Bu bölmədə çox verilən suallara cavab tapa bilərsiniz.

Kredit məhsulları üzrə reklam və ya müştərilərin ümumi məlumatlandırılması məqsədləri üçün FİFD-in müəyyən edilməsi.

  • Mən Rabitəbank mobil tətbiqindən istifadə etmək istəyirəm. Bunun üçün nə tələb olunur?

    arrow_drop_down arrow_drop_up

    Rabitəbank mobil tətbiqindən istifadə etmək üçün sizə internet şəbəkəsinə qoşulmuş Google Android (get version) və ya iOS (get version) platformalı cihaz, Rabitəbankın rəsmi səhifəsindən, həmçinin Apple Store ve Google Play vasitəsilə yüklənmiş Rabitəbank mobil tətbiqi, Rabitəbank plastik kartı və ya hər hansı Rabitəbank brançına yaxınlaşaraq İnternet Bankçılıq xidmətini aktivləşdirməniz lazımdır.

  • Mən Rabitəbank mobil tətbiqindən qeydiyyatdan keçmək üçün nə etməliyəm?

    arrow_drop_down arrow_drop_up

     

    • Rabitəbank müştəriləri “Kart nömrəsi”, “İnternet bankçılıq” və “ Asan imza” vasitəsilə qeydiyyatdan keçə bilər.
    • Kart nömrəsi ilə qeydiyyat- siz plastik kartınızın üzərindəki 16 rəqəmi daxil edirsiniz, kartınızda qeydiyyatda olan mobil nömrəsinə birdəfəlik şifrə göndərilir, onu daxil edirsiniz.
    • İnternet bankçılıq vasitəsilə qeydiyyat üçün müştəri kodu və şifrənizi daxil etməlisiniz. Bankda mövcüd olan mobil nömrənizə birdəfəlik şifrə göndərilir, onu daxil edirsiz
    • Asan imza vasitəsilə qeydiyyatdan keçmək üçün Asan İmza nömrənizi və Asan İD –nizi daxil edirsiz.Ekranda əks olan verifikasiya kodunun düzgünlüyünü Asan İmza nömrənizdə təsdiq edərək PİN 1 daxil edirsiz.Mən 4 rəqəmli şifrəni itirsəm necə bərpa edə bilərəm
    • Siz 4 rəqəmli şifrənizi itirsəniz, yenidən yuxarıda göstərilən vasitələrlə qeydiyyatdan keçməlisiniz

     

  • Mən plastik kart məlumatlarımı görürəm, hesablarımı yox. Nə etməliyəm?

    arrow_drop_down arrow_drop_up

     

    • Bu halda siz ərazinizə yaxın filiala yaxınlaşıb, Rəqəmsal Bankçılıq müqaviləsi bağlamalısınız və İnternet Bankçılıq səhifəsinə daxil olub, qeydiyyatdan keçməlisiniz.

     

  • Mən telefonumu itirsəm, kimsə mənim əlavədəki məlumatlarımı əldə edə biləcəkmi?

    arrow_drop_down arrow_drop_up

     

    • Siz hər hansı bir əməliyyatı edib bitirdikdən sonra tətbiqdən çıxmalısınız. Sizin informasiya təhlükəsizliyiniz üçün 30 saniyəlik qeyri-aktivlikdən sonra tətbiqdəki sessiyanız avtomatik bitmiş olacaq. Tətbiqə giriş üçün mütləq şifrə tələb olunur. Bu şifrəni sizdən başqa heç kim bilmədiyi üçün tətbiqdən kənar şəxslər istifadə edə bilməyəcək.
    • Sizin informasiya təhlükəsizliyinizi daha da artırmaq üçün tərkibində təkrarlanan və ya ardıcıl rəqəmlər olan, müştərinin doğum tarixi ilə, kart nömrəsinin son rəqəmləri ilə və Ş/V nömrəsi ilə üst-üstə düşən şifrələrin qoyulması arzuolunan hal deyil.

     

  • Mən 4 rəqəmli giriş kodunu itirsəm, necə yeniləyə bilərəm

    arrow_drop_down arrow_drop_up

     

    • Siz 4 rəqəmli giriş kodunu itirsəniz, yenidən yuxarıda göstərilən qaydalar ilə qeydiyyatdan keçə bilərsiniz.
  • Rabitəbank Mobil tətbiqi yenilənməyi tələb edir. Bu nə deməkdir?

    arrow_drop_down arrow_drop_up

     

    • Bu o deməkdir ki, Bank tətbiqinin yeni versiyasını hazırlamışdır. Vaxtında programı yeniləmək bank tərəfindən məsləhət olunsa da mütləq prosedur sayılmır. Biz mobil tətbiq ilə olan təcrübənizin yaxçılaşdırılmasına gətirib çıxaracaq yeni imkanlardan, funksiyalardan və onlarla bağlı olan təkliflərdən istifadə edə bilməyiniz üçün müntəzəm olaraq mobil tətbiqi yeniləməyi məsləhət görürük.

