Bizi onlar sevindirdilər. Zəfər çalaraq!
“Zəfər Günləri” kampaniyası ilə indi biz onları sevindiririk.
44 günlük müharibədə qazandığımız qələbənin və qəhrəmanlarının əziz xatirəsi üçün həyata keçirdiyimiz kampaniya çərçivəsində Birinci və İkinci Qarabağ müharibəsində iştirak edənlərin, vətən uğrunda canından keçən əziz şəhidlərin və qazilərin ailələri Kartmane debet kartını ödənişsiz əldə edəcəklər.
- Kampaniya müddəti: 1-30 noyabr
- Ailə üzvləri: Valideynlər, övladlar, bacı-qardaş, həyat yoldaşı
- Yalnız 1 dəfə 5 illik pulsuz təqdim olunan kart 3 valyuta (AZN/USD/EUR) üzrə keçərlidir.
- Kartmane Debet kartını filiallarımıza yaxınlaşaraq əldə edə bilərsiniz.