Rabita Mobile istifadəçiləri kredit ödəyərək 15 AZN-dək bonus qazanır! 💸💚
Beləki, kampaniya çərçivəsində Rabita Mobile tətbiqi üzərindən ilk dəfə kredit ödənişi edən istifadəçilər toplam 15 AZN-dək bonus əldə edəcəklər. Mobil tətbiq vasitəsilə banka getmədən, sıra gözləmədən kreditinizi ödəyə və bonus qazanmaq imkanından yararlana bilərsiniz.
Kampaniyanın müddəti: 30.01.2024 - 31.12.2024.
Ödənilən bonus dəyəri: hər ay üçün 5 AZN (hər müştəri üçün ödəniləcək maksimum məbləğ 15 AZN təyin olunur).
Əsas şərtlər: Müştərilər qeyd olunan müddət ərzində mobil tətbiq üzərindən 150 AZN (və ekvivalenK) və ya daha yuxarı məbləğdə ödəniş etdiyi təqdirdə 5 AZN bonus əldə edəcəklər. Bonus məbləği ayda bir dəfə qazanıla bilər. Ödəniş şərti aylıq hesablanır və şərt ödənilərsə bonus dəyəri hər ay qazanıla bilər. Kredit ödənişi həyata keçirən müştərinin adına olmalıdır, ödəniş isə mobil tətbiqə bağlı olan kart və ya cari hesab vasitəsilə həyata kecirilməlidir. Müştəri bir neçə kredit müqaviləsi üzrə mobil tətbiqdə ilk dəfə ödəniş edən təqdirdə bonus yalnız bir kredit müqaviləsi üzrə ödəniləcək. Əldə olunmuş bonus məbləği müştərinin aktiv olan AZN valyutasında Kartmane debet kartına köçürülür. Müştərinin bir neçə AZN valyutasında Kartmane debet kartı olduğu təqdirdə bonus məbləği ilk açılmış Kartmane debet kartına köçürüləcək.
Hesablaşma qaydaları: Hər ayın ilk 10 (on) iş günü ərzində keçən ay üzrə ödəniş edən müştərilər haqqında məlumatlar alınır və qazanılmış bonuslar adiyyatı Kartmane debet kartlar üzrə köçürülür.