     

  • Dosta köçürmə xidməti necə işləyir?

    arrow_drop_down arrow_drop_up

     

    • Dosta köçürmə Rabitəbank Mobil tətbiqindən istifadə etməklə telefonunuzun kontaktında olan istənilən şəxsə onların telefon nömrələrini seçməklə vəsait göndərməyə imkan verən unikal sistemdir.
  • Dostdan istə xidməti necə işləyir?

    arrow_drop_down arrow_drop_up

     

    • Dostdan istə Rabitəbank Mobil tətbiqindən istifadə etməklə telefonunuzun kontaktında olan istənilən şəxsdən onların telefon nömrələrini seçməklə məhdudiyyətsiz vəsait istəməyə imkan yaradır. Siz istədiyiniz məbləği yazıb kontaktınıza tələb göndərirsiniz, həmin şəxs linkdən istifadə edərək sizin kartınıza pul göndərə bilər.

     

  • Avtomatik ödənişlər nədir?

    arrow_drop_down arrow_drop_up

     

    • Ödəniş və köçürmələrinizi əvvəlcədən planlaşdırmağınıza imkan verir. Avtomatik ödənişlər funksiyası ilə kommunal və digər xidmət ödənişlərinizi həm borc üzrə, həm də qrafik üzrə tənzimləyə bilərsiniz.
  • Split bill xidməti nədir və necə işləyir?

    arrow_drop_down arrow_drop_up

     

      • Split bill xidməti vasitəsilə siz çıxarışınızdan 10AZN-dən yuxarı istənilən əməliyyatı 1-10 nəfər arasında bölə bilərsiniz. Məbləğ seçdiyiniz insanlar arasında bərabər şəkildə bölünəcək. Məsələn siz 15AZN-i 3 insan arasında böldüyünüz zaman 1-ci şəxs siz, qalan 2nəfərə isə 5 AZN məbləğində pul bölünəcək. Sonradan siz öz dostlarınızı kontaktdan seçəcəksiniz və həmin şəxsdə Rabitəbank Mobile tətbiqi varsa, tətbiqə, yoxdursa, SMS vasitəsilə ödəniş linki göndəriləcək.

       

  • Cash by Code xidməti nədir və necə işləyir?

    arrow_drop_down arrow_drop_up

     

    • Bu xidmət vasitəsilə göndərdiyiniz şəxsin bank kartının olmasına belə ehtiyac yoxdur. Siz sadəcə göndərəcəyiniz şəxsi kontaktdan seçirsiniz və ya mobil nömrəsini yazırsınız, məbləği (minimum 10AZN) seçirsiniz, sizə gələn 6 rəqəmli kodu həmin şəxslə paylaşırsınız.
    • Həmin şəxs istənilən Rabitəbank ATM-nə yaxınlaşıb, ona gələn kodla, sizin verdiyiniz kodu birgə daxil etməklə məbləği əldə edə bilər.
  • Pin kod ayarlarının tənzimlənməsi nədir?

    arrow_drop_down arrow_drop_up

     

    PİN quraşdırılması: siz yeni kart əldə etmisinizsə və ya öz mövcud PİN kodunuzu dəyişmək istəyirsinizsə, o zaman daxil olursunuz bu bölməyə, sizin mövcud PİN kodunuz ləğv olunur və açılan veb səhifədə öz kartınızın məlumatlarını daxil edirsiniz. Sonra sizin mobil nömrənizə SMS vasitəsilə kod gəlir, kodu içindəki ulduz işarələrini təyin etmək istədiyiniz nömrələrə dəyişməklə tam şəkildə daxil edirsiniz və bu andan etibarən kartınıza məxsus PİN kod öz istədyiniz kod ola bilər.

    PİN –in blokdan çıxarılması: əgər PİN kodunuzu 3 dəfə yalnış yığmisinizsa, kodunuz bloklanır. Blokdan açmaq üçün sadəcə bu bölməyə daxil olmanız kifayət edir.

     

     

  • Müştəri Mobil tətbiq vasitəsilə Pinin sıfırlayıb yeni Pin kod təyin edərsə nə etməlidir?

    arrow_drop_down arrow_drop_up

    Müştəri Mobil tətbiq vasitəsilə Pin sıfırlarıb yeni Pin kod təyin etdikdən sonra nagdsız ödənişlər (pos retail əməliyyatları) aparmaq üçün ATM-də kartın balansını yoxlamalıdır. Əks halda nağdsız ödənişlər etmək mümkün olmayacaq.

  • PIN quraşdırılması – “özünə pin təyin et” xidmətini necə istifadə edim?

    arrow_drop_down arrow_drop_up

    PİN quraşdırılması: siz yeni kart əldə etmisinizsə və ya öz mövcud PİN kodunuzu dəyişmək istəyirsinizsə, o zaman daxil olursunuz bu bölməyə, sizin mövcud PİN kodunuz ləğv olunur və açılan veb səhifədə öz kartınızın məlumatlarını daxil edirsiniz. Sonra sizin mobil nömrənizə SMS vasitəsilə kod gəlir, kodu içindəki ulduz işarələrini təyin etmək istədiyiniz nömrələrə dəyişməklə tam şəkildə daxil edirsiniz və bu andan etibarən kartınıza məxsus PİN kod öz istədyiniz kod ola bilər.

  • Pin kodu Mobil tətbiqdə harda yadda saxlamaq olar?

    arrow_drop_down arrow_drop_up

    Təhlükəsizlik bölməsindən PİN ayarlarına daxil olub, ordan PİN Saxlayıcı bölməsində kartınıza məxsus PİN kodu yaddaşda saxlaya bilərsiniz.

