Bütün kampaniyalar

Ödənişlərdən keşbek qazanmaq?

Rabita Mobile ilə əlbəttə mümkündür! 💚

  • Başlanma vaxtı1 İyul 2024
  • Bitmə vaxtı31 Dekabr 2024
Tətbiqi yüklə

Ödənişlərdən keşbek qazanmaq? 🤔
 
Rabita Mobile ilə əlbəttə mümkündür! Artıq 31 dekabr tarixinədək davam edəcək kampaniya çərçivəsində tətbiqimizlə ödənişlər edərək 4%-dək keşbek qazanmaq şansına sahibsən!

Ödəniş növləri: Mobil tətbiqdə aparılan ödəniş əməliyyatları (Azercell, Nar, Bakcell, Azərİşıq, AzəriQaz, AzərSu, Baktelekom, Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi, İcbari Sığorta Bürosu, Dövlət Gömrük Komitəsi üzrə aparılan ödənişlər istisna olmaq şərtilə). 

Ödənilən bonus dəyəri: Partnyorlar ilə bağlanmış müqaviləyə əsasən Partnyorlardan əldə olunan qazanc faizi və ya müştərindən əməliyyat zamanı tutulan xidmət haqqı civarında ödənilir. Minimum ödənilən cashback dəyəri 0,01 AZN (və ya Azercell və Miles cashback ekvivaletində), maksimum ödənilən cashback dəyəri isə 10 AZN (və ya Azercell və Miles cashback ekvivaletində) təşkil edəcək. Azercell və Miles cashback mövcud düstur əsasınında bal və miles kimi hesablanacaq – Miles/Azercell = (5AZN*0.5%)*50), Burda 5 AZN ödəniş məbləği, 0.5% Partnyordan əldə etdiyimiz gəlir, 50 isə Miles/Azercell kofisentidir.

Hesablaşma qaydaları: Müştərinin ödəniş əməliyyatları apardığı kartı üzrə istifadə olunan cashback növü mövcud olmalıdır. Cashback məlumatları Rabita Mobile mobil tətbiqində Bonuslar hissəsində Tərafdaşlardan əldə olunan cashback bölümündə qeyd olunacaq. Qazanılmış cashback Tərafdaşlardan əldə olunmuş bonus hesaba toplanır və müştəri tərəfindən aidiyyatı bonus hesabından Kartmane kartlarına dərhal köçürülə bilər.


Rahat ödənişlərlə bol-bol keşbek qazanmaq fürsətindən faydalanmağa tələs! 💚