Rabita Mobile tətbiqinə daxil ol, Zolotaya Korona vasitəsilə 200 AZN və ya daha çox pul köçür və 3 AZN bonus qazan. Bonus kampaniyamız 31 dekabra qədər davam edir və pul köçürmə əməliyyatını ilk dəfə icra edənlərə şamil edilir. Elə indi tətbiqə keç, həm köçürmə edəcəyin şəxsi sevindir, həm də bonus qazanaraq özünü!
Müştəri seqmenti: Mobil tətbiq üzərindən ilk dəfə Zolotaya Korona ödəniş əməliyyatı icra edəcək rezident şəxslər.
Əməliyyatın növü: İstənilən valyutada, istənilən ölkəyə şamil olunur (ölkədaxili əməliyyatlar istisna olmaq şərtilə).
Ödənilən bonus dəyəri: 3 AZN (hər müştəri üçün ödəniləcək maksimum məbləğ 9 AZN təyin olunur)
Əsas şərtlər: Müştərilər qeyd olunan müddət ərzində mobil tətbiq üzərindən 200 AZN (və ekvivalenti) və ya daha yuxarı məbləğdə ödəniş etdiyi təqdirdə 3 AZN bonus əldə edəcəklər. Əldə olunmuş bonus məbləği müştərinin aktiv olan AZN valyutasında Kartmane debet kartına köçürülür. Müştərinin bir neçə AZN valyutasında Kartmane debet kartı olduğu təqdirdə bonus məbləği ilk açılmış Kartmane debet kartına köçürüləcək.
Hesablaşma qaydaları: Hər ayın ilk 10 (on) iş günü ərzində keçən ay üzrə ödəniş edən müştərilər haqqında məlumatlar alınır və qazanılmış bonuslar aidiyyatı Kartmane debet kartlar üzrə köçürülür. Müştərilər hesabdan çıxarışda mədaxil haqqında məlumatı əldə edə biləcəklər.