  • Kartmane Kredit kartı Kartmane Debit kartından nə ilə fərqlənir?

    arrow_drop_down arrow_drop_up

    Kartmane Kredit kartı Kartmane debit kartının bütün əsas funksiyalarını özündə biləşdirir. Əgər müştərinin Kartmane Kredit kartı üzrə borcu yoxdursa karta mədaxil edilən vəsait Kartmane debet kartının şərtlərinə uyğun istifadə edilə bilər və bu halda ölkə daxilində bankomatlardan nağdlaşdırma zamanı 0,5% komissiya tutulur. Kredit xəttindən nağdlaşdırma zamanı isə 2% komissiya tutulur.

     

    Kredit kartına mədaxil edilən vəsaitin ölkə xaricində də nağdlaşdırılması fərqlidir, yeni nağdlaşdırılma limiti tətbiq edilmir, istənilən vəsait komissiya tutularaq nağdlaşdırıla bilər. Kredit ve Debit kartlarının esas fərqi kredit kartının 100 günlük faiz güzəşt müddətinin olmasıdır.

     

    Kartmane Kredit kartında müştərinin öz vəsaiti olduğu halda debit kartında olduğu kimi Kartmane Kredit kartında da əmanət faizi hesablanır. Vəsait xərclənən zaman yalnız müştərinin şəxsi vəsaiti deyil həm də bankın kredit vasaiti istifadə edildikdə belə bonus hesablanır. Kartmane Kredit və Debit arasında fərqlərdən biri də nağdlaşdırma şərtləridir.

  • Kartmane Kredit kartına vəsait mədaxil etdikdə və ya kartdan vəsait çıxardıqda, kredit xətti yoxsa mənim öz vəsaitim istifadə olunur?

    arrow_drop_down arrow_drop_up

    Kartmane Kredit kartındakı kredit xəttindən istifadə etmiş müştərinin kartına pul vəsaiti daxil edildikdə, pul vəsaiti əvvəlcə kredit borcunun ödənilməsinə yönəldilir. Artıq qalan vəsait isə Müştərinin Kartmane hesabına yerləşdirilir və həmin vəsaitin üzərinə Müştərinin xeyrinə faiz hesablanır. Kartmane kartında Müştəri tərəfindən mədaxil edilmiş pul vəsaiti olduğu halda, Müştəri kreditdən istifadə etmək istəyərsə, Müştərinin istifadə etmək istədiyi məbləğ ilk növbədə Müştərinin öz vəsaitindən silinir, öz vəsaiti bitdikdən sonra isə kredit xəttindən silinir və həmin məbləğ Müştərinin istifadə etdiyi kredit hesab olunur.

     

  • Kartmane Kredit kartında Cashback varmı?

    arrow_drop_down arrow_drop_up

    Bəli. Kartmane Kredit kartlarında Cashback eynilə Kartmane debit kartlarında olduğu kimidir. Dünyanın bütün Yanacaq Doldurma Məntəqələrində 10%, dünyanın bütün kafe və restoranlarında isə 5%. Müştəri istər kredit kartında öz vəsaitini istifadə etdikdə istərsə də kredit vəsaitini istifadə etdikdə bonus eyni qaydada hesablanır.

  • 100 gün güzəşt müddəti nə deməkdir?

    arrow_drop_down arrow_drop_up

    Kredit vəsaiti nağdsız istifadə edilərsə, kredit məbləği istifadə edilən ayın 1-dən (1-i də daxil olmaqla) başlayaraq növbəti 100 gün ərzində kredit xəttinin istifadəsinə görə faiz hesablanmır. Kredit xəttinin istifadəsindən sonra hər növbəti ayın 1-dən 10-a qədər minimum ödəniş məbləği ödənildiyi təqdirdə əvvəlki aylarda istifadə olunan məbləğə faiz hesablanmır. Hal-hazırda minimum ödəniş məbləği ayın son iş gününə olan qalıq borc məbləğinin 5%-dir. Ödənilmiş minimum ödəniş məbləği əsas borc məbləğindən çıxılır.

     

    Misal 1: Tutaq ki, Siz sentyabr ayı ərzində kredit xəttinizdən 100 manat məbləğində nağdsız istifadə etmisiniz. Növbəti aylarda kartınızdan istifadə etmədiyiniz halda hər növbəti ayın 10-dək 5 manat minimum ödəniş etdiyiniz təqdirdə (100 manatın 5%-i) siz həmin ilin dekabr ayının 10-dək kredit xəttinin istifadəsinə görə faiz ödəmirsiz.

     

    Misal 2: Tutaq ki, Siz sentyabr ayı ərzində kredit xəttinizdən nağdsız olaraq 100 manat, oktyabr ayı ərzində 200 manat, noyabr ayında isə 300 manat istifadə etmisiz. Oktyabr ayının 10-dək 5 manat (100 manat-ın 5%-i), Noyabr ayının 10-dək 14,75 manat ((100-5+200)*5%) və Dekabr ayının 10-dək 29,01 manat ((100-5)+(14.75+200)+300))*5%) ödəniş etdiyiniz təqdirdə dekabr 10-dək kredit xəttində istifadəyə görə faiz hesablanmır.

