Sahibkar Fiziki / Hüquqi şəxslər hesablarınına E-manat Terminalları vasitəsi ilə 3 istiqamətdə mədaxil edə bilərlər:
» Müştəri opsiyası
Təqdim edilən müştəri siyahısına uyğun : Müştəri kodu əsasında mədaxil
Hüquqi şəxslər / Sahibkar fiziki şəxslər tərəfindən təyin edilən, identifikasiya məlumatları əvvəlcədən Bankda təqdim edilən şəxslər üçün nəzərdə tutulur.
İstifadə qaydaları ilə bağlı təlimat ⇐
» Nümayəndə opsiyası
İmza səlahiyyətli nüməyəndələr üçün təyin edilən kod əsasında mədaxil
Hüquqi şəxslər / Sahibkar fiziki şəxslər tərəfindən, identifikasiyası məlumatları əvvəlcədən Bankda təqdim edilən imza səlahiyyətli şəxslər üçün nəzərdə tutulur.
İstifadə qaydaları ilə bağlı təlimat ⇐
» Digər opsiyası
Hər İBAN üçün təyin olunan xüsusi kod əsasında mədaxil
Hüquqi şəxslər / Sahibkar fiziki şəxslərin hesablarına istənilən şəxslər tərəfindən mədaxil üçün nəzərdə tutulur.
İstifadə qaydaları ilə bağlı təlimat ⇐
Xidmətdən istifadə zamanı tətbiq edilən limitlər:
» Bir fiziki şəxs tərəfindən ödəniş terminalı vasitəsi ilə sahibkar fiziki / hüquqi şəxsin Bank hesabına gündəlik maksimum 14.999 AZN vəsait mədaxil edilə bilər.
» Sahibkar fiziki / hüquqi şəxsin hesabına ödəniş terminalı ilə aylıq 30.000 AZN kimi vəsaitin mədaxil edilməsi xidmət haqqı tutulmadan həyata keçiriləcəkdir.
» Sahibkar fiziki / hüquqi şəxsin hesabına ödəniş terminalı aylıq 30.000 AZN-dən artıq mədaxillər üzrə, hər mədaxil əməliyyatı zamanı müştəridən 0,4% xidmət haqqı tutulacaqdır. Xidmət haqqı vəsaitin hesaba keçirilməsi zamanı avtomatik tutulacaqdır və 30.000 AZN-dən yuxarı məbləğlərin mədaxilləri, yalnız müştəri ilə bank arasında əlavə razılaşmanın imzalandığı halda mümkün olacaqdır.
E-manat Terminalları vasitəsi ilə mədaxil: VÖEN + Xüsusi kod daxil etməklə həyata keçiriləcəkdir.