Əməliyyatı seçin
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını 5 dekabr 2024-cü il tarixi saat 13:00-a qədər qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 33, AZ1010 ünvanında yerləşən “Rabitəbank” ASC-nin Baş ofisinə təqdim etməlidirlər.
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd edilənləri diqqət yetirməlidirlər:
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar iştirak niyyətini bildirmək üçün Vasif.Mammadov@rabitabank.com və tender@rabitabank.com elektron ünvanının “subject” hissəsində -“ Rabitəbank” ASC tərəfindən “Avtoservis xidməti və ehtiyat hissələri” satın alınması qeyd etməklə “iştirakımı təsdiq edirəm” mətnini göndərməlidir.
İddiaçının dövlət reyestrindən çıxarış sənədi, hüquqi və fiziki ünvanı, şirkət heyəti haqqında məlumat, istehsal müəssisəsi haqqında məlumat ( video və şəkil formatında), aktiv referensləri, xarici əlaqələri, eytiyat hissələrini aldığı təchizatçı fabrik və şirkətlərin adı, son 2 il üzrə maliyyə hesabatı, bank rekvizitləri, VÖEN hesabı mütləq şəkildə göndərilməlidir.
İddiaçıların imzalanmış və ya möhürlənmiş şəkildə qapalı zərfdə təqdim etdiyi qiymət kotirovkaları bütün digər xərclər də daxil edilməklə (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq) manatla göstərilməsi mütləqdir.
Kotirovkanın texniki şərtləri haqqında məlumatla qoşmadakı fayldan tanış ola bilərsiniz. Hər hansı bir sualınız yaranarsa, əlavə məlumat almaq üçün adı qeyd edilmiş “Rabitəbank” ASC-nin əməkdaşına (Vasif Məmmədova: (051) 271-48-48) elektron poçt ünvanları: (Vasif.Mammadov@rabitabank.com və tender@rabitabank.com) müraciət edə bilərsiniz.