  • Kartmane Kredit kartından nağd istifadəyə görə nə qədər faiz ödənilir?

    arrow_drop_down arrow_drop_up

    Nağd istifadə edilən məbləğə istifadə edilən gündən illik 25%-lə (EUR və USD valyutalı kredit kartlarında 10%-lə) faiz hesablanır. Hər ayın 1-dən 10-a qədər əvvəlki ayın sonuna olan kredit borcuna görə minimum ödəniş edilməzsə, nağd istifadə edilən məbləğə illik 36%-lə (EUR və USD kartlarında 20%-lə) faiz hesablanır. Hal-hazırda minimum ödəniş məbləği ayın son iş gününə olan qalıq borc məbləğinin 5%-dir. Ödənilmiş minimum ödəniş məbləği əsas borc məbləğindən çıxılır.

  • Kartmane Kredit kartında 100 gündən sonra nə qədər faiz hesablanır?

    arrow_drop_down arrow_drop_up

    Kredit məbləği istifadə edilən hər ayın 1-dən 100 gündən sonra nağdsız istifadə edilən məbləğə illik 25%-lə (EUR və USD valyutalı kartlarda 10%) faiz hesablanır. 100 gündən sonra minimum ödəmə edilməzsə, kredit xəttinə görə faiz 36%-a artırılır (EUR və USD valyutalı kartlarda 20%).

  • Kartmane Kredit kartı ilə digər bankın kartına Card to Card edərkən komissiya tutulurmu?

    arrow_drop_down arrow_drop_up

    Kredit kartından istifadə zamanı kredit xəttindən istifadə olunarsa Card to Card əməliyyatı nağd əməliyyat hesab olunduğu üçün bu əməliyyata görə 2% nağdlaşdırma komissiyası tutulur. Kredit kartında müştəri öz vəsaitini ATM və bankın rəqəmsal kanalları ilə öz Rabitəbank kartlarına köçürdükdə 0%, öz vəsaitini digər kanallar vasitəsiylə istənilən istiqamətdə (digər Kartlara) köçürdükdə isə 0.5% komissiya tutulur.

  • Kartmane Kredit kartı üzrə nə qədər borc olduğunu və faizi necə öyrənmək olar?

    arrow_drop_down arrow_drop_up

    Rabitabank Mobile, İnternet bank və ya RabitaBot-da qeydiyyatdan keçərək balansı və borcu izləmək mümkündür. Bundan əlavə Kod sözünü bildirməklə 133 çağrı mərkəzinə və ya Rabitəbankın hər-hansı bir filialına müraciət etməklə borc və faiz haqqında məlumat almaq olar.  

  • Kartmane Kredit kartına ödəniş zamanı, ödənişin həyata keçməsini və borcun ödənildiyini necə bilmək olar?

    arrow_drop_down arrow_drop_up

    Rabitabank Mobile, Internet bank və ya RabitaBot-dan qeydiyyatdan keçərək, habelə kod sözünü bildirməklə 133 çağrı mərkəzinə zəng etədərək və ya Rabitəbank filiallarından hər-hansı birinə müraciət edərək hesab üzrə SMS məlumatlandırma aktiv edilir. SMS məlumatlandırma aktiv edildikdən sonra  mədaxil və mexaricə dair məlumat almaq mümkündür.

  • Kartmane Kredit kartı üzrə müəyyən edilən kredit limitinin məbəğini dəyişdirilə bilərmi?

    arrow_drop_down arrow_drop_up

    Bəli, kredit limiti dəyişdirilə bilər. Rabitəbank filiallarında kredit mütəxəssisinə müraciət edərək və ya onlayn qaydada müraciət edərək, kredit xəttindən istifadə və ödənişlərin vaxtı-vaxtında edilməsindən asılı olaraq, yeni limit təyin edilə bilər. Bu zaman müştəri ilə yeni müqavilə bağlanılır.

  • Kartmane Kredit Kartından nağd istifadə zamanı 100 gün güzəşt müddəti varmı?

    arrow_drop_down arrow_drop_up

    Xeyr. Nağd istifadə zamanı vəsait istifadə edildiyi tarixdən etibarən illik 25%-lə faiz hesablanır.

  • Minimum ödənişi tam və ya vaxtında ödəmədikdə nə baş verir?

    arrow_drop_down arrow_drop_up

    Minimum ödəniş tam (hal-hazırda kredit qalığının 5%-i həcmində) və ya vaxtında (hər ayın ilk 10 təqvim günü ərzində) ödənilmədiyi təqdirdə nağd istifadə olunan məbləğin faizi illik 36%-ə, nağdsız istifadə olunan məbləğin faizi isə güzəşt müddəti ərzində (əməliyyat icra olunan aydan növbəti 3-cü ayın 10-a kimi) illik 25%-ə, güzəşt müddəti bitdikdən sonra isə illik 36%-ə artırılacaq. İki dəfə ardıcıl minimum ödəniş olunmazsa, kredit xətti bloklaşdırılacaq. 

  • Cashback sistemi necə işləyir?

    arrow_drop_down arrow_drop_up

     

    Cashback sistemi Kartmane kartına məxsus olan loyallıq sistemidir. Siz bonusları tətbiqdə göstərilən tərəfdaş şəbəkəsindən və buna əlavə olaraq ölkədə ilk dəfə Yanacaq Doldurma mərkəzlərindən (YDM) və Restoranlardan alacaqsınız.

