Bütün elanlar
21 Yanvar, 2025

“Rabitəbank” ASC tərəfindən “Kompüter, noutbuk və ehtiyat hissələrinin” satın alınması

Kotirovka sorğusunun adı: “Rabitəbank” ASC tərəfindən “Kompüter, noutbuk və ehtiyat hissələrinin” satın alınması

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını 14 yanvar 2025-ci il tarixi saat 13:00-a qədər qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 33, AZ1010  ünvanında yerləşən “Rabitəbank” ASC-nin Baş ofisinə təqdim etməlidirlər.

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd edilənləri diqqət yetirməlidirlər:

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar iştirak niyyətini bildirmək üçün Vasif.Mammadov@rabitabank.com elektron ünvanının “subject” hissəsində -“ Rabitəbank” ASC tərəfindən “Kompüter, noutbuk və ehtiyat hissələrinin”  satın alınması qeyd etməklə “iştirakımı  təsdiq edirəm” mətnini  göndərməlidir.

İddiaçının dövlət reyestrindən çıxarış sənədi, hüquqi və fiziki ünvanı, aktiv referensləri, xarici əlaqələri, ehtiyat hissələrini aldığı təchizatçı fabrik və şirkətlərin adı, son 2 il üzrə maliyyə hesabatı, bank rekvizitləri, VÖEN hesabı mütləq şəkildə göndərilməlidir.

İddiaçıların  imzalanmış və ya möhürlənmiş şəkildə qapalı zərfdə təqdim etdiyi qiymət kotirovkaları bütün digər xərclər də daxil edilməklə (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq) manatla göstərilməsi mütləqdir. 

Kotirovkanın texniki şərtləri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: 

Hər hansı bir sualınız yaranarsa, əlavə məlumat üçün adı qeyd edilmiş “Rabitəbank” ASC-nin əməkdaşına (Vasif Məmmədova: (051) 271-48-48) elektron poçt ünvanları: (Vasif.Mammadov@rabitabank.com) müraciət edə bilərsiniz.