Bu bölmədə çox verilən suallara cavab tapa bilərsiniz.

  • Əmanətimi vaxtından əvvəl çıxardıqda mən faiz götürə bilirəmmi? Nə qədər faiz götürəcəm?
    arrow_drop_down arrow_drop_up

    Əmanətinizi vaxtından əvvəl götürdüyünüz zaman “Universal Əmanəti” üzrə hesablanmış faizlər 0-30 gün aralığında  AZN/USD/EUR 0%-i, 31-180 gün aralığında AZN/USD/EUR 10%-i, 181-360 gün AZN 20%-i, USD/EUR 25%-i, 360 gündən sonra AZN 30%-i, USD/EUR 50%-i həcmində ödənilir. “Uşaq Yığım” əmanəti üzrə hesablanmış faizlər tamam olmuş il üçün cərimə tutulmadan ödənilir, natamam il üçün faiz ödənilmir.

  • Bu il əmanət yerləşdirirəmsə 1 illik müddətə, növbəti il faizlər dəyişərsə mənim əmanətim avtomatik uzadıldıqda hansı faizlə uzadılacaq?
    arrow_drop_down arrow_drop_up

    Əmanətinizin müddəti bitdikdə avtomatik uzadılan zaman, uzadılma gününə olan faiz dərəcələrinə uyğun olaraq əmanətin müddəti uzadılır.

  • Sizin bankda yığım əmanəti var ?
    arrow_drop_down arrow_drop_up

    Bəli. Bankımızda hal-hazırda uşaq yığım əmanəti məhsulu mövcuddur.

  • “Universal əmanətində” əmanət məbləğini artıra bilərəm?
    arrow_drop_down arrow_drop_up

    “Universal” əmanətin şərtlərinə əsasən yerləşdirdiyiniz vəsaitin üzərinə vəsait əlavə etmək mümkün deyil

  • Yerləşdirilən əmanətlər hansı məbləğə qədər sığortalanır?
    arrow_drop_down arrow_drop_up

    Bəli sığortalanır. 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% müəyyən edilmişdir.

  • Bankınızda hansısa filialda yerləşdirdiyim əmanəti və ya faizini başqa bir filialınızdan götürə bilirəm ?
    arrow_drop_down arrow_drop_up

    Yerləşdirdiyiniz əmanətin müddəti bitdikdə yaxud müqavilə şərtlərinə vaxtından əvvəl xitam verildikdə həmin əmanəti yalnız yerləşdirdiyiniz filial və şöbədə nağdlaşdıra bilərsiniz, hesablanmış faizlərin nağdlaşdırılması üçün müştərilərə hədiyyə olaraq kart təqdim edilir.

  • Yerləşdirdiyim əmanətin faizini götürmək üçün mənə hədiyyə etdiyiniz kartdan debet kartım olaraq istifadə edə bilərəm? Bu karta da illik faiz hesablanırmı?
    arrow_drop_down arrow_drop_up

    Hədiyyə olaraq təqdim edilən kartmane kartında qalıq 100 manatdan yuxarı olan halda 4 % hesablanacaq və kartdan debet kart kimi istifadə etmək mümkündür.

  • Əmanətimə hesablanmış faizlərin əldə edilməsi üçün kartmane kartı hədiyyə olaraq verirsinizmi?
    arrow_drop_down arrow_drop_up

    Əmanətə hesablanmış faizlərin aylıq və rüblük əldə edilməsi üçün bütün müştərilərə kartmane kartı hədiyyə olaraq təqdim edilir.

  • Qohumumun yaxud digər adamın adına əmanət aça bilərəmmi?
    arrow_drop_down arrow_drop_up

    Bəli. 3-cü şəxsin adına əmanət yerləşdirə bilərsiniz. Bu zaman adına əmanət yerləşdirilən şəxs banka yaxınlaşıb əmanət üzərindəki hüquqlarını bəyan edənədək, yerləşdirilən əmanət üzərindəki bütün hüquqlar əmanəti yerləşdirən adama məxsusdur.

  • Uşaq əmanəti yerləşdirmək üçün hansı sənədlər tələb olunur?
    arrow_drop_down arrow_drop_up

    Rabitəbankda “Uşaq yığım” əmanəti yerləşdirilməsi üçün əmanət adına açılan uşağın doğum haqqında şəhadətnaməsi  (Şəxsiyyət vəsiqəsi) və əmanəti yerləşdirən valideyinin şəxsiyyət vəsiqəsi tələb edilir.

  • Əmanətlər sığortalanırmı?
    arrow_drop_down arrow_drop_up

    Bəli sığortalanır. 4 dekabr 2020-ci il tarixinədək milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% müəyyən edilmişdir.

Dostlarınızla paylaşın