Geri

Sənədli əməliyyatlar

Rabitəbank müştərilər üçün Akkreditiv və Zəmanət xidmətləri təklif edir.

Rabitəbank xarici banklar tərəfindən açılmış kredit xətlərinin hesabına müştərilərə ticarət əməliiyatlarının maliyyələşdirilməsini təqdim edir. Belə ki, xarici maliyyə mənbələrinin istifadəsi mütərilərə daha cəlbedici bank xidmətləri təklif etməyə imkan verir və bu da biznesin daha uğurlu və səmərəli aparılmasına kömək edir.


Bank zəmanəti - Bankın Sizin birgə biznes apardığınız tərəf-müqabilinizə, onun banka yazılı tələbnamə verdiyi təqdirdə, müəyyən məbləği ödəmək üzrə öhdəliyidir. Bank zəmanəti alıcı tərəfindən onun satıcı qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin edir. Bank zəmanəti eyniadlı məktub əsasında rəsmiləşdirilir.

Rabitəbank zəmanətlərin müxtəlif növlərini təklif edir:

  • ödənişə zəmanət
  • icra zəmanəti
  • avans ödənişinin qaytarılmasına zəmanət
  • müqavilənin yerinə yetirilməsinə zəmanət
  • tender zəmanəti
  • digər zəmanət növləri

Bank zəmanət üzrə aşağıdakı xidmətləri göstərir:

  • Zəmanətlərin açılması, təsdiqi və avizo edilməsi
  • Zəmanətlərlə iş zamanı konsultasiya xidmətlərin göstərilməsi
  • Nüfuzlu müxbir banklar tərəfindən zəmanətlərin təsdiq edilməsi
  • Müştərilərin öz vəsaitləri hesabına zəmanətlərin açılması

Qarantiyalar üzrə tarif cədvəli: Qarantiya məktubları - PDF

1. Qarantiya məktubları

Ölkə daxili

 
Ölkə daxili verilən qarantiylar 3,0% illik (min 50 AZN)
Hər Qarantiyanın şərtinin dəyişdirilməsi

50 AZN / Məbləğ və ya müddət artırıldıqda Tarifə uygun əlavə hissə tutulur. (min 50 AZN)

Tam nağd pul təminatlı bütün qarantiyalar 1,0% illik (min 50 AZN

 

*Qeyd :

  • Ölkə daxili verilən Qarantiyalar üzrə vasitəçi bank(təsdiqləyici bank) qarant kimi çıxış etdikdə həmin bankın faiz dərəcəsi əlavə olaraq tutulur(Min 50 AZN).
  • Vasitəçi bank (təsdiqləyici bank) təminat qismində nağd vəsaitin girovunu tələb edərsə onun təyin etdiyi illik faiz dərəcəsinə əlavə 1% tədbiq olunmaqla müştəridən tutulur
  • Təminat qismində digər sərbəst dönərli valyuta çıxış etdikdə qarantiyanın faiz dərəcəsinə əlavə 1% illik təyin edilir

Ölkə xarici

 
Ölkə xarici verilən qarantiyalar 3,0% illik (min 100 EUR/USD)
Hər Qarantiyanın şərtinin dəyişdirilməsi

100 USD/EUR / Məbləğ və ya müddət artırıldıqda Tarifə uygun əlavə hissə tutulur. (min 50 EUR/USD)

Tam nağd pul təminatlı bütün qarantiyalar 1,0% illik (min 100 USD/EUR)

 

*Qeyd :

  • Xarici valyutada verilən Qarantiyalar üzrə vasitəçi bank(təsdiqləyici bank)  qarant kimi çıxış etdikdə həmin bankın tədbiq etdiyi faiz dərəcəsi əlavə olaraq tutulur.( Min 100 USD/EUR)
  • Vasitəçi bank(təsdiqləyici bank) təminat qismində nağd vəsaitin girovunu tələb edərsə onun təyin etdiyi illik faiz dərəcəsinə əlavə 1% tədbiq olunmaqla müştəridən tutulur

2 .Qarantiyalar üzrə digər xidmətlər

Qarantiyanın avizo olunması

0,1% (birdəfəlik) / min 100 - maks 500 (AZN/USD/EUR)

Sorğunun göndərilməsi (hər sorğu üçün) 100 AZN/USD/EUR
Qarantiya üzrə ödəniş tələbinin bank tərəfdən qəbulu, yoxlanılması və göndərilməsi

0,1% (birdəfəlik) / min 100 AZN/USD/EUR

Poçt xərcləri

Poçt təşkilatının tariflərinə əsasən (min 10 AZN)

 

*Qeyd :

  • Digər valyutalarda bu əməliyyatlar həyata keçirildikdə xidmət haqqı tarifi ABŞ dolları ekvivalenti ilə nəzərə alınaraq tutulur.
  • Ölkədaxili və ya ölkə xarici verilən qarantiyalarda əlavə olaraq vasitəçi və ya təsdiqləyici bank olarsa həmin  bankın tətdiq etdiyi komisya əlavə olaraq tutulur.