    Tərəfdaş şəbəkəsindən gələn cashback ödəniş edildikdən 3 gün ərzində hesabınıza əlavə ediləcək

    YDM və Restoranlar:

    Əgər sizin cari ay üzrə istifadə dövriyyəsi 250AZN-dən 500AZN-ə kimidirsə YDM-dən gələn cashback faizi 5%,

    500AZN-800AZN-dirsə cashback faizi 10%,

    800AZN-dən çoxdursa, YDM faizləri 10% və Restoranlardan gələn cashback 5% təşkil edəcək. Bonuslar hesaba növbəti ayın ilk 5 günü ərzində yüklənir.

    Siz hesablanmış bonuslarınızı istədiyiniz zaman Kartmane kartınıza pul şəklində köçürə bilərsiniz

    Bonusların hesablanma qaydası 1 AZN= 1 bonus kimi hesablanır və onluqlara doğru yuvarlaqlaşdırılır.

     

  • Cashback nədir?

    arrow_drop_down arrow_drop_up

    Cashback xərclədiyiniz pulun bir hissəsinin geri qaytarılmasıdır.

  • YDM-lərdə 10% Cash Back necə qazanmaq olar?

    arrow_drop_down arrow_drop_up

    YDM-lərdə 10% Cashback qazanmaq üçün ay ərzində Kartmane kart ilə ən azı 800 AZN xərclənməlidir. Ay ərzində 500-800 manat xərcləndiyi təqdirdə YDM-dəki xərclənən məbləğin 10% həcmində cashback qazanmaq mümkündür. ATM cash, Pos Cash və Card to Card ,kredit ödənişləri, nəqliyyat (aviabilet istisna), Aptek, Əczəxana,  dövlət və kommunal, Quasi Cash ödənişlər üzrə dövriyyə nəzərə alınmır.

     

    Misal üçün, əgər siz ay ərzində supermarketlərdə alış-verişə 100 AZN, YDM-lərdə isə 150 AZN, və aviabiletlərə 250 AZN xərcləmisinizsə, ayın sonunda 15 AZN cashback qazanacaqsınız (150 manatın 10%-i).

     

    Nəzərə alın ki, YDM-lərdə 10% Cashback qazanmaq üçün tələb edilən dövriyyənin ən azı 20%-i qeyri YDM ödənişləri olmalıdır.

  • Cashback-lərim harada toplanır və necə pula çevrilə bilər?

    arrow_drop_down arrow_drop_up

    Toplanan Cashback həcmini Rabitəbank-a məxsus Mobil Tətbiq vasitəsi ilə izləyə bilərsiniz. Cashback BAL olaraq toplanılır - 1 BAL = 1 AZN. Müştəri toplanan balları Mobil Tətbiq vasitəsi ilə Kartmane kartına pul olaraq çevirə bilər. Hər ilin 31 dekabr tarixində günün sonuna qədər toplanan bonuslar növbəti ilin 1 Mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır.

  • YDM-lərdə 10%, Kafe və Restoranlarda 5% Cashback necə qazanmaq olar?

    arrow_drop_down arrow_drop_up

    YDM-lərdə 10%, Kafe və Restoranlarda 5% Cashback qazanmaq üçün ay ərzində Kartmane ilə ən azı 800 AZN xərclənməlidir. Ay ərzində Kartmane ilə 800 manatdan çox vəsait xərcləndiyi təqdirdə YDM-dəki xərclənən məbləğin 10%-i, kafe və resotranlarda xərclənən məbləğin 5%-i həcmində cash back qazanmaq mümkündür. ATM cash, Pos Cash və Card to Card ,kredit ödənişləri, nəqliyyat (aviabilet istisna), Aptek, Əczəxana,  dövlət və kommunal, Quasi Cash ödənişlər üzrə dövriyyə nəzərə alınmır.

     

    Nəzərə alın ki, YDM-lərdə 10% və Kafe/Restoranlarda 5% Cashback qazanmaq üçün tələb edilən dövriyyənin ən azı 30%-i qeyri YDM və Kafe/Resotran ödənişləri olmalıdır.

  • Kafe və Restoranlarda 5% Cashback necə qazanmaq olar?

    arrow_drop_down arrow_drop_up

    Kafe və Restoranlarda 5% Cash Back qazanmaq üçün ay ərzində Kartmane ilə ən azı 800 AZN xərclənməlidir. ATM cash, Pos Cash və Card to Card, kredit ödənişləri, nəqliyyat (aviabiletlər istisna), Aptek, Əczəxana, dövlət və kommunal, Quasi Cash ödənişlər üzrə dövriyyə nəzərə alınmır.

    Misal üçün siz ay ərzində supermarket alış-verişinə 200 AZN, YDM-də 150 AZN, aviabiletlərə 250 AZN və restoranlarda 300 AZN xərcləmisinizsə, ayın sonunda YDM-lərdən qazandığınız cashback 15 AZN (150 manatın 10%-i), restoranlardan qazandığınız cashback isə 15 AZN (300 manatın 5%-i) şəklində olacaqdır.

     

    Nəzərə alın ki, Kafe və Restoranlarda 5% Cashback qazanmaq üçün tələb edilən dövriyyənin ən azı 30%-i qeyri YDM və Kafe/Resotran ödənişləri olmalıdır.

