Əməliyyatı seçin
Məlumat üçün bildirmək istəyirik ki, "Rabitəbank" ASC Yeni il promo məhsullarının alınması ilə bağlı tender elan edir. Tenderin tələbləri, şərtləri haqqında ətraflı məlumatı mailin buradan əldə edə bilərsiniz, əlavə suallarınız yaranarsa Vasif.Mammadov@rabitabank.com və tender@rabitabank.com elektron ünvanlarına və ya 051-271-48-48 nömrəsinə müraciət edə bilərsiniz. Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləməyiniz, aidiyyatı tenderin adını qeyd etməyiniz və 15.11.2023-ci il tarixi saat 16:00 kimi "Rabitəbank" ASC-nin Satınalmalar şöbəsinə Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd:
-Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq)
-Portfeyldə qeyd edilmiş şirkətlərin ən azı 3-dən rekomendasiya məktubları (email də ola bilər) qeyd edilməlidir.