Все тендеры
4 март, 2025

“Dell Vxrail nodeların texniki dəstək vaxtının 1 illik uzadılması”-3227

Tenderin elan tarixi: 04.03.2025
Tenderin son tarixi: 12.03.2025, saat 12:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
•    İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) 
•    Xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi referanslar (referanslar və tövsiyyə məktubları zərfə əlavə olunsun)
•    Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
•    İşin icra müddəti qeyd edilməsi mütləqdir
•    Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi (Qiymət vergi daxil göstərilməlidir, ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:
•    Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli və lisenziyası
•    Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Material, avadanlıqların markası, modeli, istehsalçı ölkəsi təklifdə qeyd olunsun.

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.

Əlavə suallarınız yaranarsa, vasif.mammadov@rabitabank.com və tender@rabitabank.com elektron poçt ünvanlarına yaza və ya +99451 271-48-48 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.