  • Hansı YDM (Yanacaq Doldurma Məntəqələri) və Restoranlarda Cash Back qazana bilərəm?

    arrow_drop_down arrow_drop_up

    Kartmane ilə Azərbaycanda və o cümlədən dünyanın istənilən yerində olan bütün YDM və restoranlarda Cash Back qazanmaq olar.

  • Rabitəbankin Mobil Tətbiqini haradan yükləyə bilərəm?

    arrow_drop_down arrow_drop_up

    Android platformalı mobil telefon istifadəçiləri Play Martket-dən, IOS platformalı mobil telefon istifadəçiləri isə APP Store-dan Rabitəbankın Mobil Tətbiqini yükləyə bilərlər. Bunun üçün sadəcə Rabitabank açar sözünü axtarmaq və nişanı yeni loqomuz olan mobil əlavəni yükləmək lazımdır.

  • Kartmanedəki vəsait qalığı sığortalanırmı?

    arrow_drop_down arrow_drop_up

    Bəli, Kartmanedəki vəsait qalığınız Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. 

  • Xarici valyutada olan Kartmane karlarında cashback varmı?

    arrow_drop_down arrow_drop_up

    Xarici valyutada olan Kartmane-lərdə xərclənən məbləğə 0,5% cashback hesablanır. ATM cash, Pos Cash və Card to Card, kredit ödənişləri, nəqliyyat (aviabilet istisna), Aptek, Əczəxana,  dövlət və kommunal, Quasi Cash ödənişlər üzrə dövriyyə nəzərə alınmır.

  • Kartmanedəki vəsait qalığına faiz nə zaman və nə qədər hesablanır, faizlər hara köçürülür?

    arrow_drop_down arrow_drop_up

    Kartmanedəki vəsait qalığına faizlər hesabda minimum qalıq 100 AZN/USD, maksimum isə Yaşıl Kartmanelərdə 10 000 AZN/USD, Premium Kartmanelərdə isə 50 000 AZN/USD olduğu halda hesablanır. Qalıq üzrə hesablanmış faiz məbləği hər ayın son təqvim günü kart hesabına köçürülür. Kart qalıqları Yaşıl Kartlarda 10 000 AZN/USD, Premium Kartlarda isə 50 000 AZN/USD-dan çox ola bilər, sadəcə faiz yalnız qeyd olunan hissəyə hesablanacaqdır.


    Manatla olan Yaşıl Kartmane kartlarınən qalığına 4%, Premium Kartmane kartların qalığına isə 6% hesablanıb ayın sonu kartın qalığına əlavə olunur. ABŞ dollarında olan kartların qalığına isə 0,5% hesablanır.

  • Əmək haqqı kartından Kartmaneyə pul köçürərkən komissiya tutulurmu?

    arrow_drop_down arrow_drop_up

    Rabitabank Mobile tətbiqində "pul istə" funksiyasından istifadə edərək əmək haqqı kartınızdan vəsaitinizi istənilən Kartmane kartınıza təmamilə komissiyasız göndərərək Kartmanenin üstünlüklərindən faydalana bilərsiniz.

  • Kartmane kartların müddəti nə qədərdir?

    arrow_drop_down arrow_drop_up

    Kartmane kartları 5 il müddətinə nəzərdə tutulub.

  • Yaşıl Kartmane kartın qiyməti nədir və onu pulsuz əldə etmək olarmı?

    arrow_drop_down arrow_drop_up

    Yaşıl Kartmane kartını illik 10 manat (6 USD/EUR) xidmət haqqı ödəməklə, yaxud hesaba 500 AZN/USD/EUR mədaxil etməklə pulsuz əldə etmək olar. Hesaba 500 AZN/USD/EUR mədaxil edildiyi halda məbləğ kartın balansında qalacaq və sərbəst şəkildə istifadə edilə bilər. Müqavilə tarixindən bir il keçdikdən sonra kartın balansında qalıq 500 AZN/USD/EUR və ya illik dövriyyə 3 000 AZN/USD/EUR -dan artıq olduğu halda növbəti il üzrə xidmət haqqı tutulmur.

  • Premium Kartmane kartının qiyməti nədir və onu pulsuz əldə etmək olarmı?

    arrow_drop_down arrow_drop_up

    Premium Kartmaneləri illik 199 manat (120 USD/EUR), aylıq 19 manat (12 USD/EUR) xidmət haqqı ödəməklə, yaxud hesaba 15 000 AZN/USD/EUR mədaxil etməklə pulsuz əldə etmək olar. Hesaba 15 000 AZN/USD/EUR mədaxil edildiyi halda məbləğ kartın balansında qalacaq və sərbəst şəkildə istifadə edilə bilər. Müqavilə tarixindən bir il keçdikdən sonra kartın balansında qalıq 15 000 AZN/USD/EUR olduğu təqdirdə növbəti il üzrə xidmət haqqı tutulmur. Kartın xidmət haqqını aylıq ödəyən müştərilərin aylıq dövriyyəsi 1 200 AZN/USD/EUR -dan artıq olduğu halda növbəti ay üzrə xidmət haqqı tutulmur.

