-cü il tarixi saat 12:00-a qədər qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 33, AZ1010 ünvanında yerləşən “Rabitəbank” ASC-nin Baş ofisinə təqdim etməlidirlər.
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd edilənləri diqqət yetirməlidirlər:
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar iştirak niyyətini bildirmək üçün Vasif.Mammadov@rabitabank.com və tender@rabitabank.com elektron ünvanının “subject” hissəsində -“ Rabitəbank” ASC tərəfindən “Baş ofis və filiallar üçün ofis mebelləri” satın alınması qeyd etməklə “iştirakımı təsdiq edirəm” mətnini göndərməlidir.
İddiaçının dövlət reyestrindən çıxarış sənədi mütləq şəkildə qeyd olunan e-poçt ünvanlarına göndərilməlidir;
İddiaçıların imzalanmış və ya möhürlənmiş şəkildə qapalı zərfdə təqdim etdiyi qiymət kotirovkaları bütün digər xərclər də daxil edilməklə (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq) manatla göstərilməlidir.
Kotirovkanın texniki şərtləri haqqında məlumatla qoşmadakı fayldan tanış ola bilərsiniz. Hər hansı bir sualınız yaranarsa, əlavə məlumat almaq üçün adı qeyd edilmiş “Rabitəbank” ASC-nin əməkdaşına (Vasif Məmmədova: (051) 271-48-48) elektron poçt ünvanları: (Vasif.Mammadov@rabitabank.com və tender@rabitabank.com) müraciət edə bilərsiniz.