Kart təyinatı
- Fermer kartı yalnız nağdsız qaydada TapAgro.az portalında mal alışları zamanı istifadə oluna bilir.
- Fermer Kart üzrə YDM-də ayda max 500 AZN olmaqla nağdsız ödəniş etmək olar.
Ödəniş şərti
- Faizlər aylıq.
- Faiz hesablanmağa başlayan məbləğ(lər) faizin hesablandığı tarixdən növbəti 60 gün ərzində tam ödənilməlidir.
Kartın istifadə şərtləri
- Fermer kartı yalnız nağdsız əməliyyatlar üçün istifadə edilə bilər.
- Fermer kartında “kartdan karta” (C2C) əməliyyatları icra edilə bilməz.
- Fermer kartı biznes təyinatlı istifadə üçün verilir və yalnız aqrar fəaliyyətlə bağlı xərclərin ödənilməsi yəni, KT təyinatlı əsas vəsait, yardımçı avadanlıq və texnika, yanacaq, gübrə, yem, toxum və ting alınması məqsədi ilə, həmçinin aqro texniki qulluq xərclərinin ödənişlərinin aparılmasına icazə verilir.
- Fermer kartı ilə bank hesablarına köçürmə və kredit ödənişləri edilə bilməz. Eyni MCC kod altında olan və 3-cü bənddə qeyd edilən istiqamətlərdən kənar ödəmələr müştəri tərəfindən aparıldıqda kənarlaşma kimi qəbul edilir və ümumi kənarlaşma ayrılmış limitin 10%-dən çox olduqda kənarlaşma məbləğinin 3%-i həcmində birdəfəlik cərimə faizi hesablanır və ödənilir.
Kredit limitinin verilmə şərtləri
- Fermer kartı yalnız AZN valyutasında verilə bilər və plastik kart hesabı üçün mütləq qaydada yeni hesab açılmalıdır.
- Bu qaydaların şərtlərinə uyğun olmayan bütün Fermer kredit limitli kartlar yalnız BKK-nin qərarı ilə verilə bilər.
Digər şərtlər
- Müştəri müqavilə öhdəliklərini yerinə yetirmədikdə və kənarlaşma etdikdə bank, əvvəlcədən müştəriyə şifahi və yazılı xəbərdarlıq etmək şərtilə, yaranmış kredit borcunun vaxtından əvvəl ödənilməsini tələb edə bilər, kartın kredit limitini qismən azalda, tam bağlaya və ya kredit kartını bloklaşdıra bilər. Müştəri müqavilə öhəliklərini tаm yerinə yetirdikdən sonra onun kredit limiti yenidən qarşılıqlı razılıq əsasında aktivləşdirilir.
- Müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, müqavilə müddəti başa çatdıqdan sonra (kartın istifadə müddətinin son tarixi) gecikdirilmiş borc məbləğinə görə tarifə uyğun cərimə faizi hesablanır və müştəri tərəfindən ödənilir.
- Fermer kartının müddətinin bitməsinə 1 ay qalmış müsbət kredit tarixinə malik olan müştərilərə MXS (Filialın) əməkdaşı tərəfindən yazılı və ya şifahi məlumat verilir. Müştərinin niyyəti olduqda Fermer kart borcu tam bağlanmaq şərti ilə yenilənmiş qərar və müqavilə əsasında Fermer kartının növbəti dövrə yenilənməsi təklif olunur.