  • Yaşıl və Premium Kartmane arasında fərq nədir?

    arrow_drop_down arrow_drop_up

    Yaşıl Kartmane kartlarında kartda olan galıq məbləğə illik AZN 4%, USD 0.5%, Premium Kartmane kartlarında isə kart qalığına illik AZN 6%, USD 0.5% faiz hesablanır.

    Premium Kartmane sahibləri hava limanlarında lounglara (biznes zallarına) ildə 2 dəfə pulsuz giriş imkanı əldə edirlər. Valyutası manat olan Premium Kartmanelərdə xarici ölkələrdə digər valyutalarla edilən ödənişlər zamanı konvertasiya haqqı ödəmir. Premium Kartmanelər ilə ölkəxarici istənilən ATM-də il ərzində 1 000 AZN və ya 500 USD/EUR pulsuz nağdlaşdırma edilə bilər.

  • Hansı kartlar premium kartlar hesab olunur?

    arrow_drop_down arrow_drop_up

    Kartmane Premium kartlarına Visa İnfinite və MasterCard Black kartları aiddir.

  • Kartmane MasterCard və Kartmane Visa arasında fərq nədir?

    arrow_drop_down arrow_drop_up

    Kartlar arasında istifadə baxımından heç bir fərq yoxdur.

  • Kartmane kartına necə pul əlavə edə bilərəm?

    arrow_drop_down arrow_drop_up

    Siz, filiallarımıza yaxınlaşmaqla, e-manat terminalları vasitəsi ilə, hesaba köçürmə yolu ilə və Card to Card əməliyyatı vasitəsi ilə Kartmane kartınıza pulu mədaxil edə bilərsiniz. Rabitəbank kartları ilə Card to Card əməliyyatı zamanı, vəsaiti göndərən tərəfdən ümumi məbləğin 0.5% (minimum 0.60 AZN/USD/EUR) komissiya xərci tutulur, vəsaiti qəbul edən tərəfdən isə heç bir komissiya tutulmur. Rabitəbankın əmək haqqı və bütün Kartmane kartlarından, digər Kartmane kartlarına Card to Card xidməti pulsuzdur.

  • Kartmane ilə digər bankın kartına Card to Card edərkən komissiya tutulurmu?

    arrow_drop_down arrow_drop_up

    Bəli, ölkədaxili digər bankların kartlarına Card to Card ilə vəsait göndərərkən minimum 0.6 AZN/USD/EUR olmaqla 0.5%, komissiya tutulur. Rabitəbankın əmək haqqı kartlarından Kartmane kartlarına Card to Card pulsuzdur.

  • Kartmane-dən vəsait nağdlaşdırdıqda nə qədər komissiya ödəyirəm?

    arrow_drop_down arrow_drop_up

    Ölkə daxili istənilən ATM-lərdən ay ərzində ilk 5 nağdlaşdırılma zamanı komissiya tutulmur. Digər hallarda Rabitəbank ATM-lərindən 1%, digər ATM-lərdən 1.5% xidmət haqqı tutulur.

  • Kartmane ilə xaricdə konvertasiyaya görə komissiya tutulmur. Bu nə deməkdir?

    arrow_drop_down arrow_drop_up

    AZN valyutasında olan Premium Kartmane vasitəsiylə xaricdə aparılan konvertasiya əməliyyatlarına xidmət haqqı tətbiq edilmir.

     

    Məsələn, əgər siz AZN valyutasında olan Premium Kartmane kartı ilə xarici ölkədə 200 Avroluq alış-veriş etsəniz, ödədiyiniz məbləğin konvertasiyası Mərkəzi Bankın həmin günə olan məzənnəsi ilə (misal ücün 1 Avro = 1.8828 manat, 200 X 1.8828=376,56 manat) həyata keçiriləcək və heç bir əlavə komissiya ödənilmədən 376,56 manat olaraq çıxılacaqdır.

  • Kartmane ilə hava limanlarındakı biznes zallara pulsuz necə daxil olmaq olar?

    arrow_drop_down arrow_drop_up

    Premium Kartmane sahibləri hava limanlarındakı biznes zallara ildə 2 dəfə pulsuz giriş imkanı əldə edir. Bunun üçün hava limanındakı biznes zalına daxil olarkən, Premium Kartmane-ni göstərməyiniz kifayətdir. İl ərzində biznes zallara 2 dəfədən çox giriş etdiyiniz halda, növbəti istifadə zamanı, hər giriş üçün 32 USD/28 AVRO komissiya tutulacaq.

  • Kartmane ilə təmassız ödənişi necə etmək olar?

    arrow_drop_down arrow_drop_up

    Kartmane ilə alış-veriş zamanı POS terminallar vasitəsi ilə təmassız (kartı terminal yaxınlaşdırmaqla) ödəniş etmək olar (50 manata qədər PIN Daxil etmədən, 50 manatdan yuxarı olan məbləğə PIN daxil olmalıdır). Və ya istifadə etdiyiniz karta uyğun stiker sifariş edib smartfonunuzun arxa tərəfinə (və ya istənilən digər əşyaya) bərkidərək, telefonunuzu ödəniş üçün POS terminala yaxınlaşdırmanız kifayətdir.

  • Rabitəbankdakı depozitimin faizi Kartmaneyə köçürülə bilərmi?

    arrow_drop_down arrow_drop_up

    Bəli. Depozitlərinizə hesablanacaq faiz məbləğlərinin istifadə edilməsi üçün Kartmane hədiyyə olaraq sizə təqdim ediləcək.

  • Kartmane kartını necə sifariş edə bilərəm?

    arrow_drop_down arrow_drop_up

    Kartmane bankın Mobil tədbiqi, Telegram və Facebook messencer vasitəsi ilə RabitaBot üzərindən, İnternet Bankçılıq xidməti, www.rabitabank.com saytı vasıtəsi ilə onlayn olaraq və ya bankın 25 xidmət nöqtəsinə yaxınlaşmaqla sifariş edilə bilər.


    Xidmət şəbəkəsi: https://www.rabitabank.com/filiallar

  • Kartmane Debit kartıma əlavə Subkart sifariş etsəm, Cashback kartların hansına toplanacaq?

    arrow_drop_down arrow_drop_up

    Əsas kart və subkart eyni hesaba bağlı olduğundan bu kartlar üzrə ayrılıqda aparılan xərcləmələr zamanı Cashbacklər eyni hesaba toplanacaq.

  • Subkart nədir və əsas kartdan nə ilə fərqlənir?

    arrow_drop_down arrow_drop_up

    Subkart əsas kartın hesabına bağlanmış əlavə kartdır. Kartların bir-birindən fərqi üzərindəki nömrə, bitmə tarixi və CVV/CVC nömrələridir, lakin hesab eynidir. Subkart, əsas kartda olan vəsaitin istifadə olunması üçün bir vasitədir.

  • Əsas kartım Premium Kartmanedirsə, subkartım Yaşıl Kartmane ola bilərmi və ya əksinə?

    arrow_drop_down arrow_drop_up

    Bəli, hər iki variant mümkündür.

  • Qalığa faiz hesablamayan Kartmane kartı almaq və ya faiz hesablanmasını dayandırmaq mümkündürmü?

    arrow_drop_down arrow_drop_up

    Müştəri bankın müvafiq filialına/şöbəsinə yaxınlaşmaqla və ya Mobil Tətbiq vasitəsiylə rəqəmsal bankçılıq xidmətindən istifadə etməklə Kartmane hesabı üzrə faizlərin hesablanmasını dayandıra və eyni üsulla faizlərin hesablanmasını yenidən bərpa edə bilər.

  • Nəyə görə 10% Cashback qeyd etdiyiniz təqdirdə, mən qeyd edilən faizə nisbətdə az Cashback əldə etdim?

    arrow_drop_down arrow_drop_up

    Ümumi aylıq dövriyyəniz lazımi məbləğə çatmadığından, cashback faiziniz ona uyğun olaraq hesablanmışdır.

  • YDM-də Kartmane ilə ödəsəm də, bu ödənişə görə Cashback qazanmadım. Səbəbi nədir?

    arrow_drop_down arrow_drop_up

    Ola bilsin ki, mağaza və yaxud onun bankı (POS terminal təqdim edən bank) MCC kodunu düzgün daxil etməmişdir. Bu kimi xətalar bəzən baş verə bilir.

     

    Məsələn: YDM-ə məxsus MCC kod əvəzinə, supermarketlərə məxsus olan MCC kodu daxil edilir. MCC kodları alış-veriş nöqtəsinin növünə əsasən təyin edilir. Satıcı, ödəniş üçün POS Terminala bank kartını daxil etdiyi zaman, Bank MCC kodu təyin edir və məkanın əsas iş istiqamətini nəzərə alaraq bunun əsasında kod təyin edir.

  • Əvvəlki ayın xərclərinə necə baxa bilərəm?

    arrow_drop_down arrow_drop_up

    Kartların əsas səhifəsindən Son əməliyyatlar bölməsində Daha çox sözünə klikləyib siz çıxarışlara daxil olursunuz. Daha sonra yuxarıdan siz saga və ya sola klikləməklə istədiyiniz ayı seçə bilərsiniz. Və ya yuxarıdan sağ tərəfdən siz günlük, həftəlik, aylıq və özünüzün seçdiyiniz tarixlər arasında çıxarışınızı görə bilərsiniz. Əgər çıxarışı siz yükləmək istəsəniz sağ tərəfdən yuxarıda PDF fayl kimi yükləmək mümkündür.

  • Mobil tətbiqdə Kartımın adını necə dəyişə bilərəm?

    arrow_drop_down arrow_drop_up

    Siz kartın üzərində “i” işarəsinə klikləməlisiniz və Kart məlumatları bölməsindən kartın adını istədiyiniz ada dəyişə bilərsiniz.

  • (göz) düyməsi nə üçündü?

    arrow_drop_down arrow_drop_up

    Siz göz düyməsinə klikləməklə kartların üstündəki balansınızı (tətbiqin içindəki) kənar şəxslərin görməməsi üçün bağlaya bilərsiniz.

  • Statistika bölməsində yalnız bir kartın xərclərinə baxmaq olurmu? Bunu necə etmək olar?

    arrow_drop_down arrow_drop_up

    Tətbiqin Statistika bölməsində yuxarı sağ tərəfdə filtr ikonuna klikləməklə istədiyiniz bir və ya bir neçə kart və ya hesabı seçə bilərsiniz.

Dostlarınızla paylaşın